Bu kurort payızın ən məşhur istirahət məkanına çevrilib
Avropanın müxtəlif ölkələrindən turistlər Baltik dənizi sahillərinə istirahətə üz tuturlar.
Bu il xarici turizm istiqamətləri arasında Praqa, Budapeşt və Vilnüs xüsusi populyarlıq qazanıb. Lakin bəzi turistlər Avropa paytaxtlarına qısamüddətli səyahətlər əvəzinə Polşanın dənizkənarı kurortlarında klassik istirahətə üstünlük verirlər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Baltik dənizi əsasən yay tətili ilə əlaqələndirilsə də, getdikcə daha çox insan, xüsusilə polyaklar dənizkənarı kurortlara səfərlərini payız aylarına keçirirlər.
Şetsindəki Şimal Ticarət və Sənaye Palatasının prezidenti Hanna Moysyuk bildirib ki, bir çox otel, qonaq evi və ictimai iaşə müəssisəsi son on ilin ən uğurlu payız mövsümünü yaşayır.
"Bir çox otel, qonaq evi və restoran son on ilin ən yaxşı payız mövsümünü keçirdiyini bildirir. Bunun əsas səbəbi Baltik dənizi sahillərində əlverişli hava şəraiti və turistlərə təqdim olunan xüsusi endirimlərdir", - o qeyd edib.
Onun sözlərinə görə, cümə, şənbə və bazar günləri Baltik sahillərində turist sıxlığı xüsusilə yüksək olur. Lakin burada əsas müəyyənedici amil hava şəraitidir. Günəşli və mülayim payız günlərində çimərliklər və sahilboyu gəzinti yolları insanlarla dolur. Yağışlı və küləkli havalarda isə bu ərazilər demək olar ki, boş qalır.
Payız aylarında turistlər Baltik dənizində çimməkdən daha çox sahildə gəzməyə, dincəlməyə və restoranlarda ləzzətli yeməklərdən dadmağa üstünlük verirlər.
Bu isə göstərir ki, artıq insanları dənizkənarı kurortlara cəlb edən yeganə amil dənizdə çimmək deyil.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 786 Tarix: 09 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVarlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda
09.11.2026 377 Quşların qışda donmamasının sirri: Bədən temperaturlarını aşağı salırlar
Quşların qış aylarında açıq havada, hətta sərt şaxtalarda belə gecəni donmadan keçirməsinin səbəbləri məlum olub. Məlum olub ki, bəzi quş növləri soyuqdan qorunmaq üçün həm davranışlarını dəyişir, həm də bədən temperaturunu aşağı salaraq enerjiyə qənaət edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə Norve
13:00 193 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb
Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb. -ın məlumatına görə, Yeni Gəncə qəsəbəsində yerləşən yaşayış binalarının birinin 5-ci mərtəbəsindən yıxılan 2011-ci il təvəllüdlü Ömər Rzayev ağır halda xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir. Hadisənin təfərrüat
15:10 134 Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?
İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi
14:29 152 Dekabrda neçə gün iş olmayacaq?
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazara təsadü
14:10 208 Nərmin Kərimbəyova "Zəfər günü"nə həsr olunan "Atabarı"nı təqdim etdi
Müğənni Nərmin Kərimbəyova "Zəfər Günü"nə yeni layihə hazırlayıb. xəbər verir ki, sənətçi, bu dəfə "Atabarı" adlı türk xalq mahnısına müraciət edib. Sözü gedən nəğmə, türk dünyasının sevilən xalq mahnısı hesab olunur. "Atabarı" dəfələrlə müxtəlif ifaçıların repertuarın
12:19 186 Eniş anında iki paraşüt toqquşdu - Ölənlər var - Fotolar
ABŞ-nin Kaliforniya ştatında yerləşən "Skydive Elsinore" mərkəzində dəhşətli aviasiya hadisəsi baş verib. Eniş zonasına yaxınlaşarkən havada toqquşan iki təcrübəli paraşütçü ağır xəsarətlər alaraq həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, 56 yaşlı Corciya Cin və 29 yaşlı Lev
10:30 223 Cevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə edib
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasınd
15:30 118 Avropanın ilk milyonçusu Bolqarıstanda tapıldı - 6500 il əvvəl 1,5 kq qızılla basdırılıb
Bolqarıstanda təxminən 6500 il əvvələ aid Avropanın ən qədim qızıl xəzinələrindən biri aşkar edilib. Tapıntılar arasında təxminən 1,5 kiloqram qızıl əşyalarla birlikdə dəfn olunmuş kişinin məzarı xüsusi diqqət çəkir. Alimlər onu şərti olaraq Avropanın ilk varlılarından biri hesab edirlər. Qaynarinf
12:30 182