İranlı səyyah Qarabağın təbiətini və bərpanın miqyasını yüksək qiymətləndirib

İranlı səyyah Qarabağın təbiətini və bərpanın miqyasını yüksək qiymətləndiribQarabağın təbii müxtəlifliyi, onun dağ mənzərələri və genişmiqyaslı bərpa işləri iranlı səyyah Nima Benidə böyük təəssürat yaradıb.

"Report"un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə o, beynəlxalq səyyahlar qrupunun tərkibində regiona səfəri zamanı bildirib.

Səyyahın sözlərinə görə, o, dünyanın bütün ölkələrinə səfər edib, Azərbaycanda isə ilk dəfə hələ 1998-ci ildə olub. O vaxtdan bəri Beni dəfələrlə ölkəyə qayıdıb və əhəmiyyətli dəyişikliklərin şahidi olub.

"Bakı çox dəyişib. Bu illər ərzində baş verən dəyişikliklər həqiqətən də heyrətamizdir. İndi Bakı ən gözəl şəhərdir", - o qeyd edib.

Qarabağ təəssüratlarından danışan səyyah regionun təbii müxtəlifliyini xüsusi vurğulayıb.

"Buranın təbiəti çox gözəldir. Qarabağda səyahət edərkən onun müxtəlif hissələrində, məsələn, Laçın və Xankəndidə landşaftların, ağacların və relyefin nə qədər fərqləndiyini görürsən. Dağ mənzərələri mənə xüsusilə təsir etdi", - Beni deyib.

O, həmçinin regionda həyata keçirilən tikinti və bərpa işlərinin miqyasına diqqət çəkərək, onların nəticələrinin böyük maraq doğurduğunu qeyd edib.

Beni ziyarət etdiyi yerlər arasında xüsusilə Laçını xoşlayıb, bu yer onun yaddaşında mənzərəli təbiəti və şəhərin gözəlliyi ilə qalıb. O, həmçinin Kəlbəcərin dağ mənzərələri barədə müsbət fikirlər səsləndirib.

Qeyd edək ki, "Most Traveled People" (MTP) klubunun təsisçisi Çarlz Vilinin rəhbərliyi ilə beynəlxalq səyyahlar qrupu Qarabağda və Şərqi Zəngəzurda səfərdədir. Nümayəndə heyətinin tərkibində 13 ölkədən 40-a yaxın şəxs var.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 759   Tarix: 10 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Santa Barbara"nın aktyorunu maşın vurub öldürdü

ABŞ-nin məşhur "Santa Barbara" serialının aktyoru Larri Poyndekster yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, faciə 66 yaşlı Poyndeksterin Los-Ancelesin Studio-Siti rayonunda yaşadığı evin yaxınlığında yolu keçərkən avtomobil vurması nəticəsind

18:45 1
.

İlham Əliyev Maka Boçorişvilini qəbul etdi - Foto

Prezident İlham Əliyev bu gün Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin və Baş nazir İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Dövlət başçısı salamlar

17:03 107
.

Azərbaycanda daha 90 mənzil kirayə mexanizmi ilə satışa çıxarılır

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara daha 90 tam təmirli mənzil təqdim edəcək. "APA-Economics" xəbər verir ki, bu barədə Fond məlumat yayıb. Mənzillərdən 31-i Bakının Binəqədi rayonu, Cəfər Xəndan küçəsində, 31-i Sumqayıt şəhəri, Sül

21:15 1
.

"İnformasiya Təhlükəsizliyi" adlı elmi-metodiki tədris vəsaiti hazırlanıb

"İnformasiya Təhlükəsizliyi" adlı elmi-metodiki tədris vəsaiti hazırlanıb. İnformasiya Texnologiyaları üzrə mühəndis, tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, vəsaitin həmmüəlliflərindən biri olmaq onun elmi-pedaqoj

17:49 20
.

Filarmoniyaya bilet aldı, konsert əvəzinə divarı izlədi

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert izləməyə gələn tamaşaçı zalda oturacaqların yerləşməsindən şikayətlənib. Axşam.az xəbər verir ki, o, amfiteatr hissəsinə bilet alsa da, səhnəni görə bilmədiyini bildirib. Tamaşaçı qeyd edib ki, stollar elə formada düzülüb ki, ancaq divarı görmək mümkündür:

21:00 1
.

42 yaşlı kişinin güllələnməsi ilə bağlı araşdırma başladı

Rusiyanın Rostov vilayətində 42 yaşlı yerli sakinin sinəsindən güllə yarası alması ilə bağlı cinayət işi başlanıb. xəbər verir ki, bu barədə " "ya Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib. Müstəntiqlər hadisə yerinə baxış keçirib, tüfəng və güllələri maddi sübut kim

11:41 246
.

Xəzər dənizi sahildən uzaqlaşır - AÇIQLAMA

Son illər Xəzər dənizində suyun səviyyəsinin azalması və sahil xəttinin geri çəkilməsi ciddi xarakter almağa başlayıb. Dənizin əvvəlki sahil ərazilərindən uzaqlaşması bəzi yerlərdə yüzlərlə metrlik quru məsafənin yaranmasına səbəb olub. Bu proses həm ekoloji tarazlıq, həm də sahilyanı ərazilərin gələcə

14:09 208
.

"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək"

"Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi bu regionu beynəlxalq nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq baxımından mühüm strateji əhəmiyyətə malik məkana çevirmişdir". "Qafqazinfo" xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Beynəlxalq Qafqaz Konqresinin iştirakçıların

14:04 170
.

Universitet bufetlərində bahalıq - Tələbələrin hesabına qazanc

Son zamanlar universitet bufetlərində satılan qidaların qiyməti və keyfiyyəti tələbələr arasında ciddi narazılığa səbəb olur. Sosial şəbəkələrdə bununla bağlı çoxsaylı videolar paylaşılır, tələbələr qarşılaşdıqları problemləri ictimailəşdirirlər. Onlar bildirirlər ki, bəzi universitetlərin bufetlərind

18:15 1
.