3 oktyabr 1993-cü il: Azərbaycanın müasir dönüş nöqtəsi
"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan bir tarixdir. Çünki həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Amma bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixinin ən ağır mərhələlərindən birində ölkənin hansı istiqamətdə gedəcəyinin müəyyənləşməsindən gedirdi.
1993-cü ildə Azərbaycan ciddi siyasi böhranla, daxili qarşıdurma təhlükəsi ilə, iqtisadi və hərbi problemlərlə üz-üzə idi. Belə bir şəraitdə əsas məsələ hakimiyyət uğrunda mübarizə deyil, dövlətin özünün qorunub saxlanılması idi.
Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə dövlət idarəçiliyində sabitlik və ardıcıllıq mərhələsi başladı. Dövlət institutlarının möhkəmləndirilməsi, ordunun formalaşdırılması, iqtisadiyyatın dirçəldilməsi, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində ciddi addımlar atıldı.
1995-ci ildə Konstitusiyanın qəbul edilməsi, iqtisadi islahatlar, neft strategiyasının formalaşdırılması və Azərbaycanın dünya ilə daha geniş inteqrasiyası həmin dövlətçilik xəttinin mühüm nəticələri idi.
Burada mühüm bir məqam var. Heydər Əliyev yalnız o günün problemlərini həll etmirdi. O, Azərbaycanın gələcəyinin siyasi, iqtisadi və institusional əsaslarını formalaşdırırdı."Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, məhz buna görə 2003-cü ildə İlham Əliyevin prezident seçilməsi də ayrıca bir hadisə kimi deyil, əvvəlki illərdə formalaşdırılmış siyasi kursun davamlılığı kontekstində qiymətləndirilir.
"Başqa sözlə, 1993-cü ildə dövlətin sabitliyi və müstəqilliyinin qorunması üçün atılan addımlar sonrakı mərhələdə Azərbaycanın inkişaf strategiyasına çevrildi. 2003-cü ildən etibarən isə bu xətt yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirildi və Azərbaycan suveren dövlət kimi təsdiqləndi.
Bu gün 3 oktyabrı xatırlayarkən əsas məsələ tarixə yalnız nostalji ilə baxmaq deyil. Əsas məsələ odur ki, həmin dövrdə verilmiş siyasi qərarların Azərbaycan dövlətçiliyinin sonrakı inkişafına necə təsir etdiyini düzgün dərk edək.
Çünki dövlətçilik tarixində elə tarixlər var ki, onlar sadəcə təqvimdə qalmır. 3 oktyabr 1993-cü il də Azərbaycanın müasir dövlətçilik tarixində belə dönüş nöqtələrindən biridir."-deyə, B.Quliyev əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 104 Tarix: 03 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer "Dostluq" ordeni ilə təltif edilib. BİG.AZ -a istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsind
10:41 155 YAP qurultayında yeni dövrün siyasi xəritəsi çəkildi
Azərbaycanın siyasi həyatında mühüm hadisələrdən biri baş verdi. Hakim Yeni Azərbaycan Partiyasının sayca VII qurultayı keçirildi. Prezident İlham Əliyevin çıxışı təkcə partiyanın qarşıdakı fəaliyyətinə deyil, Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətlərinə dair mühüm mesajlarla yadd
14:21 124 Suverenlik Azərbaycanın xarici siyasət strategiyasıdır
"Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışı ölkənin hazırkı inkişaf mərhələsinin mühüm xüsusiyyətlərindən birini aydın şəkildə ortaya qoydu: artıq bu gün suverenlik yalnız hüquqi kateqoriya və ya ərazi bütövlüyünün bərpasının nəticəsi kimi nəzərdə
13:20 154 Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi
11:51 292 Hərəkət edin, xoşbəxt olun - ARAŞDIRMA
Gün ərzində fiziki aktiv olmaq təkcə bədən sağlamlığı üçün deyil, insanın əhvalı üçün də faydalı ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, "Nature Human Behaviour" jurnalında dərc olunan araşdırmada alimlər 8 223 nəfərin məlumatlarını təhlil ediblər. Tədqiqat 14 ölkədən 67 məluma
10:29 183 Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI
Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab
14:57 175 "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə
02.10.2026 283 "Forsaj" serial olacaq
"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c
02.10.2026 248 Fransada polis 600 etirazçını həbs edib
Fransada yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin davam edən etiraz aksiyaları 564 məktəbdə dərs prosesinin pozulmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə Fransa mediası Milli Təhsil Nazirliyinə istinadən məlumat yayıb. Bundan başqa, tələbə ittifaqı 25-dən çox universite
02.10.2026 229