Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək

Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcəkNoyabrın 2-dən 8-dək Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək dünya çempionatında 20-dən artıq ölkədən 400 nəfərdən çox iştirakçı gözlənilir.

Azərbaycan İdman Akademiyasının stadionunda keçiriləcək yarış yanğın və xilasetmə idmanının inkişafı, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müxtəlif ölkələrin idmançıları arasında təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət daşıyır.

Noyabrın 8-dək davam edəcək çempionatda idmançılar dörd növ üzrə qüvvələrini sınayacaqlar: hücum nərdivanı ilə tədris qülləsinin 2-ci və 4-cü mərtəbələrinə qalxma, 100 metr məsafəyə maneəli qaçış, 4×100 metr məsafəyə yanğın estafeti və döyüş açılışı.

İştirakçılar yarışlarda sürət, çeviklik, fiziki hazırlıq və peşəkar bacarıqlarını nümayiş etdirərək dünya çempionu adı uğrunda mübarizə aparacaqlar.

Dünya çempionatı çərçivəsində bir sıra ölkələrin uyğun qurumlarının və müvafiq beynəxalq təşkilatların rəhbər vəzifəli şəxslərinin ölkəmizə səfərləri də nəzərdə tutulub.

Qeyd edək ki, bir neçə gün öncə Bakıda FIFA U-15 dünya çempionatı baş tutub. Turnirn finalında İspaniya millisi Çexiyanı 3:0 hesabı ilə üstələyərək çempionatın qalibi olub.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 659   Tarix: 01 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Arsen Venger: "Hər kəs Bakıda keçirilən U-15 dünya çempionatı və festivalına aşiq oldu"

Hər kəs Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalına aşiq olub. "Report" xəbər verir ki, bunu FIFA-ya açıqlamasında qurumun Qlobal Futbolun İnkişafı Departamentinin rəhbəri Arsen Venger deyib. Mütəxəssis yeni formatın matçların dinamikasına müsbət təsir etdiyini diqqətə çatdırıb:

31.10.2026 693
.

İlham Əliyev mükafatlandırma mərasimində - Video

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi İspaniya millisi olub. "Qafqazinfo"nun məlumatına görə, Çexiya üzərində 3:0 hesablı parlaq qələbədən sonra turnirin təntənəli mükafatlandırma mərasimi baş tutub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, FIFA prezident

30.10.2026 786
.

"Kəpəz" klubunun futbolçusu Azuma Abubakar "İmişli" ilə matçda iştirak etməyəcək

"Kəpəz" klubunun futbolçusu Azuma Abubakar Misli Premyer Liqasının X turunda "İmişli"yə qarşı keçiriləcək matçda iştirak etməyəcək. Bu barədə "Report"a Gəncə təmsilçisinin mətbuat xidmətindən bildirilib. Yarımmüdafiəçinin zədələndiyi qeyd olunub. Xatırladaq ki, "Kəpəz"

31.10.2026 716
.

Kriştianu Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu

Beşqat "Qızıl top" sahibi və futbol tarixinin ən məhsuldar qolçularından olan portuqaliyalı hücumçu Kriştianu Ronaldu ümumi qazancı 2 milyard dollara çatan ilk aktiv idmançı olub. xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb. Nəşrin qiymətləndirməsinə görə, futbolçu 2026/2027-c

25.10.2026 828
.

İslam ikiqat Avropa çempionudur!

Azərbaycanlı cüdoçu İslam Rəhimov İtaliyada keçirilən yarışda qızıl medal qazanıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, idmançımız finalda Niderland təmsilçisi Yoxem van Harteni ipponla məğlub edərək ikinci dəfə Avropa çempionu olub

30.10.2026 894
.

Xankəndi stadionunda keçiriləcək ilk oyunun - Vaxtı açıqlandı

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən, noyabr ayının 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsində baş tutacaq "Xankəndi" - "Karvan-Yevlax" matçı b

10.11.2026 412
.

İspaniyada futbolçunun vəfatı ilə əlaqədar oyunlar təxirə salındı

İspaniya Kral Futbol Federasiyası (RFEF) "Tenerife"nin futbolçusu Xesus de Migelin vəfatından sonra ölkə kubokunun bu gün keçirilməli olan oyunlarını təxirə salıb. xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Federasiyanın açıqlamasında qərarın futbolçunun ölümündən sonra ehtira

03.11.2026 826
.

"Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş

Joze Mourinyonun "Real Madrid"in toxunulmazlarından hesab etdiyi və müqaviləsinin yenilənməsini istədiyi türkiyəli futbolçu Arda Güler İspaniya nəhəngi ilə 5 illik müqavilə üçün prinsipial razılığa gəlib. Arda Gülerin "Real Madrid"dən qazanacağı yeni maaşı da məlum olub. Bu barəd

14.11.2026 248
.

"Bavariya"nın baş məşqçisi Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq

Almaniyanın "Bavariya" komandasının baş məşqçisi Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq. "Report" xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belçikalı mütəxəssis cümə günü klubun məşq bazasında huşunu itirib. O, daha sonra xəstəxanaya çatdırılıb

25.10.2026 788
.