Bakı-Aşqabad dialoqu: Enerji, logistika və regional inteqrasiya
"Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının Məşvərət görüşündə səsləndirilən fikirlər Bakı ilə Aşqabad arasında strateji dialoqun yeni mərhələyə qədəm qoyduğunu göstərir. Siyasi-hüquqi baxımdan bu görüş tərəflərin ikitərəfli müqavilə-hüquq bazasını möhkəmləndirmək, regional təhlükəsizlik və iqtisadi inteqrasiya məsələlərində birgə mövqelərini gücləndirmək niyyətini nümayiş etdirir".
Bunu BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
O, qeyd edib ki, Azərbaycan və Türkmənistan arasında suverenliyə, ərazi bütövlüyünə və daxili işlərə qarışmamaq prinsipinə əsaslanan münasibətlər beynəlxalq və regional platformalarda qarşılıqlı dəstəklə müşayiət olunur. İki ölkənin geosiyasi tərəfdaşlığının əsas istiqamətlərindən birini isə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın müddəaları nəzərə alınmaqla nəqliyyat-logistika və energetika sahələrində əməkdaşlıq təşkil edir:
"Azərbaycan və Türkmənistanın Xəzər dənizi üzərindən tranzit potensialının birləşdirilməsi Orta Dəhlizin və Şimal-Cənub nəqliyyat marşrutunun imkanlarının genişləndirilməsinə xidmət edə bilər. Bunun üçün hüquqi və inzibati prosedurların uyğunlaşdırılması, daşımaların səmərəliliyinin artırılması və sərhəd-keçid proseslərinin sadələşdirilməsi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında logistika əlaqələrinin inkişafı, eləcə də gömrük prosedurlarının təkmilləşdirilməsi xüsusi önəm kəsb edir.
Energetika sahəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı ticarət dövriyyəsinin artırılması hər iki ölkənin iqtisadi imkanlarını genişləndirərək onların regional və beynəlxalq bazarlardakı mövqelərini möhkəmləndirə bilər. Eyni zamanda, yaşıl enerji keçidi və bərpa olunan enerji dəhlizlərinin yaradılması istiqamətində təşəbbüslər Azərbaycan və Türkmənistanın enerji təhlükəsizliyinə, dayanıqlı inkişafa və beynəlxalq iqlim öhdəliklərinin yerinə yetirilməsinə töhfə verə bilər.
Azərbaycan Respublikası və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə Prezident İlham Əliyevin çıxışında əks olunan prioritetlər Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlərin daha geniş regional əməkdaşlıq kontekstində əhəmiyyətini ön plana çıxarır. Bu münasibətlər təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmır, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji yaxınlaşmanın inkişafına xidmət edir. Nəqliyyat, energetika, ticarət və hüquqi əməkdaşlıq sahələrində əlaqələrin genişləndirilməsi uzunmüddətli tərəfdaşlığın möhkəmləndirilməsi üçün mühüm zəmin yaradır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 830 Tarix: 09 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşApteklərdə oftalmoloji müayinə aparanlarla bağlı - Xəbərdarlıq
Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı xəbərdarlıq edilib. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Bildirilib ki, aptek təşkilatlarının nəzdində fəaliyyət göstərən optika şöbələrinin fəaliyyəti müvafiq normativ hüquqi aktlarla tənzimlənir: "Apte
23.11.2026 202 Kəlbəcər azadlığının 6-cı ilində
25 noyabr Azərbaycanda Kəlbəcər Şəhər Günüdür. Bu gün işğalçı Ermənistanla müharibədə qazandığımız böyük Zəfərdən sonra tariximizə yazılmış şanlı günlərdən biridir. 2020-ci ilin noyabrın 10-da cəbhədə işğalçı ordusu darmadağın olmuş Ermənistan kapitulyasiya aktını imzalamağaməcbur oldu. Üçtərəfli bəyanat
23.11.2026 276 Alim Qasımovun "GTA 6" uğurunun pərdəarxası - Meneceri danışdı
Xalq artisti, xanəndə Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımovanın ifalarının dünyanın məşhur videooyunlarından biri olan "GTA 6"nın musiqi siyahısına daxil edilməsi ilə bağlı bəzi detallar məlum olub. Xanəndələrin meneceri İlkin Robin Qaynarinfo-ya açıqlamasında bildirib ki, "GT
23.11.2026 239 Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı - Açıqlama
Bu gün mediada Qarabağ Universitetinin tələbələrinin qız üstündə dalaşdıqları və onlardan birinin ali təhsil müəssisəsindən xaric edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, universitet insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki, Qarabağ Universitetinin tələbələr
23.11.2026 198 Kəlbəcərdə ən müasir infrastruktur qurulur
25 noyabr - Kəlbəcər şəhər günüdür. Ölkəmizin ən böyük rayonu olan Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb
23.11.2026 324 Yardımlıda tutulan məmurların məhkəməsi BAŞLAYIR
Yardımlı Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində saxlanılan vəzifəli şəxslərin istintaqı yekunlaşıb. APA-ya istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Yardımlı rayon Məhkəməsinə təqdim olunub. İş üzrə məhkəmə iclası yaxın zamanlarda başlayacaq. Qeyd edək ki, Baş prokuror yanınd
23.11.2026 206 Çində dünyanın ən böyük elektrikli yük gəmisi hazırlandı
Çin mütəxəssisləri 23.5 meqavat-saatlıq akkumulyatorla təchiz olunmuş, dünyada ən böyük elektrikli quru yük gəmisini ərsəyə gətiriblər. xəbər verir ki, bu barədə "Naked Science" portalı məlumat yayıb. Uzunluğu 129.9 metr təşkil edən və standart yanacaq növündən imtina edən "BRF Froan"
23.11.2026 144 Azərbaycanlı aparıcı Ada Süleymanın öldüyü qəzanın TƏFƏRRÜATI
Gecə saatlarında Bakıda tanınmış aparıcı Ada Süleymanova və tanışının öldükləri qəza ilə bağlı bəzi təfərrüat məlum olub. BİG.AZ -a istinadən xəbər verir ki, Ada Süleymanova məclis başa çatandan sonra ayıq sürücü sifariş edib. Ayıq sürücü vaxtında gəlib və Ada Süleymanova sürücüdən onu evlərinə aparmağ
23.11.2026 267 Tacı əlindən alınan model gənc qızlara səsləndi
Futbolçu Salih Uçanın gözəllik kraliçası sevgilisi Alara Eriç "Miss Universe" müsabiqəsinə qatılmaq üçün yola düşməsinin ləğv edilməsi və tacının geri istənilməsi ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, model yayımladığı videoda bu cür yarışmalara qatılmaq arzusunda olan gənc qızlar
23.11.2026 211