Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı
Hər payız "Severe Weather Europe" şirkətinin mütəxəssisləri Sibirdə qar örtüyünün genişlənməsini izləyirlər. Bu proses Avropa, ABŞ və Kanadada soyuq qışın mümkün əlaməti hesab edilirdi. Lakin 1979-2025-ci illərin qışlarını əhatə edən təhlil göstərib ki, son illərdə bu əlaqə əvvəlki qədər aktual deyil.
Qaynarinfo xəbər verir ki, bu barədə "Libertatea" nəşri yazıb.
2011-ci ildə Cudi Koen və Castin Consun qar örtüyünün oktyabr ayında Qərbi Avropadan Sakit okean sahillərinədək geniş ərazilərdə yayılma sürəti ilə bağlı araşdırması dərc olunub.
Bu nəzəriyyədə Cənubi Sibir, Monqolustan, eləcə də Mərkəzi Asiya və Tibetin dağlıq əraziləri mühüm rol oynayır. Nəzəriyyənin izahı atmosferdə baş verən bir-biri ilə əlaqəli proseslərə əsaslanır. Təzə qar yer səthini soyudur və Şimali Asiyada yerləşən, yüksək təzyiq və soyuq hava ilə xarakterizə olunan geniş ərazi - Sibir antisiklonunun güclənməsinə şərait yarada bilər.
Bildirilirdi ki, antisiklon Arktikanı əhatə edən küləklərin dövranına təsir göstərir və Şimal qütbü yaxınlığında çox soyuq havanın saxlanmasına kömək edir. Qütb burulğanı zəifləyib formasını dəyişdikdə soyuq hava kütlələri daha asanlıqla aşağı enliklərə, o cümlədən Şimali Amerika və Avropaya yayıla bilər.
Lakin 2011-ci il araşdırmasında nisbətən qısa dövrü - 1997-2010-cu illər arasındakı 14 qışı əhatə edən məlumatlardan istifadə edilmişdi. Son araşdırmada isə müşahidə dövrü 47 qışa qədər genişləndirilib. Qar örtüyü ilə bağlı dörd müxtəlif məlumat toplusu müqayisə edilib.
Yeni nəticələr qarın miqdarı ilə Avropadakı hava şəraiti arasındakı əlaqənin xeyli zəiflədiyini təsdiqləyib. Təhlilə əsasən, bu əlaqə yalnız 2000-ci illərin əvvəlləri və ortalarında nisbətən qısa müddət ərzində güclü olub. Son illərdə isə əlaqə zəifləyib, bəzi hallarda hətta əks istiqamətdə dəyişib.
Nəzəriyyə əvvəllər niyə inandırıcı görünürdü?
Bu nəzəriyyəni təsdiqləyən mühüm nümunələrdən biri 2009-2010-cu illərin qışı olub. Həmin qışdan əvvəl oktyabr ayında qar örtüyü çox sürətlə genişlənmişdi.
Avropada qış sərt şaxtalarla yadda qalıb, ABŞ-ın şərqində isə 2010-cu ilin fevralında güclü qar yağıb. Bu hadisələr Sibirdə qar örtüyünün artması ilə sonrakı aylarda müşahidə edilən hava şəraiti arasında əlaqə olduğunu təsdiqləyirmiş kimi görünürdü.
Lakin 2019-2020-ci illərin qışında tamamilə fərqli vəziyyət yaranıb. Oktyabrda qar örtüyü sürətlə genişlənsə də, Avropada qış ən isti qışlardan biri olub, ABŞ-da isə qar nisbətən az yağıb.
Bu iki qış göstərir ki, eyni ilkin əlamətdən sonra atmosferdə tamamilə fərqli proseslər baş verə bilər. Beləliklə, oktyabr ayında Sibirdə qarın sürətlə yayılması Avropada və ya Şimali Amerikada qışın soyuq keçəcəyinə zəmanət vermir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 780 Tarix: 15 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"
"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin baş naziri Nikol Paşinyan İrəvanda "Restart" fondunun təşəbbüs
19:20 122 Bu tarixlərdə Bakıda GÜCLÜ KÜLƏK ƏSƏCƏK - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 8-9-da güclü külək əsəcək. BİG.AZ xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan
19:25 124 Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib
Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib. "Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomar
18:50 130 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı
Biləsuvar rayonunda kişi meyiti aşkar olunub. xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb. 35 yaşlı kənd sakini Mövlud Mirzəyevin cansız bədəni kənd qəbiristanlığında anasının məzarı üstündə tapılıb. Faktla bağlı araşdırma aparılır
18:20 165 İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb
İtaliyanın xarici işlər naziri Antonio Tayani cinayətkarların onun fərdi məlumatlarını "darknet"də yaydıqlarını, onu və ailəsi təhdid etdiklərini bildirib. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. A.Tayani qeyd edib ki, kibercinayətkarlar artı
21:00 0 Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib
Hörmüz boğazının şərq hissəsində minaya düşən tanker yanmağa başlayıb. "Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İranın Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Qeyd olunub ki, gəmi boğazın qadağan olunmuş hissəsi ilə hərəkət edib. İran tərəfinin iddiasına görə, gəmid
16:00 166 İndoneziyada Prezident Subiantonun tərəfdarları və əleyhdarlarının aksiyaları keçirilib
Yüzlərlə işçi İndoneziya Prezidenti Prabovo Subiantonun danışıqlarının polis əməkdaşları tərəfindən ehtimal olunan qanunsuz dinlənilməsi ilə bağlı istintaq fonunda ona dəstək mitinqinə çıxıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Aksiyaya rəhbərlik edən Əmə
16:30 156 FHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştira
16:34 162 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı videoçarx paylaşıb. BİG.AZ xəbər verir ki, videoçarxın mətnində deyilir:. "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır
20:22 52