Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıbOktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Gürcüstanın maliyyə nazirinin müavini, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Mamuka Barataşvili "İpək Yolu - Abreşumis Qza" birgə beynəlxalq avtomobil buraxılış məntəqəsinin praktik fəaliyyətinə dair Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Protokolu imzaladılar.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Agentliyinin rəhbəri Giorgi Yakobaşvili Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Agentliyi arasında bitki karantini və bitki mühafizəsi, eləcə də baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumlarını imzaladılar.

Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıbSiqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıbSiqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 134   Tarix: 30 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəfər Günü və Şuşa - Azərbaycan xalqının milli qürurunun, tarixi iradəsinin və sarsılmaz dövlətçiliyinin təntənəsi

Azərbaycanın müasir tarixində 8 Noyabr - Zəfər Günü və Şuşa Şəhəri Günü xalqımızın yaddaşına qızıl hərflərlə yazılmış ən əlamətdar tarixlərdəndir. Bu günlər sadəcə hərbi qələbənin və tarixi hadisənin qeyd edilməsi deyil, uzun illər torpaq həsrəti ilə yaşayan bir xalqın milli iradəsinin, dövlətçilik əzminin

10:17 159
.

Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi

10:09 196
.

Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video

Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı daha bir təfərrüat məlumat olub. Xəzər TV-yə istinadən xəbər verir ki, uşağın anası Ayşən İsmayılova övladının dayənin nəzarətsizliyi səbəbindən bir neçə dəfə yıxıldığını iddia edir. "Mən uşağımı canlı verdim, ölü aldım. Uşağım yıxılıb

29.10.2026 491
.

Papa XIV Leo ABŞ-da keçiriləcək seçkilərdə səs vermək istəyir

ABŞ-ın İllinoys ştatında qeydiyyatda olan seçici Papa XIV Leo ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdə iştirak etmək üçün poçt vasitəsilə səsvermə bülleteni tələb edib. xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb. Katolik Kilsəsinin rəhbəri səsvermə bülleteni ilə bağlı müraciətin

10:26 174
.

Zəfər Günü və Şuşa Günü - Azərbaycan xalqının milli qürurunun, tarixi ədalətin və sarsılmaz iradəsinin təntənəsi

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın yaddaşına, milli kimliyinə, dövlətçilik düşüncəsinə və gələcək nəsillərin mənəvi dünyasına həkk olunur. 8 Noyabr - Zəfər Günü və 7 May - Şuşa Günü məhz belə tarixi hadisələrin rəmzidir

10:41 183
.

Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin, milli birliyinin və əbədi qürurunun təcəssümü

Azərbaycan xalqının tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimdəki bir tarixlə məhdudlaşmır. Bu günlər xalqın milli yaddaşına, dövlətçilik salnaməsinə və gələcək nəsillərin düşüncəsinə əbədi həkk olunur. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Şuşa Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir

12:19 182
.

Tacir Şahmalıoğlunu arıqladığı üçün toydan kənarlaşdırdılar

Müğənni Tacir Şahmalıoğlu bir neçə ay əvvəl dəvət aldığı toy məclisindən kənarlaşdırıldığını açıqlayıb. Qaynarinfo xəbər verir ki, sənətçinin sözlərinə görə, səhhətində yaranan problemlər səbəbindən arıqlaması toy sahibini narahat edib. Müğənni başına gələn hadisəni danışarkən bildirib ki, Ağdamdan ola

29.10.2026 533
.

Diplomatiyanın görünməyən tərəzisi: Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlı hörmətin sınağı

Beynəlxalq münasibətlərdə dövlətlərin bir-birinə münasibəti təkcə imzalanan sənədlərlə, verilən bəyanatlarla və keçirilən görüşlərlə ölçülmür. Bəzən protokolun ilk baxışdan adi görünən bir detalı daha geniş siyasi mənzərəni anlamağa imkan verir. Zirvə görüşündə kimin iştirak etməsi, dövləti hansı səviyyəl

11:43 166
.

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi - Foto

Deputat Elman Nəsirovun keçmiş həyat yoldaşı olduğu iddia edilən Sevinc Nəsirova psixoloji dispanserə yerləşdirilib. BİG.AZ -a istinadən xəbər verir ki, son günlər "TikTok"da qeyri-adekvat hərəkətləri ilə gündəmə gələn Sevinc Nəsirovanın psixoloji dispanserə yerləşdirildiyi bildirilir. Qey

10:41 260
.