"Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək" - Yenilənib

"Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək" - YenilənibPrezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb.

"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib:

"30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur. Ermənistan 1 milyon azərbaycanlını həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki öz əzəli tarixi torpaqlarından qovub etnik təmizləmə həyata keçirərək, Azərbaycana qarşı hərbi təcavüz etmişdir. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, lakin onlar 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyırdı".

Dövlət başçısı həmçinin torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub.

İlham Əliyev 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatlar törətdiyini və nəticədə azərbaycanlı hərbçilərin həlak olduqlarını bildirərək deyib: "Beləliklə, Azərbaycan xalqının səbri tükəndi və haqq-hesab vaxtı gəldi".

Vətən müharibəsinin 44 gün davam etdiyi vurğulayan Prezident bildirib ki, bu müddət ərzində Azərbaycan erməni işğalçılarını zəbt olunmuş torpaqlardan qovaraq döyüş meydanında 300-dən çox şəhər və kəndi azad edib. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzalayıb.

***

Prezident həmçinin vurğulayıb ki, BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq.

"İşğalın, eləcə də Azərbaycan xalqının tarixi Qələbəsinin mahiyyətini və xarakterini tam anlamaq üçün qonaqlarımız Zəfər parkını, Zəfər muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət edə bilərlər", - dövlət başçısı bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 790   Tarix: 15 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Narkotik əməliyyatlarında həbs edilənlər var - Biri qadındır

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. "Qafqazinfo" nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhəri, Abşeron, Qobustan və Salya

18.11.2026 244
.

Messi Argentinadan adının kommersiya məqsədləri üçün istifadəni dayandırmasını tələb edəcək

Səkkizqat "Qızıl top" mükafatçısı Lionel Messi maliyyə qalmaqalları fonunda Argentina Futbol Assosiasiyasından (AFA) onun adının kommersiya məqsədləri üçün istifadəsini dayandırmasını tələb etmək istəyir. xarici mediaya istinadən bildirir ki, mənbənin məlumatına görə, Messinin hüquq komandas

18.11.2026 229
.

Qızılın qramı 120 manata düşüb

Son günlər qızılın qiyməti ucuzlaşır. Ekspertlər qızılın 1 qramının qiymətinin 120-130 manatadək endiyini bildiriblər. Qızıl dəyərdən düşür? . İqtisadçı Natiq Cəfərli -a bildirib ki, dünya birjalarında qızılın qiymətinin enməsinin bir neçə səbəbi var: "Əsas səbəblərdən biri odur ki, Amerikanın Mərkəz

18.11.2026 387
.

Namus üstündə həbsə gedənlər "hörmətlə" qarşılanır

Bakıda 23 yaşlı gənc rəssam Gülarə Mehdiyevanın ögey qardaşı tərəfindən qətlə yetirilməsi cəmiyyətdə bir sıra ciddi sualları yenidən gündəmə gətirib. Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı qardaşı ilkin izahatında cinayəti qısqanclıq zəminində törətdiyini bildirib. Hadisə ilə bağl

18.11.2026 431
.

Azərbaycanda qurum rəhbəri 6 000 manat maaş alacaq

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu"nun işçilərinin əməkhaqlarının məbləğləri (vəzifə maaşı, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) təsdiq olunub. xəbər verir ki, bu barədə Baş nazi

18.11.2026 235
.

Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib

Bakcell gənclərin texnoloji bacarıqlarının inkişafına yönəlmiş hakatonlar silsiləsini davam etdirir. Bu dəfə Peerstack Academy tələbələri süni intellekt üzrə keçirilən hakatonda bir araya gəliblər. Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar

18.11.2026 273
.

Azərbaycanda mənzil qiymətləri ucuzlaşacaq? Əmlak bazarının gələcəyi ilə bağlı proqnoz

Əmlak bazarında qiymətlərin enməsi mümkündür. Lakin mən hesab edirəm ki, bu prosesi bütövlükdə bazarın ucuzlaşması kimi deyil, bazarın yeni iqtisadi reallıqlara uyğunlaşması və qiymətlərin ayrı-ayrı seqmentlər üzrə fərqlənməsi kimi qiymətləndirmək daha doğrudur. İlk növbədə bir məqamı nəzərə almalıyıq

18.11.2026 286
.

500 manatdan çox terminal ödənişlərində şəxsiyyət vəsiqəsi niyə lazımdır? - Video

Ödəniş terminallarında 500 manatdan artıq məbləğdə ödəniş və pul köçürmələri zamanı yeni tələb tətbiq olunur. Artıq bu məbləği aşan əməliyyatlar üçün istifadəçilər şəxsiyyətlərini "bir ID", "SİMA" və ya "myGov" platformaları vasitəsilə təsdiqləməlidirlər. Bəs yeni məhdudiyyəti

18.11.2026 321
.

Prezident onları təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Omanın Sultanı Heytəm bin Tariq Al Səidə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,. Oman Sultanlığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adında

18.11.2026 320
.