Məktəbli forması ətrafında İran təbliğatı: Məqsəd nədir?
Azərbaycan müstəqillik qazandıqdan sonra milli-mənəvi dəyərlərinə sadiq qalmaqla dünyəvi dövlət modelini seçdi. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi bu siyasət ölkəmizdə dini müxtəlifliyin, tolerantlığın və birgəyaşayışın qorunmasına xidmət edir.
Bu baxımdan, vahid məktəbli formasının tətbiqini hicaba və ya İslama qarşı mübarizə kimi təqdim etmək məsələnin mahiyyətini təhrif etməkdir. Məktəbli forması dini inanclara qarşı deyil, təhsil mühitində bərabərliyin, nizam-intizamın və vahid məktəb mədəniyyətinin qorunmasına xidmət edir.
Təəssüf ki, bəzi xarici qüvvələr bu məsələni dini qarşıdurmaya çevirərək cəmiyyətimizə təsir göstərməyə çalışırlar. Bu dəfə isə İran rejiminin Azərbaycan əleyhinə təbliğatında qız və qadınlardan istifadə edir.
Valideynlər və şagirdlər belə proseslərdə alətə çevrilməməli, hər hansı etiraz dövlət əmlakına zərər vurulması və zorakılıqla müşayiət olunmamalıdır. Bu cür qanun pozuntularına yol verənlər qanun qarşısında məsuliyyət daşımalıdırlar.
Azərbaycanın gücü dini qarşıdurmada deyil, milli birlikdə, dünyəvi dövlətçilikdə və güclü təhsildədir. Məktəblər ideoloji mübarizə meydanına çevrilməməli, əsas məqsədimiz milli dəyərlərinə bağlı, savadlı və müstəqil düşüncəli nəsil yetişdirmək olmalıdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 109 Tarix: 13 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12.10.2026 523 Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir
Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy
11:13 64 Ukrayna ordusu Rusiya HHM sistemlərini belə aldadır
Ukrayna ordusu Rusiya hava hücumundan müdafiə sistemlərinin sursatlarını sərf etməsinə səbəb olmaq üçün saxta dronlardan istifadəyə başlayıb. xəbər verir ki, bunu "Zvezda" kanalına açıqlamasında rusiyalı hərbçilərdən biri deyib. "Əvvəlcə boş dronları buraxırlar, daha sonra isə silahlıla
12.10.2026 321 İordaniyaya getmək istəyənlərin nəzərinə!
"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Qanun imzalayıb
12.10.2026 232 Madyar gələn həftə Zelenski ilə görüşəcək
Macarıstan Baş naziri Peter Madyar gələn həftənin əvvəlində Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Teleqraf xəbər verir ki, bu barədə o, Finlandiyanın "Helsingin Sanomat" qəzetinə verdiyi müsahibədə bildirib. Madyar qeyd edib ki, Macarıstan və Ukrayna arasında tədricə
12.10.2026 229 Bu məhsulları heç vaxt dondurucuya qoymaq olmaz - SƏBƏB
Ərzaqları dondurmaq onların saxlanma müddətini uzatmağın rahat yoludur. Lakin bəzi məhsulların donu açıldıqdan sonra dadı, görünüşü və quruluşu dəyişir. Onlar sulanır, yumşalır və əvvəlki keyfiyyətini itirir. xarici mediaya istinadla xəbər verir ki, dondurulması məsləhət görülməyən məhsulların siyahısın
12.10.2026 292 Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ: Bakı ilə Pnompeni nə birləşdirir?
Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycana səfər edib. Prezident İlham Əliyev Kamboca hökumətinin başçısını qarşılayıb, daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib. Kamboca Azərbaycan üçün coğrafi baxımdan uzaq ölkə olsa da, iki dövlət arasında diplomatik münasibətlərin 30 ildə
11:02 82 Azərbaycan məktəbləri üzərindən aparılan mümkün təxribat cəhdləri narahatlıq doğurur
Təhsil müəssisələri hər bir dövlətin gələcəyini formalaşdıran, milli-mənəvi dəyərlərin və vətəndaşlıq düşüncəsinin aşılandığı mühüm məkanlardır. Buna görə də məktəblərin siyasi qarşıdurmaların, ideoloji təsirlərin və mümkün təxribat cəhdlərinin hədəfinə çevrilməsi cəmiyyət üçün ciddi narahatlıq doğurur
11:34 8 Ən dadlı narı necə seçmək olar?
Yetişmiş narlar daha şirin olur və tərkibində daha çox faydalı qida maddələri saxlayır. Şirin, yetişmiş və şirəli narı seçmək üçün bir neçə sadə əlamətə diqqət yetirmək kifayətdir. Mütəxəssislər meyvənin formasına, çəkisinə və qabığının vəziyyətinə xüsusi diqqət yetirməyi tövsiyə edirlər. Dietoloq Steys
12.10.2026 324