Formula 1: Azərbaycan Qran-prisinə start verilir
Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək.
Qaynarinfo-nun məlumatına görə, ilk gündə iki sərbəst yürüş keçiriləcək.
Bundan əlavə, "Formula 2"də də sınaq yürüşü ilə yanaşı, sıralama turları gerçəkləşəcək.
20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.
Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı yeddi turnir Azərbaycan Qran-prisi adlanıb.
2016-cı ildə almaniyalı Niko Rosberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Lüis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. 2023-cü ildə isə Peres ikinci dəfə Bakıda qalib gəlib. 2024-cü ildə Oskar Piastri (Avstraliya), 2025-ci ildə Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.
2020-ci ildə koronavirus pandemiyası səbəbindən Bakıda yarış təşkil olunmayıb.
Azərbaycan Qran-prisinədək "Mersedes"in italiyalı pilotu Andrea Kimi Antonelli 292 xalla liderdir. Onun Böyük Britaniyadan olan komanda yoldaşı Corc Rassell (211 xal) ikinci, "Ferrari"dən Lüis Hemilton (191 xal) üçüncüdür.
Konstruktorlar Kubokunda da "Mersedes" liderdir - 503 xal. "Ferrari" ikinci (358 xal), "Maklaren" (306 xal) üçüncü pillədə qərarlaşıb.
Azərbaycan Qran-prisində ilk günün proqramı:
10:00. "Formula 2": Sərbəst yürüş
12:30. "Formula 1": Birinci sərbəst yürüş
14:00. "Formula 2": Birinci sıralama turu
14:30. "Formula 2": İkinci sıralama turu
16:00. "Formula 1": İkinci sərbəst yürüş
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 639 Tarix: 24 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Arsenal"ın futbolçusu İngiltərə U-21 millisinin tarixində meydana çıxan ən gənc futbolçu olub
"Arsenal"ın yarımmüdafiəçisi Maks Daumen İngiltərənin 21 yaşadək futbolçulardan ibarət millisinin tarixində ən gənc oyunçu olub. "Report" xəbər verir ki, 16 yaşlı futbolçu Portuqaliya U-21 komandası ilə yoldaşlıq görüşündə debüt edib. O, meydana 16 yaş 10 ay 13 günlük olarkən çıxıb
14.11.2026 471 "Sabah" basketbol klubu oyunçusu Mayk Ertel ilə vidalaşıb
"Sabah" basketbol klubu oyunçusu Mayk Ertel ilə vidalaşıb. Bu barədə "Report"a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib. 27 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. Qeyd edək ki, Mayk Ertel 2026-cı ildən "Sabah"da çıxış edirdi
08.11.2026 570 İnfantino 4.2 milyard dollarlıq təşəbbüsdən imtina etdi
FIFA prezidenti Canni İnfantino dünya çempionatının iştirakçı sayının artırılması ideyasından geri çəkilib. xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti yazıb. Məlumata görə, o, turnirin keçirilmə hüquqlarının bir hissəsinin satılması planı ətrafında yaranan qalmaqaldan sonra üzərindək
07.11.2026 621 FIFA U-15: Bu gün dünya çempionatının qalibi müəyyənləşəcək
Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi bu gün müəyyənləşəcək. Qaynarinfo-nun məlumatına görə, A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gələcək. Qarşılaşma Bakı Kristal Zalında, saat 18:00-da start götürəcək. Bundan əlavə, B, C, D, E və F Divizionlarını
30.10.2026 785 Kriştianu Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
Beşqat "Qızıl top" sahibi və futbol tarixinin ən məhsuldar qolçularından olan portuqaliyalı hücumçu Kriştianu Ronaldu ümumi qazancı 2 milyard dollara çatan ilk aktiv idmançı olub. xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb. Nəşrin qiymətləndirməsinə görə, futbolçu 2026/2027-c
25.10.2026 907 Devid Bekhemin növbəti uğuru: Tarixi siyahıya düşdü
İngiltərə millisinin sabiq yarımmüdafiəçisi və "İnter Mayami" klubunun həmsahibi Devid Bekhem 2027-ci ildə ABŞ Milli Futbol Şöhrət Zalına daxil ediləcək. xəbər verir ki, bu barədə MLS-in rəsmi saytında məlumat verilib. Mərasim 2027-ci il aprelin 16-da Texas ştatının Frisqo şəhərində yerləşə
15.11.2026 422 İlham Əliyev mükafatlandırma mərasimində - Video
Xəbər verdiyimiz kimi, Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi İspaniya millisi olub. "Qafqazinfo"nun məlumatına görə, Çexiya üzərində 3:0 hesablı parlaq qələbədən sonra turnirin təntənəli mükafatlandırma mərasimi baş tutub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, FIFA prezident
30.10.2026 878 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş
Joze Mourinyonun "Real Madrid"in toxunulmazlarından hesab etdiyi və müqaviləsinin yenilənməsini istədiyi türkiyəli futbolçu Arda Güler İspaniya nəhəngi ilə 5 illik müqavilə üçün prinsipial razılığa gəlib. Arda Gülerin "Real Madrid"dən qazanacağı yeni maaşı da məlum olub. Bu barəd
14.11.2026 431 Canni İnfantino: "Bakıdakı U-15 dünya çempionatı və festivalı FIFA-nın ən uğurlu layihəsidir"
Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı son 120 ildə həyata keçirilən ən uğurlu layihədir. "Report" xəbər verir ki, bunu Canni İnfantino prezidenti olduğu FIFA-nın mətbuat xidmətinə açıqlamasında deyib. O, 189 ölkənin qatıldığı turnirin unudulmaz təcrübə olduğunu bildirib:. "Bütü
31.10.2026 785