Kiberdələduzlardan qorunmağın yolları: Hansı proqramlar kömək edir?

Kiberdələduzlardan qorunmağın yolları: Hansı proqramlar kömək edir?Müasir rəqəmsal dövrdə ən geniş yayılmış kibertəhlükələrdən biri fişinq (phishing) hücumlarıdır. Kiberdələduzlar bu üsulla istifadəçiləri aldadaraq onların şəxsi məlumatlarını, şifrələrini və bank hesablarına dair məlumatlarını ələ keçirməyə çalışırlar. Bəs fişinq hücumlarını xüsusi proqramlar vasitəsilə aşkar etmək mümkündürmü və bu təhlükələrdən necə qorunmaq olar?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev bildirib ki, fişinq hücumlarını və zərərli keçidləri müəyyənləşdirmək üçün müxtəlif texnoloji vasitələr mövcuddur. Bununla belə, heç bir proqram bütün təhlükələri 100 faiz dəqiqliklə aşkar etməyə zəmanət vermir. Çünki kiberdələduzlar istifadəçiləri aldatmaq üçün daim yeni üsullardan yararlanırlar:

"Gmail və Outlook kimi elektron poçt xidmətlərində istifadə olunan fişinq və spam filtrləri şübhəli mesajları müəyyənləşdirərək onları avtomatik olaraq spam qovluğuna yönləndirə bilir. Google Chrome, Mozilla Firefox və Microsoft Edge kimi brauzerlər isə məlum zərərli saytlar barədə istifadəçilərə xəbərdarlıq edir və təhlükəli keçidlərə daxil olmağın qarşısını almağa çalışır.

Bundan əlavə, şübhəli keçidləri açmazdan əvvəl VirusTotal kimi platformalarda yoxlamaq mümkündür. Bu xidmətlər keçidləri və faylları müxtəlif təhlükəsizlik mühərrikləri vasitəsilə təhlil edir. Lakin yoxlama zamanı təhlükənin aşkar edilməməsi keçidin tam təhlükəsiz olduğu anlamına gəlmir. Müəssisələr isə fişinq hücumlarını aşkar etmək və bloklamaq üçün Proofpoint və Cisco Umbrella kimi təhlükəsizlik həllərindən istifadə edə bilərlər. KnowBe4 platforması əsasən əməkdaşların kibertəhlükəsizlik üzrə maarifləndirilməsi və fişinq simulyasiyaları üçün tətbiq olunur.

Texnoloji vasitələrlə yanaşı, istifadəçilərin diqqətli davranması və kibergigiyena qaydalarına əməl etməsi də vacibdir. Elektron poçt və mesajları diqqətlə nəzərdən keçirmək, göndərənin ünvanını yoxlamaq lazımdır. Kiberdələduzlar bəzən rəsmi ünvanlara bənzəyən, lakin bir neçə hərfi və ya simvolu fərqlənən saxta ünvanlardan istifadə edirlər.
İstifadəçiləri tələsik qərar verməyə sövq edən mesajlara da ehtiyatla yanaşmaq lazımdır. "Hesabınız bloklanıb!", "Ödənişiniz dayandırılıb!" və ya "Təcili daxil olun!" kimi ifadələr insanlarda qorxu və təcililik hissi yaratmaq üçün istifadə edilə bilər. Belə hallarda keçidə klikləmədən məlumatı xidmətin rəsmi kanalları vasitəsilə yoxlamaq tövsiyə olunur.

Keçidin ünvanını yoxlamaq da mühüm təhlükəsizlik tədbirlərindəndir. Kompüterdə siçanın göstəricisini keçidin üzərinə gətirməklə onun hansı ünvana yönləndirdiyini görmək mümkündür. Bununla belə, bu üsul keçidin təhlükəsizliyinə tam zəmanət vermir. Şübhəli ünvanları açmaqdan çəkinmək lazımdır.
Hesabların təhlükəsizliyini gücləndirmək üçün ikiaddımlı doğrulamadan (2FA) istifadə etmək məqsədəuyğundur. Bu funksiya şifrə ilə yanaşı əlavə təsdiq tələb etməklə hesaba icazəsiz giriş riskini azaldır. İmkan daxilində autentifikator tətbiqlərinə və ya təhlükəsizlik açarlarına üstünlük vermək tövsiyə olunur. SMS vasitəsilə təsdiqləmə də əlavə müdafiə yarada bilər, lakin bütün hücum növlərindən qorumur.

Hər hesab üçün uzun, güclü və fərqli şifrələr seçmək də vacibdir. Şifrə menecerləri unikal şifrələr yaratmağa və onları təhlükəsiz saxlamağa kömək edir. Bank və digər vacib xidmətlərə daxil olarkən isə mesajlarda göndərilən keçidlərdən istifadə etmək əvəzinə rəsmi mobil tətbiqi açmaq və ya saytın ünvanını brauzerə özünüz daxil etmək daha təhlükəsizdir.

Fişinq hücumlarından qorunmaq üçün texnoloji vasitələrdən istifadə etməklə yanaşı, rəqəmsal təhlükəsizlik qaydalarına da əməl etmək lazımdır. Şübhəli mesajlara ehtiyatla yanaşmaq, keçidləri yoxlamaq, güclü şifrələr seçmək və ikiaddımlı doğrulamanı aktivləşdirmək şəxsi məlumatların qorunmasında mühüm rol oynayır. Rəqəmsal təhlükəsizlik yalnız proqramlardan deyil, həm də istifadəçinin diqqətli davranışından və düzgün qərarlar verməsindən asılıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 125   Tarix: 09 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.