Fərqli inanclar insanları ayırmır: Azərbaycanda tolerantlıq ənənəsi

Fərqli inanclar insanları ayırmır: Azərbaycanda tolerantlıq ənənəsiAzərbaycanda müxtəlif millətlərə və dinlərə mənsub insanlar birgə yaşayırlar.

Bəs görəsən, bu münasibətləri möhkəmləndirən əsas amillər hansılardır? Azərbaycanda dini tolerantlığın qorunmasında din xadimlərinin rolu nədir? İnsan öz dini inancına sadiq qalmaqla başqa dinə mənsub və ya heç bir dinə inanmayan şəxsin seçiminə hörməti necə uzlaşdıra bilər?

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa Lent.az- açıqlamasında bildirib ki, bu, ilk növbədə dövlət siyasətindən, daha sonra isə cəmiyyətin xarakterindən irəli gəlir:

"Azərbaycan cəmiyyəti tolerant bir cəmiyyət kimi millətlərarası münasibətlərin normal saxlanmasına maraqlıdır. Bizdə xüsusi təxribatlar olmadığı müddətdə millətlərarası heç bir problem olmur. Ayrı-ayrı provokatorların səyləri var, amma bunların da qarşısını həm dövlətimiz alır, həm də cəmiyyətimiz buna yol vermir.

Ona görə də bizdə hər hansı bir bu sahədə narahatçılıq yaradan amillərin olmadığını daha aydın şəkildə görürük. Media da bu istiqamətdə sağlam yol tutur. Bu, yaxşı əlamətdir".

"Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində din xadimlərinin, dini icmaların da rolu olduqca əhəmiyyətlidir".

Lent.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

"Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində din xadimlərinin, dini icmaların da rolu olduqca əhəmiyyətlidir.

Əsas məqsəd din xadimlərinin prosesdə iştirakının müzakirəsi, bu sahədə fəaliyyətimizi daha sıx və daha effektiv şəkildə koordinasiya etmək, eyni zamanda sosial şəbəkələrin və medianın imkanlarından istifadə edərək gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması istiqamətində işimizi daha da gücləndirməkdir.

Hesab edirik ki, din xadimlərinin və dini icmaların da işimizin daha da gücləndirilməsinə, bu istiqamətdə fəaliyyətimizin genişləndirilməsinə bu gün olduqca ehtiyac var.

Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması hazırda ən aktual məsələlərindən biridir və komitə bu istiqamətdə aidiyyəti qurumlarla işini gücləndirəcək".

Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Lent.az- açıqlamasında bildirib ki, Azərbaycan xalqının böyüklüyü də, Azərbaycan xalqının uğuru da bu kimi məsələlərdədir:

"Bu, bizim tarixi nailiyyətimizdir. Ayrı-ayrı xalqların nümayəndələri illərdir azərbaycanlılarla bir yerdə yaşayıblar və bir-birinə hörmət ediblər. Bu gün Azərbaycanda bir çox xalqların, dinlərin nümayəndələri yaşayır. Onların hamısının arasında yalnız sülh var. Onlar araslnda heç vaxt ayrı-seçkilik olmayıb. Bizim üçün istər yəhudi, istər xristian, istər başqa dinin nümayəndəsi - bütün bunların hamısına hər zaman yanaşmamız, münasibətimiz eyni olub. Biz hər kəsə böyük hörmətlə, ehtiramla yanaşmışıq. Bu mədəniyyət, artıq Azərbaycanda formalaşıb.

Dünyanın ayrı-ayrı ölkələrində bu mədəniyyət formalaşmayıb. Yəni bu mədəniyyət olmaya da bilər. Amma bizim ölkəmizdə isə artıq biz bu mədəniyyətin, bu dəyərlərin formalaşdığını görürük. Yəni bu, xalqımızın həm də böyük bir tarixi uğurudur, böyük bir nailiyyətidir. Və biz bu tarixi nailiyyəti unutmamalıyıq və bu tarixi nailiyyəti hər zaman təbliğ etməliyik və gələcək nəsillərə çatdırmalıyıq.

Ona görə də, bu mədəniyyət və ənənələr Azərbaycanda var. Azərbaycanda bu, artıq kök almış bir mədəniyyətdir, tarixi ənənədir. Bunu Azərbaycan xalqı uzlaşdıra bilib.

Dünyanın bir çox xalqlarından, bir çox dövlətlərindən fərqli olaraq biz bu mədəniyyəti formalaşdırmışıq.

Bu, özü də tarixi bir nailiyyətdir və onu göstərir ki, müxtəlif dinlərə, düşüncələrə, fikirlərə malik insanlar bir yerdə yaşaya bilərlər və bir-birinə hörmət bəsləyə bilərlər".

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə "dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda dərc olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 120   Tarix: 09 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan-Türkmənistan iqtisadi əməkdaşlığı hansı imkanlar yarada bilər?

"Türk dünyası ilə, xüsusilə Türkmənistanla iqtisadi əlaqələrin dərinləşdirilməsi Azərbaycan üçün bir sıra istiqamətlərdə mühüm imkanlar yarada bilər. Türkmənistan zəngin enerji ehtiyatlarına, Azərbaycan isə Avropa bazarlarına çıxış imkanlarına, liman və nəqliyyat infrastrukturuna malikdir. Bu üstünlükləri

11:55 172
.

İlham Əliyevin Türkmənistan səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. BİG.AZ bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

16:47 133
.

Vahid forma məktəblərdə bərabərliyi və intizamı gücləndirəcək

"Müasir təhsil sistemində məktəbin funksiyası yalnız şagirdlərə bilik verməklə məhdudlaşmır. Məktəb eyni zamanda sosial münasibətlərin formalaşdığı, uşaqların dünyagörüşünün inkişaf etdiyi, davranış mədəniyyətinin və vətəndaş məsuliyyətinin təməlinin qoyulduğu mühüm ictimai institutdur. Bu baxımda

17:28 149
.

Bu kurort payızın ən məşhur istirahət məkanına çevrilib

Avropanın müxtəlif ölkələrindən turistlər Baltik dənizi sahillərinə istirahətə üz tuturlar. Bu il xarici turizm istiqamətləri arasında Praqa, Budapeşt və Vilnüs xüsusi populyarlıq qazanıb. Lakin bəzi turistlər Avropa paytaxtlarına qısamüddətli səyahətlər əvəzinə Polşanın dənizkənarı kurortlarında klassi

19:45 1
.

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - Foto/Video

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov: "Sözü Azərbaycan Respublikasını

16:26 231
.

Kiberdələduzlardan qorunmağın yolları: Hansı proqramlar kömək edir?

Müasir rəqəmsal dövrdə ən geniş yayılmış kibertəhlükələrdən biri fişinq (phishing) hücumlarıdır. Kiberdələduzlar bu üsulla istifadəçiləri aldadaraq onların şəxsi məlumatlarını, şifrələrini və bank hesablarına dair məlumatlarını ələ keçirməyə çalışırlar. Bəs fişinq hücumlarını xüsusi proqramlar vasitəsil

14:34 193
.

Əməkdaşlıq və qarşılıqlı hörmətin yeni mərhələsi

Azərbaycanın MDB ilə əməkdaşlığı artıq üç onillikdən çox tarixə malikdir. Bu dövr ərzində ölkəmiz təşkilat çərçivəsində siyasi dialoqun davam etdirilməsində, iqtisadi əlaqələrin genişləndirilməsində və humanitar münasibətlərin inkişafında fəal iştirak edib. Azərbaycanın regional və beynəlxalq siyasətd

12:20 211
.

Mərkəzi Asiya ilə Azərbaycanın əlaqələri yüksələn xətlə inkişaf edir

"Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə iştirakı ölkəmizin region dövlətləri ilə son illərdə qurduğu strateji əməkdaşlığı

15:04 158
.

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri iqtisadiyyata yeni imkanlar açır

"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin genişlənməsi yaxın illərdə ölkə iqtisadiyyatında ilk növbədə logistika, ticarət, investisiya və qeyri-neft sektorunda yeni imkanların yaranmasına səbəb ola bilər. Bu əməkdaşlığın əsas üstünlüyü ondan ibarətdir ki, Azərbaycan yalnız Mərkəz

14:23 168
.