Prezident Şuşada açılışda - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib.
"Qafqazinfo" xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məlumat verib.
Bildirilib ki, nazirliyin sifarişi ilə Şuşa Peşə Təhsili Mərkəzində əsaslı təmir işlərinə 2025-ci ilin mart ayında başlanılıb.
İkimərtəbəli, 360 yerlik tədris binasında 9 emalatxana, 3 təlimat sahəsi, musiqi alətlərinin hazırlanması və bərpası emalatxanası, 5 tədris otağı, rəsm otağı, fizika və kimya laboratoriyaları, laborant, informatika və hərbi təlim otaqları, həmçinin yeməkxana var.
Şuşa Peşə Təhsili Mərkəzinin beşmərtəbəli yataqxanasında akt zalı, texniki yaradıcılıq sahəsi, emalatxanalar, kitabxana, o cümlədən elektron kitabxana, tədris və yataq, istirahət və fitnes otaqları, ictimai iaşə obyekti yerləşir.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biri də insan kapitalının inkişafı və müasir təhsil infrastrukturunun formalaşdırılmasıdır. Ölkə miqyasında son illərdə yüzlərlə yeni məktəb binasının inşası, mövcud tədris ocaqlarının əsaslı təmiri və ən son texnoloji avadanlıqlarla təchiz olunması gənc nəslin yüksək standartlara cavab verən təhsillə təmin edilməsinə geniş imkanlar açıb. Bu baxımdan Şuşa Peşə Təhsili Mərkəzi böyük əhəmiyyətə malikdir. Mərkəz bölgədə geniş vüsət alan bərpa və quruculuq işlərində bilavasitə iştirak edəcək yerli ixtisaslı kadrların, peşəkar mütəxəssislərin hazırlanmasında mühüm platformaya çevriləcək.









BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 74 Tarix: 07 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSadır Japarov İlham Əliyevi təbrik etdi
Qırğız Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri,. Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm. Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü
06.11.2026 253 "Cəmi 6 ilə 100 minə yaxın insan köçürmüşük"
"Biz müharibədə Qələbə qazanmışıq. Sülh şəraitində yaşayan xalqımız da qurub-yaradır". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinə köçən sakinlərlə görüşdə bildirib. "Ermənilər 30 il bu torpaqları vira
06.11.2026 293 Prezidentlə şəhid anası arasında səmimi dialoq
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Prezidentlə şəhid anası arasında səmimi söhbət baş tutub. Prezident İlham Əliyev
06.11.2026 285 Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye
06.11.2026 296 Şuşa - tariximizin qürur zirvəsi, milli ruhumuzun əbədi ünvanı
Şuşa haqqında yazmaq həm asandır, həm də çətin. Asandır, çünki bu şəhərin hər daşı tarix danışır, hər küçəsi bir xatirə yaşadır, hər zirvəsi Azərbaycan ruhunun əzəmətini nümayiş etdirir. Çətindir, çünki Şuşanın taleyini, otuz ilə yaxın davam edən ayrılığın ağrısını, onun azadlığı uğrunda verilən qurbanları
06.11.2026 242 Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!
Konstitusiya - dövlətin Ali Qanunudur, ali hüquqi qüvvəyə malikdir və həmin dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir, vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Konstitusiya sözünün hərfi mənası "qurmaq, yaratmaq, əsasını qoymaq" deməkdir
06.11.2026 293 Kişi 1 saniyədə yanıb kül oldu
Çində kişi küçədə faciəvi şəkildə ölüb. xəbər verir ki, hadisə zamanı kişi elektrik xəttinə uzun çubuqla toxunub. Nəticədə güclü partlayış baş verib və kişi yanaraq ölüb. Dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb
06.11.2026 422 Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi
24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v
06.11.2026 436 "Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, sakinlərə evlərinin açarları təqdim edildikdən sonra Prezidentlə kənd sakini arasınd
06.11.2026 293