Əliyevlə Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdi - Fotolar

Əliyevlə Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdi - FotolarAzərbaycan Prezidenti İlham Əliyevin bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.

"Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurlu inkişafından məmnunluq bildirilib.

Azərbaycan Prezidentinin Qazaxıstana, həmçinin Qazaxıstanın dövlət başçısının isə ölkəmizə səfərlərinin əməkdaşlığımızın genişlənməsinə mühüm töhfə verdiyi qeyd edilib.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən 7-ci Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyi vurğulanıb, bu tədbirin Asiya regionu ölkələri arasında əməkdaşlıq məsələlərinin müzakirəsinə yaxşı imkan yaratdığı bildirilib.

Azərbaycanın və Qazaxıstanın dövlət başçıları ikitərəfli gündəlikdə duran məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

*

Sonra prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn formatda rəsmi açılışını ediblər.

Dövlət başçılarına layihə barədə məlumat verilib.

Bildirilib ki, "Rəqəmsal İpək Yolu" təşəbbüsü çərçivəsində Azərbaycan və Qazaxıstan tərəfindən reallaşdırılan bu layihə Asiya ilə Avropa arasında rəqəmsal qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaradır. Sumqayıtla Aktau arasında Xəzər dənizinin dibi ilə təxminən 380 kilometrlik kabel xətti çəkilib. Bu xətt saniyədə 400 terabitdən çox ötürücülük qabiliyyətinə malikdir. Xəttin istismara buraxılması ilə Orta Dəhlizin təkcə nəqliyyat deyil, həm də rəqəmsal baxımdan strateji əhəmiyyəti artacaq. Yeni marşrut Çin və Mərkəzi Asiyadan məlumatların Azərbaycan, Qazaxıstan və Gürcüstan, daha sonra Qara dəniz və ya Türkiyə vasitəsilə Avropaya ötürülməsinə imkan verəcək. Bu, beynəlxalq məlumat mübadiləsi imkanlarını genişləndirəcək və rəqəmsal kommunikasiyaların dayanıqlılığını artıracaq. Eyni zamanda, ölkələrimiz yalnız istehlakçı deyil, həm də strateji rəqəmsal infrastruktur və xidmətlərin tədarükçülərinə çevrilir.

Yeni xətt investisiyaların cəlb edilməsi, süni intellekt üçün məlumatların emalı mərkəzlərinin, bulud xidmətlərinin və hesablama gücünün inkişafına əlavə şərait yaradır. Bu, böyük əlavə dəyərə malik yeni yüksəktexnologiyalı sahələrin və xidmətlərin inkişafı üçün perspektivlər açır.

*

Azərbaycan və Qazaxıstan prezidentləri layihənin rəsmi açılışını bildirən düyməni basıblar.

*

Sonra Prezident Kasım-Jomart Tokayev deyib:

- Bu, sözsüz ki, beynəlxalq əks-səda doğuracaq çox vacib layihədir. Amma ən əsası odur ki, bu, yeni dəhliz növüdür. Bu, həqiqətən də sadəcə nəqliyyat dəhlizi deyil, müasir dövrə, rəqəmsallaşma dövrünə uyğun yenilikdir və tamamilə yeni əməkdaşlıq növüdür.

Prezident İlham Əliyev deyib:

- Bəli. O cümlədən Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsində daha bir addımdır. Hamıya yaxşı məlumdur ki, ötən ilin noyabrında Azərbaycan Məşvərət görüşlərinin tamhüquqlu üzvü qəbul edildi və artıq bu il mən yaxın vaxtlarda birliyin tamhüquqlu üzvü kimi iştirak etdim. Bu, əməkdaşlığın gücləndirilməsi işinə növbəti töhfədir. Çünki bu kabeldən Mərkəzi Asiya, Cənubi Qafqaz və daha geniş coğrafiyanın ölkələri istifadə edəcək. Beləliklə, bu gün biz qlobal layihəyə start verdik.

Prezident Kasım-Jomart Tokayev deyib: Bəli, bu, rəqəmsal formatda Orta Dəhlizdir.

*

Daha sonra dövlət başçılarının iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) inkişafı üzrə əməkdaşlıq haqqında imzalanmış Sazişi mübadilə ediblər.

Həmçinin AZCON şirkətinin Müşahidə Şurasının sədri qismində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və "Samruk-Kazına" Səhmdar Cəmiyyətinin (SC) İdarə Heyətinin sədri Nurlan Jakupov "AZCON Holdinq" ilə "Samruk-Kazına" SC arasında iki quru yük gəmisinin əldə olunmasının təsdiqi haqqında sertifikatı mübadilə ediblər.

Əliyevlə Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdi - FotolarƏliyevlə Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdi - FotolarƏliyevlə Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdi - FotolarƏliyevlə Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdi - FotolarƏliyevlə Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdi - FotolarƏliyevlə Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdi - FotolarƏliyevlə Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdi - FotolarƏliyevlə Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdi - FotolarƏliyevlə Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdi - FotolarƏliyevlə Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdi - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 138   Tarix: 15 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məktəbli forması ətrafında hay-küy: uşaqların təhsili, yoxsa ideoloji mübarizə?

Məktəbli forması ətrafında yaranan mübahisələr bəzən adi geyim məsələsini cəmiyyətin dini, siyasi və ideoloji qarşıdurma mövzusuna çevirir. Halbuki məktəb ilk növbədə bilik, tərbiyə, intizam və bərabər imkanlar məkanıdır. Burada əsas diqqət uşağın hansı geyimdə olmasına deyil, necə təhsil almasına, hans

14:16 173
.

17 oktyabr tarixi füzulililərin xatirəsində əbədi qalacaq

2020-ci il oktyabrın 17-si - Vətən müharibəsinin 21-ci günü hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzul

13:14 272
.

Məktəb həyatı məşhur fotoqrafın obyektivində: Cəlal Kəngərli məktəblilərin bir gününü lentə alıb

Məktəbdə çəkilmiş bir fotoşəkilə diqqətlə baxın. Kadrın bir tərəfində bir-biri ilə gülüşən uşaqlar, digər tərəfində kitabını sinəsinə sıxaraq sinfə tələsən şagird, bir qədər aralıda isə müəllimin ətrafına toplaşaraq nəsə danışan balacalar görünür. Kiminin üzündə sevinc, kiminin baxışlarında maraq, kimini

11:46 308
.

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

16:54 84
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə zərbə vuran kampaniyalar və səfirliyimiz qarşısındakı aksiyalar

"Azərbaycan-Türkiyə qardaşlığı ayrı-ayrı şəxslərin sosial şəbəkələrdəki emosional çıxışlarından, siyasi maraqlardan və süni şəkildə yaradılan informasiya dalğalarından qat-qat böyükdür. Lakin son günlər Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən ittihamlar, təhqiramiz paylaşımla

11:49 187
.

Türkiyədə Azərbaycana qarşı ittihamlar: Qardaşlığa kim kölgə salır?

Azərbaycanla Türkiyə arasındakı münasibətlər sadəcə diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və sarsılmaz qardaşlığa söykənən strateji tərəfdaşlıqdır. "Bir millət, iki dövlət" prinsipi iki xalqın birliyini və qarşılıqlı etimadını ifadə edir. Lakin son dövrlər Türkiyəni

15:13 142
.

Bakı Bəyannaməsi qəbul edildi

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. "Qafqazinfo" xəbər verir ki, sənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəli

17:07 68
.

İnsanlar dərdlərini niyə süni intellektə danışırlar? Alimlər risklərə diqqət çəkir

İnsanlar artıq təkcə məlumat almaq üçün deyil, şəxsi problemlərini bölüşmək, münasibətlərdə yaşadıqları çətinlikləri müzakirə etmək və emosional dəstək tapmaq üçün də süni intellektə müraciət edirlər. Bəs insanın özünü süni intellektlə danışarkən daha rahat hiss etməsinin səbəbi nədir və bu ünsiyyə

15:32 137
.

"44" filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib - Video

"44" bədii filminin musiqisi də ekran əsərinin özü kimi dinləyicilərin qəlbinə toxunur. "Qafqazinfo" xəbər verir ki, filmin saundtrekinin hazırlanması beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilib. Musiqinin ilkin yazısı ABŞ-ın "New York Production Studios" studiyasınd

16:24 140
.