İnfantino 4.2 milyard dollarlıq təşəbbüsdən imtina etdi
FIFA prezidenti Canni İnfantino dünya çempionatının iştirakçı sayının artırılması ideyasından geri çəkilib.
Oxu.Az xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti yazıb.
Məlumata görə, o, turnirin keçirilmə hüquqlarının bir hissəsinin satılması planı ətrafında yaranan qalmaqaldan sonra üzərindəki təzyiqi azaltmaq üçün belə qərar verib. Bildirilir ki, İnfantino yenidən FIFA prezidenti seçiləcəyi təqdirdə həm milli komandalar, həm də klublar arasında dünya çempionatlarının genişləndirilməsində israr etməyəcək.
Qeyd edək ki, avqust ayında "The Times" İnfantinonun Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) 2030-cu il dünya çempionatında iştirakçı sayının 64-ə çatdırılması təklifini dəstəklədiyini yazmışdı. İddialara görə, FIFA rəhbəri daha çox ölkənin dəstəyini qazanmaq və seçkidə mövqeyini möhkəmləndirmək məqsədi güdürdü.
2026-cı il dünya çempionatından sonra İnfantinonun FIFA-nın əsas kişi və qadın turnirlərinə nəzarət edəcək ayrıca şirkət yaratmaq istədiyi barədə məlumat yayılıb. "FIFA Forward Enterprise" adlandırılması nəzərdə tutulan layihənin üzv assosiasiyaların gəlirlərini artıracağı və dünya futbolunun inkişafına töhfə verəcəyi bildirilirdi. FIFA bu təşəbbüsün 4.2 milyard dollar gəlir gətirə biləcəyini açıqlamışdı.
Lakin təklif bir sıra futbol qurumlarının ciddi etirazı ilə qarşılaşıb. UEFA, CONCACAF, Asiya Futbol Konfederasiyası (AFC) və CONMEBOL layihəyə qarşı çıxıblar. UEFA hətta FIFA-nın təşkil etdiyi turnirləri boykot edə biləcəyini bəyan edib. İnfantinonun layihədən imtina etməsindən sonra isə Avropa futbol qurumu FIFA prezidentinə etimadın azaldığını vurğulayıb. İnfantino könüllü şəkildə vəzifəsindən getməsə, UEFA ona etimadsızlıq göstərilməsi məsələsini gündəmə gətirə bilər.
Növbəti FIFA prezident seçkiləri 2027-ci ilin martında Mərakeşdə keçiriləcək.
Xatırladaq ki, İnfantino 2016-cı ilin fevralında qurumun növbədənkənar konqresində prezident seçilib, daha sonra isə iki dəfə rəqibsiz şəkildə yenidən bu vəzifəni tutub.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 48 Tarix: 07 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bavariya"nın baş məşqçisi Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq
Almaniyanın "Bavariya" komandasının baş məşqçisi Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq. "Report" xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belçikalı mütəxəssis cümə günü klubun məşq bazasında huşunu itirib. O, daha sonra xəstəxanaya çatdırılıb
25.10.2026 649 Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı
Dünyanın ən bahalı oyunçularının yeni siyahısı açıqlanıb. xəbər verir ki, bu barədə futbolçuların transfer qiymətlərini analiz edən "Transfermarkt" portalı məlumat yayıb. Siyahının liderləri qismində hər biri 220 milyon avro olaraq qiymətləndirilən norveçli hücumçu Erlinq Holand və ispaniyal
09.10.2026 973 Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
Noyabrın 2-dən 8-dək Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığ
01.11.2026 417 Ronaldu Portuqaliya millisindən uzaqlaşdırıldı
Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun milli komandanın düşərgəsini icazəsiz tərk etməsindən sonra məşhur futbolçuya qarşı avtomatik diskvalifikasiya qərarı tətbiq edib. xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" nəşri məlumat yayıb. Qeyd olunur ki, qaydalarına əsasən
10.10.2026 781 Ronaldu yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu mineral su istehsalına 10 milyon avro sərmayə qoyub. -ın xəbərinə görə, bu barədə "Sic Noticias" nəşri məlumat verib. Məlumata görə, futbolçunun yeni biznesdə tərəfdaşı olan "Grupo Ouhterinho" şirkəti də oxşar məbləğdə yatırım edib. Layihəy
17.10.2026 758 "Liverpul" David Otorbini 30 milyon avro qarşılığında heyətinə qatmaq istəyir
İngiltərənin "Liverpul" klubu İspaniya təmsilçisi "Valensiya"da çıxış edən futbolçu David Otorbini heyətinə qatmaq istəyir. "Report" "Tribuna Deportiva" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 19 yaşlı hücumçuya görə 30 milyon avro ödəmək niyyətindədir
24.10.2026 669 Aziz Yıldırım: "Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!"
"Fənərbağça"nın prezidenti Aziz Yıldırım klubun maliyyə vəziyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, o, may ayından sonra klubun qapısından bir daha içəri girməyəcəyini bildirib. "May ayından sonra mən olmayacağam, bir daha bu klubun qapısından içəri girməyəcəyəm
25.10.2026 674 Hidayət Heydərov bürünc medal qazandı
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycan millisinin üzvü Hidayət Heydərov bürünc medal qazanıb. "Qafqazinfo" xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu ardıcıl olaraq Lusian Borş Dumitreskunu (Rumıniya)
30.10.2026 527 "Ferrari"də Hemilton və Lekler arasında gərginlik artır
"Ferrari"nin pilotu Lyuis Hemilton komanda daxilində Şarl Leklerlə bərabər statusda olmasından narazıdır və qərarların qəbulunda özünə üstünlük verilməsini istəyir. xəbər verir ki, bu barədə İtaliyanın "Autoracer" nəşri məlumat yayıb. Mənbənin bildirdiyinə görə, "Ferrari"
20:30 148