Antarktidada nəhəng təhlükə: Dəniz səviyyəsi kəskin yüksələ bilər
Şərqi Antarktidanın buz örtüyü altında dünya okeanının səviyyəsini ciddi şəkildə yüksəldə biləcək nəhəng buz kütləsi yerləşir. Alimlər iqlim dəyişikliyi nəticəsində bu ərazidəki buzlaqların sabitliyini itirə biləcəyi barədə xəbərdarlıq ediblər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, söhbət Antarktidanın ən az tədqiq edilmiş ərazilərindən biri olan Uilks buzaltı hövzəsindən gedir.
"Nature Reviews Earth & Environment" jurnalında dərc olunan yeni araşdırmaya əsasən, hövzənin relyef xüsusiyyətləri qlobal istiləşmə şəraitində buz örtüyünün geri çəkilməsini sürətləndirə bilər.
Uilks hövzəsi Transantarktika dağları boyunca təxminən 1400 kilometr uzanır. Ərazi tamamilə qalın buz təbəqəsi ilə örtüldüyündən alimlər burada araşdırmalar aparmaq üçün radar və peyk müşahidələrindən istifadə edirlər.
Əvvəllər Şərqi Antarktida buz örtüyünün ən sabit hissələrindən biri hesab olunurdu. Lakin son tədqiqatlar bu bölgənin iqlim dəyişikliklərinə qarşı gözləniləndən daha həssas ola biləcəyini göstərir.
Əsas təhlükə hövzədəki buzlaqların böyük hissəsinin altındakı süxurların dəniz səviyyəsindən aşağıda yerləşməsidir. İsti okean suları buzlaqların dibinə çatarsa, onların əriməsi və geri çəkilməsi sürətlənə bilər.
Alimlər artıq bölgənin bəzi hissələrində dəyişikliklərin baş verdiyini bildirirlər. Müşahidələrə əsasən, bir sıra şelf buzlaqları nazilib və parçalanmaya məruz qalıb.
Hövzənin əsas buzlaqlarından olan Kuk buzlağı isə 1990-cı illərdən etibarən sürətlə nazilir. Məlumatlara görə, bu buzlaqdan hər il təxminən 44 milyard ton buz okeana daxil olur.
Tədqiqatçılar hesab edirlər ki, Uilks hövzəsinin daha ətraflı öyrənilməsi gələcəkdə dünya okeanının səviyyəsində baş verə biləcək dəyişiklikləri proqnozlaşdırmaq üçün böyük əhəmiyyət daşıyır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 830 Tarix: 08 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaytaxtda kirayə mənzillər sürətlə bahalaşır
Bakıda kirayə mənzil bazarında bahalaşma davam edir. Qiymət artımı artıq təkcə paytaxtın müəyyən əraziləri ilə məhdudlaşmır, mənzil axtaranların qarşısında daha ciddi seçim və büdcə problemi yaradır. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu ilin sentyabr ayının sonunda kirayə qiymətlər
12:50 161 Tramp xəbərdarlıq etdi: "ABŞ müflisləşə bilər"
ABŞ Prezidenti Donald Tramp dövlət borcunun yuxarı həddi ilə bağlı məsələ həll olunmayacağı təqdirdə ölkənin müflisləşmə təhlükəsi ilə üzləşəcəyini bildirib və mövcud məhdudiyyətin ləğv edilməsinə çağırıb. xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. "Dövlə
13:40 148 Serbiyanın yeni parlamentində qadın deputatların sayı rekord həddə çatıb
Serbiya parlamentinin yeni tərkibində qadın deputatların payı rekord həddə çatıb. BİG.AZ "Telegraf" nəşrinə istinadən xəbər verir ki, bu göstərici ölkədə 1990-cı ildə çoxpartiyalı sistemin tətbiqindən bəri ən yüksək səviyyədir. Parlamentdəki 250 deputat mandatından 102-si qadınlara məxsusdur
17:50 0 Tanınmış zərgər Paolo Bulqari 89 yaşında vəfat edib
"Bulgari" şirkətinin dünyanın aparıcı zərgərlik brendlərindən birinə çevrilməsində əsas rol oynamış italyan zərgər Paolo Bulqari 89 yaşında vəfat edib. "Report"un "La Repubblica" qəzetinə istinadən məlumatına görə, onun dəfn mərasimi noyabrın 23-də Romada keçiriləcək. Markanı
12:10 159 Əhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR
Qış mövsümünə keçidlə əlaqədar Azərbaycanda əhalinin təbii qaz və elektrik enerjisi üzrə mövcud limitlərinə yenidən baxılması məsələsi gündəmə gəlib. Hazırda əhali üçün illik 1200 kubmetrədək qazın hər kubmetri 12,5 qəpik, 1200-2500 kubmetr aralığında 22 qəpik, 2500 kubmetrdən artıq istehlak isə 30 qəpikl
00:27 346 Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
"Pensiyalarda 2026-cı ildə nəzərdə tutulan ikinci artım pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il əlavə altı illik iş stajını tamamlayan vətəndaşlara şamil olunacaq". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib
00:25 431 Bəzi yerlərdə yağış, qar və duman: Həftənin ilk iş gününün havası
Noyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimalı var. Gündüz tədricə
13:43 156 Fitso: Slovakiya Aİ-nin Ukrayna üçün 45 milyard avroluq kreditinə qoşulmayacaq
Slovakiya Ukraynaya Avropa İttifaqı (Aİ) tərəfindən ayrılması nəzərdə tutulan 45 milyard avro məbləğində yeni kreditin verilməsində iştirak etmək niyyətində deyil. "Report"un məlumatına görə, bunu Slovakiyanın Baş naziri Robert Fitso "Facebook" səhifəsində yayımladığı video müraciətind
21:45 0 Azərbaycanda terminallarla ÖDƏNİŞ QAYDASI DƏYİŞDİ
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 manatdan artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin
00:23 559