İnstaqram fotosu yeni bitki növünün kəşfinə səbəb oldu

İnstaqram fotosu yeni bitki növünün kəşfinə səbəb olduKolumbiyanın tropik meşələrində aşkar edilən nəhəng su zanbağı alimlərin diqqətini çəkib. Maraqlısı budur ki, elmə məlum olmayan bu bitkinin kəşfinə illər əvvəl sosial şəbəkədə paylaşılan adi bir fotoşəkil səbəb olub.

BiG.AZ xarici mediaya istinadla xəbər verir ki, yeni bitki növü "Victoria colombiana" adlandırılıb. Onun yarpaqlarının diametri 2 metrə qədər çata bilir. Bitkinin ölçüləri o qədər böyükdür ki, yarpaqlarını hətta peyk görüntülərində də görmək mümkündür.

Hadisə təxminən beş il əvvəl amerikalı bitki yetişdiricisi Ceremaya Harrisin (Jeremiah Harris) İnstaqramda paylaşdığı fotolarla başlayıb. O, Kolumbiyanın İnirida çayında nəhəng su zanbaqlarının arasında çəkdirdiyi şəkilləri paylaşarkən onların adi bir növ olduğunu düşünüb. Lakin Londonun Kyu Kral Nəbatat Bağında çalışan bitki mütəxəssisi Karlos Maqdalenya (Carlos Magdalena) fotolara baxdıqdan sonra şübhələnib. Çünki həmin ərazidə bu bitkinin əvvəllər məlum olan növlərinin yayılması qeydə alınmamışdı.

Mütəxəssis peyk görüntülərini araşdıraraq bitkinin yerləşdiyi ərazini müəyyənləşdirib. Daha sonra Boqota Nəbatat Bağının alimləri və yerli yerli icmaların nümayəndələri ilə birlikdə araşdırma aparılıb. Beş gün davam edən ekspedisiya zamanı tədqiqatçılar əvvəlcə bitkinin çiçək açmış nümunəsini tapa bilməyiblər. Bu isə onun yeni növ kimi elmi şəkildə təsdiqlənməsini çətinləşdirib.

Ekspedisiyanın son günündə yerli bələdçinin köməyi ilə tədqiqatçılar gecə saatlarında meşənin dərinliyində yerləşən gölə yollanıblar. Nəticədə daha bir bitki qrupu tapılıb və yeni növün elmi təsviri üçün zəruri nümunələr əldə edilib. Araşdırmanın nəticələri 2026-cı ilin oktyabrında "Phytotaxa" elmi jurnalında dərc olunub.

Ancaq kəşfin sevindirici tərəfi ilə yanaşı, narahatedici məqam da var. Mütəxəssislər təbiətdə bu bitkinin cəmi 30-50 fərdinin qaldığını ehtimal edirlər. Bu isə onun məhv olmaq təhlükəsi ilə üzləşdiyini göstərir. Alimlər növün qorunması, toxumlarının toplanması və nəbatat bağlarında yetişdirilməsi imkanlarını araşdırırlar.

Beləliklə, sosial şəbəkədə paylaşılan adi bir fotoşəkil elm dünyası üçün mühüm kəşfə çevrilib. Bu hadisə həm də göstərir ki, təbiətdə hələ öyrənilməmiş və qorunmasına ehtiyac duyulan çoxlu canlı növləri mövcuddur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 145   Tarix: 15 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

16:54 0
.

Xəstəxanalarda hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Rəsmi açıqlama

"Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən, tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğunu bildirən məktubun görüntüsü yayılır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Media və Yayım Şurası və Səhiyy

10:48 219
.

Bakıda və Abşeronda hava iki gün tozlu olacaq

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. BİG.AZ xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 2.2 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsini

10:16 183
.

"Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliye

15:18 123
.

Azərbaycanda gənc əsgər vəfat etdi - Foto

Azərbaycanda gənc əsgər vəfat edib. Bu barədə -a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. Qeyd edək ki

17:03 0
.

Uşaqlar siyasi mübarizənin vasitəsinə çevrilməməlidir

Uşaqların dünyası məktəb, ailə, dostluq və gələcəyə dair arzularla zəngin olmalıdır. Onlar böyüklərin siyasi mübahisələrinin, ideoloji qarşıdurmalarının və emosional çağırışlarının ön sırasına çıxarılmamalıdır. Çünki uşağın əsas hüququ kiminsə siyasi mövqeyini nümayiş etdirmək deyil, təhlükəsiz mühitd

10:18 177
.

"Dərsdə müəllimlərin geyimini müzakirə edirdik" - Sosioloqdan maraqlı açıqlama

"Məktəblərdə həm şagirdlər üçün, həm də müəllimlər üçün geyim forması vahid olmalıdır. Çünki mən bunu öz həyatımda, öz şagird olduğum dövr də görmüşəm ki, bizim dövrümüzdə məktəblərdə şagirdlər üçün məktəbli geyimləri var idi, ancaq müəllimlər üçün yox idi. Müəllimlərimiz, xüsusən qadın müəllimlə

13:06 191
.

"Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək" - Yenilənib

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib:. "30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfində

14:38 143
.

Füzuli şəhərində aparılan bərpa işləri

Füzuli rayonu sakinlərinin yurd həsrətinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 27 ildən sonra son qoyulub. 17 oktyabr 2020-ci il şərəf və qürur günlərimizdəndir. Çünki bu tarixdə sadəcə tarixi yurd yerimiz olan Füzul

13:04 234
.