Qarşılıqlı hörmətə əsaslanan münasibətlər

Qarşılıqlı hörmətə əsaslanan münasibətlər"Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, bu il Müstəqil Dövlətlər Birliyi 35 illiyini qeyd edir. Son illər ərzində MDB siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib. Qeyd edək ki, sürətli qlobal geosiyasi və geoiqtisadi proseslərin getdiyi müasir dövrdə regional əməkdaşlıq platformalarının əhəmiyyəti daha da artır".

Bu sözləri BiG.AZ-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasından İlqar Əliyev bildirib. O qeyd edib ki, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat-kommunikasiya imkanlarının inkişaf etdirilməsi və yeni əməkdaşlıq mexanizmlərinin formalaşması beynəlxalq münasibətlər sisteminin əsas istiqamətlərindən birinə çevrilir:

"Bu baxımdan Müstəqil Dövlətlər Birliyi (MDB) postsovet məkanında siyasi dialoqun davam etdirilməsi, iqtisadi və humanitar əlaqələrin inkişafı baxımından mühüm platformalardan biri kimi çıxış edir. Azərbaycan MDB çərçivəsində əməkdaşlığa xüsusi önəm verən dövlətlərdən biridir. Ölkəmiz təşkilata üzv olduğu ilk gündən qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və milli maraqlar əsasında münasibətlərin inkişaf etdirilməsi siyasətinə sadiqdir. Azərbaycanın MDB məkanındakı fəaliyyəti yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda, iqtisadiyyat, nəqliyyat, energetika, humanitar sahələr və regional təhlükəsizlik kimi mühüm istiqamətləri əhatə edir. Son illərdə Azərbaycanın regional və beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrində fəal iştirakı, Avropa ilə Asiyanı birləşdirən mühüm tranzit mərkəzə çevrilməsi və çoxtərəfli əməkdaşlıq formatlarında artan rolu MDB çərçivəsində də ölkəmizin mövqeyini gücləndirir. Xüsusilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın regionda strateji əhəmiyyətini artıran əsas amillərdən biri kimi çıxış edir. Bu baxımdan bugünkü iclas xüsusilə əhəmiyyətlidir".

Müsahibimiz əlavə edib ki, dövlətimizin başçısının iclasda iştirakı ölkəmizin təşkilat daxilində fəal rolunu və qarşıdakı illərdə MDB-nin fəaliyyətində daha mühüm mövqedə çıxış edəcəyini göstərir:

"Azərbaycanın 2027-ci ildə MDB-də həmsədr, 2028-ci ildə isə sədr kimi fəaliyyət göstərəcəyi isə ölkəmizin təşkilat daxilində artan siyasi çəkisinin və tərəfdaş dövlətlər arasında qazandığı etimadın göstəricisidir. 
MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyev humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxundu. Preident İlham Əliyev qeyd edib ki, humanitar əməkdaşlıq əsas istiqamətlərdən biridir. O, Laçının Birliyin mədəniyyət paytaxtı elan edilməsi qərarını dəstəklədiklərinə görə MDB dövlət başçılarına minnətdarlığını bildirib. Dövlətimizin başçısı, həmçinin qeyd edib: "Ötən il Laçında keçirilən genişmiqyaslı tədbirlər qonaqlarımıza bu bölgənin zəngin və qədim tarixi ilə daha yaxından tanış olmağa imkan verdi. Qonaqlarımız onun sürətli dirçəlişinin, eyni zamanda, aparılan bərpa işlərinin miqyasının şahidi ola bildilər".
Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir. Dövlətimizin başçısı vurğulayıb: "2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb. Ortamüddətli perspektivdə məqsədimiz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycandan yükdaşımaları hər bir istiqamətdə 15 milyon tona çatdırmaqdır"".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 113   Tarix: 09 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Orta Dəhlizdən yaşıl enerjiyə: Azərbaycan üçün yeni imkanlar

"Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi iştirakı ölkəmiz üçün mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Bu formatda təmsil olunmağımız təkcə nəqliyyat-kommunikasiya əməkdaşlığı ilə bağlı deyil, həm də Azərbaycanın regional gündəliyin formalaşmasınd

16:23 0
.

"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"

"2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq". "Qafqazinfo" xəbər verir ki, bu sözlər

11:10 92
.

İlham Əliyev Azərbaycanın 2028-ci ildə MDB-yə sədrlik etməyə hazır olduğunu bildirib

"Prezident İlham Əliyevin son 2-3 il ərzində Mərkəzi Asiya ölkələrinə, xüsusilə regionun türkdilli dövlətlərinə ardıcıl səfərləri, eləcə də həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri qarşılıqlı əlaqələrin genişlənməsinə, dərinləşməsinə və strateji xarakter almasına mühüm töhfə verir

14:42 112
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

08.10.2026 265
.

Papuaşvili: "Brüsselə qulaq assaydıq, Gürcüstan yalnız kağız üzərində dövlət olardı"

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, yalnız kağız üzərində dövlət olmaqdan daha yaxşısı yalnız kağız üzərində Avropa İttifaqına (Aİ) namizəd ölkə olmaqdır. xəbər verir ki, bu barədə Sputnik Georgia məlumat yayıb. "Düşünürəm ki, yalnız kağız üzərində dövlət olmaqdansa, yalnı

11:03 164
.

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - Fotolar

Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib

10:10 136
.

Bakı və Aşqabad arasında əməkdaşlıq Xəzər üzərindən yeni imkanlar yaradır

"Oktyabrın 8-də Türkmənistanda keçirilən Mərkəzi Asiya dövlətləri və Azərbaycan dövlət başçılarının 8-ci Məşvərət Görüşü iştirakçı ölkələr arasında münasibətlərin daha geniş regional proseslərin tərkibində inkişaf etdiyini göstərir. Xüsusilə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüş

14:12 134
.

Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur

Bakıda gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunur. Oktyabrın 9-da Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfran

10:46 159
.

Sumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərlənib - İDDİA

Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında azyaşlılara antibiotik iynəsi vurulduqdan sonra onların səhhətində ciddi ağırlaşmaların yarandığı iddia olunur. -a istinadən xəbər verir ki, yayılan məlumata görə, iynədən sonra uşaqlarda qıcolma, göyərmə və digər kəskin əks-təsirlər müşahidə olunub. İddialar

12:50 221
.