İnsanı həqiqətən xoşbəxt edən nədir: pul və ya dəyərli əşyalar deyil - psixoloq DANIŞIR

İnsanı həqiqətən xoşbəxt edən nədir: pul və ya dəyərli əşyalar deyil - psixoloq DANIŞIRDaha çox qazanmaq, rahat evdə yaşamaq və bahalı əşyalar almaq insanların həyatını asanlaşdıra bilər. Ancaq maddi rifah insanın özünü xoşbəxt hiss etməsi üçün hər zaman kifayət etmir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, psixoloqlar həyatdan məmnunluğu yaxın münasibətlər, məqsəd hissi və insanın sevdiyi məşğuliyyətlərlə əlaqələndirirlər.

Harvard Universitetinin uzunmüddətli insan inkişafı araşdırmasının rəhbəri, psixiatr Robert Voldingerin sözlərinə görə, ailəsi və dostları ilə möhkəm münasibətləri olan insanlar, ümumilikdə, özlərini daha xoşbəxt hiss edir və daha sağlam olurlar.

Burada əsas məsələ tanışların sayı deyil. İnsanın yanında rahat olduğu, çəkinmədən danışa bildiyi və kömək istəyə biləcəyi bir neçə yaxın adamın olması daha vacibdir. Bahalı mənzil, avtomobil və ya yeni telefon emosional yaxınlığın yerini tam doldura bilmir.

Xoşbəxtliyə təsir edən başqa bir amil isə həyatın mənalı olduğunu hiss etməkdir. Sevimli iş, yaradıcılıq, yaxınlara qayğı göstərmək, başqalarına kömək etmək və ya yeni bir bacarıq öyrənmək insana bu hissi verə bilər. Bunun üçün mütləq böyük uğurlar qazanmaq lazım deyil. Vaxt ayrılan kiçik bir hobbi də gündəlik həyata məna qata bilər.

Yeni əşyalar almaq sevinc gətirsə də, insan zamanla onlara alışır. Dünən xüsusi görünən bir alış bir müddət sonra adi məişət əşyasına çevrilir. Yaxınlarla səyahət, gəzinti, konsert və ya birlikdə keçirilən axşam isə həm münasibətləri möhkəmləndirir, həm də uzun müddət xatırlanan xoş anlar yaradır.

Psixoloq vurğulayırlar ki, xoşbəxtlik daim şən olmaq demək deyil. Kədər, yorğunluq, məyusluq və narahatlıq da həyatın bir hissəsidir. Əsas məsələ bu hissləri heç vaxt yaşamamaq yox, bütövlükdə həyatını dəyərli hesab etməkdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 839   Tarix: 08 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda 37 yaşlı arvadını döyən 22 yaşlı kişi həbs olundu

Ağcabədidə kişi arvadını döyüb. -a istinadən xəbər verir ki, 22 yaşlı Səxavət Bağırov (şərti adla) yaşadıqları evdə arvadı 37 yaşlı Nuranə Bağırovanı (şərti adla) üz və baş nahiyələrinə vuraraq döyüb. Zərərçəkənin şikayəti əsasında o saxlanılaraq, barəsində müvafiq maddə ilə protokol tərtib olunub. Bağırovu

22.11.2026 246
.

Tramp: "Ağ Evin mətbuat katibi vəzifəsinə 100 nəfər iddialı var"

ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsini tutmaq istəyən 100 nəfərin olduğunu açıqlayıb. xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. "Dörd-beş nəfər namizəd barədə düşünürəm. Deyim ki, bu işi əldə etmək istəyən 100 nəfər var"

22.11.2026 184
.

Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat

Qazaxda ehtiyatda olan zabit dəm qazından boğularaq ölüb. -ın məlumatına görə, əslən Qazax rayonundan olan, Bakı şəhərində yaşayan 1977-ci il təvəllüdlü Vüqar Qulu oğlu Məmmədov bir neçə gün əvvəl iki avtomobilin toqquşması nəticəsində həyatını itirən Dərgahquliyevlər ailəsinin üzvlərinin yas mərasimind

22.11.2026 305
.

"İsraildə 5 ağır əməliyyat keçirdim" - Polad Bülbüloğlu

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu son illər görmə qabiliyyətində üzləşdiyi ciddi problemlər səbəbindən İsraildə ağır əməliyyatlar keçirdiyini açıqlayıb. Axşam.az xəbər verir ki, bu barədə P.Bülbüloğlu Təl-Əvivdə fəaliyyət göstərən "Sheinkin40" adlı yutub kanalına müsahibəsində danışıb

22.11.2026 212
.

Qəribabadi: ABŞ və İsrail ordusu İrana qarşı kütləvi qırğın silahlarından istifadə edib

ABŞ ilə İsrail 12 və 40 günlük müharibə zamanı İrana qarşı kütləvi qırğın silahlarından, ən qabaqcıl hərbi texnologiyalardan istifadə etsə də, sonda məğlub olub. "Report" IRIB-yə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin hüquq məsələləri üzrə müavini Kazım Qəribabadi jurnalistlər

22.11.2026 192
.

Zelenski Ukraynanın Vaşinqtondakı səfiri postuna namizədlərin adlarını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Oksana Markarovanın Vaşinqtonda səfir vəzifəsinə qayıtmasını mümkün hesab edir. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Zelenski onlayn brifinq zamanı bildirib. Onun sözlərinə görə, digər mümkün namizədlər sırasında Yuliya Sviridenko

22.11.2026 177
.

Paytaxtda tikinti aparılan binadan yıxılan şəxs öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. BİG.AZ Yurd.Media-ya istinadən xəbər verir ki, Elvin Zeynalov hündürlükdən yıxılaraq həyatını itirib. Hadisənin tikinti işlərinin aparıldığı binada baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır

22.11.2026 265
.

Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışından paylaşım edib. Görüntüləri buradan izləyə bilərsiniz

22.11.2026 205
.

COP31: İqlim danışıqlarında yekun razılaşma layihəsi təqdim olunub

Türkiyədə keçirilən BMT-nin iqlim danışıqları bazar günü yekun razılaşmaya yaxınlaşıb. COP31-in Türkiyə və Avstraliyadan olan həmsədrləri qlobal istiləşmə ilə mübarizədə növbəti addımlarla bağlı konsensus əldə olunacağına ümid edərək yeni təkliflər paketini təqdim ediblər. "Reuters" agentliyin

22.11.2026 190
.