"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək

"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcəkAlmaniyanın avtomobil istehsalçısı "Mercedes-Benz" dekabr ayında əməkdaşların könüllü işdən ayrılması ilə bağlı yeni proqramı işə salacaq. Proqram çərçivəsində bəzi işçilərə 422 min avroyadək təzminat ödənilə bilər.

"Report" xəbər verir ki, bu barədə "Handelsblatt" şirkətin daxili sənədlərinə istinadən məlumat yayıb.

Proqram istehsalatdan kənar bölmələrdə çalışan mütəxəssisləri, ustaları, qrup və şöbə rəhbərlərini əhatə edəcək. İlk dəfə olaraq istiqamət rəhbərlərinə də belə təklif ediləcək. Dekabrın 1-nə olan vəziyyətə görə şirkətdə üç ildən çox iş stajı olan əməkdaşlar proqramda iştirak edə biləcəklər.

Təzminatın məbləği işçinin yaşından, əmək stajından və maaşından asılı olacaq. Məsələn, 52 yaşlı mühəndisə qərarını tez verməsi üçün nəzərdə tutulan əlavə bonus da daxil olmaqla, 339 min avrodan 422 min avroyadək ödəniş edilə bilər. Bu bonus 2027-ci il martın sonunadək qüvvədə olacaq.

56 yaşınadək olan əməkdaşlara 395 min avroyadək işdənçıxma müavinəti təklif ediləcək. 57 yaşdan yuxarı işçilər üçün isə vaxtından əvvəl pensiyaya çıxmaq və ya pensiyaya qədər natamam iş rejiminə keçmək variantları nəzərdə tutulub.

Bundan əlavə, şirkət iki il müddətinə müvəqqəti olaraq işdən ayrılmağa razılaşan əməkdaşlara 20 min avro, üç il müddətinə ayrılanlara isə 30 min avro ödəməyə hazırdır. Bu müddət başa çatdıqdan sonra onların şirkətə qayıtmasına zəmanət veriləcək.

Razılaşmaya əsasən, əməkdaşlar beş ay müddətində maaşları saxlanılmaqla işləməyə bilərlər. Bu müddətdə işləməyə davam edənlərə isə əməkhaqqının 1,5 misli ödəniləcək.

"Mercedes-Benz"in əvvəlki könüllü işdənçıxma proqramı 2025-ci ilin aprelindən 2026-cı ilin martınadək qüvvədə olub. Həmin müddətdə şirkəti təxminən 5,5 min əməkdaş tərk edib.

Ştat ixtisarları Almaniya avtomobil sənayesinin üzləşdiyi çətinliklərlə əlaqələndirilir. Sektor Çin istehsalçılarının artan rəqabəti və Avropa bazarlarında tələbatın azalması ilə qarşı-qarşıyadır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 225   Tarix: 29 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avstriyada məhkəmə Ukrayna kəşfiyyatının 2 əməkdaşını yenidən həbs edib

Avstriyada məhkəmə xarici kəşfiyyatın xeyrinə casusluqda şübhəli bilinən 2 ukraynalını yenidən həbs edib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu ölkənin hərbi kəşfiyyat idarəsinin həmin 2 əməkdaşı cəmi iki həftə əvvəl həbsdən azad edilmişdi. Vyana prokurorluğu hər iki təqsirləndirilə

29.11.2026 215
.

"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək

Almaniyanın avtomobil istehsalçısı "Mercedes-Benz" dekabr ayında əməkdaşların könüllü işdən ayrılması ilə bağlı yeni proqramı işə salacaq. Proqram çərçivəsində bəzi işçilərə 422 min avroyadək təzminat ödənilə bilər. "Report" xəbər verir ki, bu barədə "Handelsblatt" şirkəti

29.11.2026 187
.

Azərbaycan əhəng daşı istehsalını 35 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 329 min ton inşaat üçün əhəng daşı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35 % çoxdur. Bu il noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 0,8 min ton hazır məhsu

29.11.2026 204
.

Qardaşlar arvadlarını öldürüb, meyitləri meşədə basdırdılar

Hindistanın Carkhand ştatında öz həyat yoldaşlarını öldürməkdə şübhəli bilinən iki qardaş saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə noyabrın 23-də Qumla rayonunda qeydə alınıb. İstintaqın məlumatına görə, qardaşlar ailə münaqişəsi zəminində 28 və 20 yaşlı həyat yoldaşlarını öldürüblər

29.11.2026 261
.

Evindən qızılları yoxa çıxan ailə polisə şikayət etdi, oğul saxlanıldı

Bakının Yasamal rayonunda valideynlərinin evindən qızıl-zinət əşyaları və nağd pul oğurlayan şəxs saxlanılıb. -ın əldə etdiyi məlumata görə, əməli törətməkdə şübhəli bilinən M.Kazımlı yaxalanıb. O, əvvəlcə valideynlərinə məxsus 300 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq lombarda qoyub v

29.11.2026 249
.

Fransada etirazlar fonunda pirotexniki vasitələrin satışına qoyulan qadağanın müddəti uzadılıb

Fransada şagirdlərin davam edən etirazları fonunda pirotexniki vasitələrin satışına və istifadəsinə qoyulan məhdudiyyətlər dekabrın 12-dək uzadılıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. Qadağa materik Fransanın bütün ərazisini əhatə edir. Məhdudiyyətlər fişənglərin

29.11.2026 224
.

"Toyota"nın satışları ardıcıl doqquzuncu ay azalır

Yaponiyanın avtomobil nəhəngi "Toyota Motor" şirkəti ardıcıl doqquzuncu aydır satışlarının azalmasını qeydə alır. "Reuters" agentliyinə istinadən xəbər verir kii, konsernin oktyabr ayında dünya üzrə satışları törəmə "Daihatsu Motor Company" də daxil olmaqla, ötən ilin oktyab

29.11.2026 192
.

Azərbaycan duz istehsalını 14 %-dən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 78 min 710 ton duz istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 % çoxdur. Bu il noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı olmayıb. 2025-c

29.11.2026 198
.

ABŞ Fars körfəzindəki qüvvələrini İsrail və İordaniyaya köçürə bilər

ABŞ-nin Fars körfəzi bölgəsində yerləşən hərbi qüvvələri İrandan daha uzağa - İsrail və İordaniyadakı bazalara köçürə bilər. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb. Xüsusən Amerika hərbi qulluqçularının əvvəllər ABŞ-nin Yaxın Şərqdəki Mərkəz

29.11.2026 200
.