Məktəblərdə vahid qaydalar bütün şagirdlərə bərabər tətbiq olunmalıdır
"Məktəblərdə baş örtüyü məsələsinə, ilk növbədə, dövlətçilik prinsipləri və qanunun aliliyi baxımından yanaşmaq vacibdir. Azərbaycan dünyəvi dövlətdir və dövlət təhsil müəssisələri bütün şagirdlər üçün vahid, dünyəvi və bərabərhüquqlu təhsil mühiti formalaşdırmalıdır. Məktəbli formasının tətbiqində başlıca məqsəd hər hansı şəxsin dini etiqadını məhdudlaşdırmaq deyil, təhsil müəssisələrində ümumi qaydaların qorunmasını və nizam-intizamın təmin edilməsini əsas götürməkdir".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.
O, qeyd edib ki, bu məsələdə diqqət yetirilməli əsas məqamlardan biri mövzunun dini qarşıdurma müstəvisinə daşınmamasıdır. Dövlət vətəndaşların dini inanclarına hörmətlə yanaşmaqla yanaşı, məktəblərin dünyəvi mahiyyətini və müəyyən edilmiş daxili qaydaları da qorumalıdır. Əgər məktəbli geyimi ilə bağlı vahid standartlar müəyyən edilibsə, həmin tələblər bütün şagirdlərə bərabər və ayrı-seçkiliyə yol verilmədən tətbiq olunmalıdır. Bununla yanaşı, qəbul edilən qərarların hüquqi əsasları cəmiyyətə aydın şəkildə izah edilməli, yanlış anlaşılmaların və süni mübahisələrin yaranmasının qarşısı alınmalıdır:
"Mənim fikrimcə, burada əsas məsələ baş örtüyünə qarşı mövqe sərgiləmək deyil, dövlət məktəblərində müəyyən olunmuş vahid qaydaların qorunmasıdır. Azərbaycan dövlətinin gücü də dünyəvilik prinsipini rəhbər tutmaqla yanaşı, hər bir vətəndaşın hüquq və azadlıqlarına qanun çərçivəsində hörmət göstərilməsindədir. Bu prinsiplər bir-birinə zidd kimi təqdim edilməməli, əksinə, hüquqi dövlət və cəmiyyətin qarşılıqlı məsuliyyəti kontekstində uzlaşdırılmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 119 Tarix: 09 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyandan Zeynəb Həsənovanın mahnısı ilə paylaşım
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan müğənnisi Zeynəb Həsənovanın mahnısının müşayiəti ilə video paylaşıb. xəbər verir ki, Paşinyan videonu özünün Telegram kanalında yayımlayıb. Kadrlarda MDB sammitində iştirak etmək üçün səfər etdiyi Türkmənistanda, musiqi sədaları altında hərəkət edə
11:07 282 Əməkdaşlıq və qarşılıqlı hörmətin yeni mərhələsi
Azərbaycanın MDB ilə əməkdaşlığı artıq üç onillikdən çox tarixə malikdir. Bu dövr ərzində ölkəmiz təşkilat çərçivəsində siyasi dialoqun davam etdirilməsində, iqtisadi əlaqələrin genişləndirilməsində və humanitar münasibətlərin inkişafında fəal iştirak edib. Azərbaycanın regional və beynəlxalq siyasətd
12:20 197 Minaya düşən ata və oğulun vəziyyəti açıqlandı
Ötən gün Cəbrayılda minaya düşən Əşrəf Qəhrəmanov və oğlu Orxanın vəziyyəti açıqlanıb. TƏBİB-dən "Qafqazinfo"ya verilən məlumata görə, 1966-cı il təvəllüdlü kişi oktyabrın 8-də saat 20:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. "Ona sağ ayağın aşıq-baldı
11:33 211 Məktəblərdə vahid qaydalar bütün şagirdlərə bərabər tətbiq olunmalıdır
"Məktəblərdə baş örtüyü məsələsinə, ilk növbədə, dövlətçilik prinsipləri və qanunun aliliyi baxımından yanaşmaq vacibdir. Azərbaycan dünyəvi dövlətdir və dövlət təhsil müəssisələri bütün şagirdlər üçün vahid, dünyəvi və bərabərhüquqlu təhsil mühiti formalaşdırmalıdır. Məktəbli formasının tətbiqind
16:45 105 Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri iqtisadiyyata yeni imkanlar açır
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin genişlənməsi yaxın illərdə ölkə iqtisadiyyatında ilk növbədə logistika, ticarət, investisiya və qeyri-neft sektorunda yeni imkanların yaranmasına səbəb ola bilər. Bu əməkdaşlığın əsas üstünlüyü ondan ibarətdir ki, Azərbaycan yalnız Mərkəz
14:23 134 Türkmənbaşı şəhərində İlham Əliyevin Məsud Pezeşkianla görüşü keçirilib - Foto
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib. bu barədə AZƏRTAC-a istinadən xəbər verir. Görüşlə bağlı videonu Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb
14:43 202 "Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır"
"Üçüncü MDB Oyunlarının Azərbaycanda uğurla keçirilməsi bütün Birlik üçün əlamətdar idman hadisəsinə çevrildi". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edi
12:43 184 Əvvəl təcavüz edib, sonra boğaraq öldürüb: Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası
2016-cı ildə Cəlilabadda itkin düşən, 9 il sonra isə qətlə yetirildiyi üzə çıxan 1982-ci il təvəllüdlü Xəyalə Ramiz qızı Xəlilovanın ölümü ilə bağlı məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilə
13:32 291 Prezident MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edir
Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir
12:28 161