Coğrafi məsafədən kənarda: Azərbaycan və Kambocanı birləşdirən əməkdaşlıq imkanları

Coğrafi məsafədən kənarda: Azərbaycan və Kambocanı birləşdirən əməkdaşlıq imkanlarıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin yeni məzmunla zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan və Kamboca beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, qarşılıqlı dəstək nümayiş etdirir və BMT, Qoşulmama Hərəkatı, eləcə də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində siyasi dialoqu inkişaf etdirirlər. Bu əməkdaşlıq iki ölkə arasında qarşılıqlı etimadın və ortaq maraqlara əsaslanan münasibətlərin göstəricisidir.
Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən əsas məqamlardan biri siyasi əlaqələrin iqtisadi tərəfdaşlıqla möhkəmləndirilməsi istiqamətində atılan addımlardır. Ticarət və investisiya əməkdaşlığının praktiki məsələləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradılması münasibətlərin konkret nəticələrə yönəldildiyini göstərir. Dövlət başçısının da qeyd etdiyi kimi, müasir dövrdə coğrafi məsafə əməkdaşlıq üçün həlledici maneə deyil. Əsas məsələ qarşılıqlı iqtisadi imkanlar barədə məlumatlılığın artırılması və mövcud potensialın səmərəli şəkildə reallaşdırılmasıdır. Bu baxımdan Azərbaycan-Kamboca biznes forumunun keçirilməsi mühüm addım kimi qiymətləndirilə bilər.
Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin aşağı səviyyədə olması iqtisadi potensialın hələ tam reallaşdırılmadığını göstərir. Bununla yanaşı, mövcud vəziyyət qarşıdakı dövrdə yeni əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu da ortaya qoyur. Sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması, turizm, təhsil, nəqliyyat və rəqəmsal transformasiya sahələrində əlaqələrin genişləndirilməsi qarşılıqlı iqtisadi münasibətlərə yeni dinamika qazandıra bilər. Bu istiqamətlər üzrə konkret layihələrin həyata keçirilməsi siyasi dialoqun real iqtisadi nəticələrlə tamamlanmasına şərait yaradar.
Təhsil sahəsində mövcud tarixi təcrübə də Azərbaycan-Kamboca münasibətlərinin inkişafı üçün mühüm üstünlükdür. Sovet dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil alması iki xalq arasında humanitar əlaqələrin formalaşmasına töhfə verib. Bu ənənənin bərpası yalnız tələbə mübadiləsinin genişləndirilməsi deyil, həm də qarşılıqlı anlaşmanın, mədəni əlaqələrin və uzunmüddətli etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Təhsil sahəsində əməkdaşlığın inkişafı gələcəkdə iki ölkə arasında peşəkar əlaqələrin və yeni tərəfdaşlıq təşəbbüslərinin formalaşmasına da imkan yarada bilər.
Azərbaycanın "ASAN xidmət" modelinin Kambocada maraq doğurması ölkəmizin dövlət idarəçiliyi sahəsində qazandığı təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşmək imkanlarını nümayiş etdirir. Bu modelin digər ölkələrdə tətbiqi dövlət xidmətlərinin əlçatanlığının və səmərəliliyinin artırılmasına töhfə verə bilər. Eyni zamanda, Azərbaycanın institusional təcrübəsinin beynəlxalq səviyyədə tanıdılması ölkəmizin innovativ idarəçilik sahəsində mövqelərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
Parlamentlərarası əlaqələrin inkişafı da ikitərəfli münasibətlərin genişləndirilməsində mühüm rol oynaya bilər. Kambocanın dəstəyi ilə Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsi istiqamətində əməkdaşlıq Cənub-Şərqi Asiya ilə əlaqələrin inkişafına əlavə imkanlar yaradır. Bu istiqamətdə fəallığın artırılması Azərbaycanın region ölkələri ilə siyasi və institusional təmaslarının genişlənməsinə, həmçinin yeni əməkdaşlıq platformalarına çıxış imkanlarının artmasına xidmət edə bilər.
Ümumilikdə, Prezident İlham Əliyevin bəyanatı Azərbaycan-Kamboca münasibətlərinin mövcud siyasi dialoqla məhdudlaşmadığını, iqtisadi, humanitar, texnoloji və parlamentlərarası əməkdaşlığın inkişafı üçün yeni perspektivlərin olduğunu göstərir. Baş nazir Hun Manetin Azərbaycana rəsmi səfəri iki ölkə arasında qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətli addımdır. Əsas məqsəd əldə olunan siyasi razılaşmaların konkret layihələrə çevrilməsi, biznes əlaqələrinin genişləndirilməsi və mövcud əməkdaşlıq potensialının tam reallaşdırılması olmalıdır. Bu halda Bakı ilə Pnompen arasında münasibətlər daha geniş məzmun qazanaraq uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığa çevrilə bilər.

Dövlət İdarəçilik Akademiyası- İlqar Əliyev


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 795   Tarix: 13 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şahzadənin evinə basqın: nələr oğurlandı?

Böyük Britaniya şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middltonun malikanəsindən oğurlanan əşyaların siyahısı açıqlanıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə noyabrın 23-də Norfolk qraflığında, kral II Çarlzın şəxsi mülkünün ərazisində yerləşən "Anmer Hall" malikanəsində qeydə alınıb

19:30 1
.

Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiqlədi

Prezident İlham Əliyev "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "TotalEnergies EP Absheron B.V, "SOCAR Absheron" və "ADNOC International ProjectC

16:49 134
.

Paşinyan Ermənistan gerbinin taleyinin referendumda həll ediləcəyini açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan üzərində Ağrı dağı (Ararat) təsvir olunan ölkə gerbinin taleyinin referendum yolu ilə xalq tərəfindən müəyyən ediləcəyini bildirib. xəbər verir ki, Paşinyan bu barədə "Armenpress"in yayımladığı brifinqdə danışıb. Ermənistan hakimiyyəti ölkənin yeni Konstitusiy

14:13 146
.

"Tələbələrin müraciətini nəzarətə götürmüşəm"

"BDU-da rektor kimi fəaliyyətimin ilk həftəsi başa çatmaq üzrədir. İlk işim universitetin inzibati və akademik heyəti ilə tanış olmaq oldu. Həftə ərzində prorektorlar və dekanlarla ilk ümumi görüşümüzü də keçirdik. Görüşdə BDU-nun gələcəyi və bu gələcəyin qurulmasında hər birimizin məsuliyyəti barəd

11:16 230
.

Sosial şəbəkədə təhqir və təhdidə məruz qalanlar nə etməlidir? - Vəkil AÇIQLADI

Sosial şəbəkələrdə təhqir, böhtan və təhdid halları istifadəçilərin şəxsi və işgüzar nüfuzuna, psixoloji vəziyyətinə, eləcə də təhlükəsizliyinə ciddi təsir göstərə bilər. Belə halların bir qismi saxta və anonim profillər vasitəsilə həyata keçirildiyindən zərərçəkənlər bəzən hüquqlarını necə müdafiə edəcəklərin

12:30 207
.

Soyuq duş xəstəlik riskini azalda bilər - Gözlənilməz təsiri

Soyuq duş qəbul etmək gündəlik həyatın faydalı vərdişlərindən birinə çevrilə bilər. Lakin onun insan orqanizminə təsiri ilə bağlı bəzi mühüm məqamlar var. xarici mediaya istinadən xəbər verir ki, müntəzəm olaraq soyuq duş qəbul etmək xəstəlik səbəbindən işə çıxılmayan günlərin sayının azalması ilə əlaqəl

20:00 1
.

İstifadəsiz torpaqlar Azərbaycanın iqtisadi inkişafına necə töhfə verə bilər?

İstifadəsiz kənd təsərrüfatı torpaqlarına yalnız iqtisadi dövriyyədən kənarda qalmış əmlak kimi deyil, həm də ölkənin gələcək aqrar və investisiya potensialının mühüm ehtiyatı kimi yanaşmaq lazımdır. Torpağın istifadəsiz qalması təkcə mülkiyyətçinin gəlir əldə edə bilməməsi deyil, eyni zamanda ölkə iqtisadiyyat

14:52 179
.

İraq ordusu ölkənin şimalında qüvvələrini yenidən dislokasiya edir

İraq ordusu ölkənin bir neçə bölgəsində, o cümlədən Kərkük əyalətində neft və neft məhsullarının qaçaqmalçılığının qarşısını almaq məqsədilə hərbi qüvvələrin dislokasiyasını həyata keçirir. "Report" xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general Yəhya Rəsul "As-Sumaria"

26.11.2026 347
.

Qazaxıstanda dövlət orqanlarına məxsus 800-dən çox saxta xidməti vəsiqə götürülüb

Qazaxıstanın Atırau vilayətində polis dövlət orqanlarının saxta xidməti vəsiqələrinin hazırlanması və satışını həyata keçirən kanal ifşa edilib. "Report"un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib. Polis saxta sənədlərin hazırlanmasında şübhəl

26.11.2026 356
.