20 Sentyabr tarixə düşdü: Qarabağda suverenlik tam təmin edildi

20 Sentyabr tarixə düşdü: Qarabağda suverenlik tam təmin edildi2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda başlayan lokal xarakterli antiterror tədbirləri cəmi bir sutkaya yaxın davam etdi. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyat sentyabrın 20-də saat 13:00-da dayandırıldı. Əməliyyatın dayandırılması ilə Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qanunsuz silahlı dəstələrin silahı yerə qoyması, mövqelərdən çıxması və tam tərksilah olunması şərtləri qəbul edildi.

19-20 sentyabr hadisələri Azərbaycan ərazisində dövlət suverenliyinin tam bərpası ilə nəticələnən prosesin mühüm mərhələsi oldu. Bu hadisədən üç il ötür. Bəs cəmi bir sutkaya yaxın davam edən antiterror əməliyyatının əsas nəticələri nədən ibarət idi və 20 sentyabr Azərbaycanın müasir tarixində hansı dəyişiklikləri yaratdı?
20 Sentyabr tarixə düşdü: Qarabağda suverenlik tam təmin edildiMövzu ilə bağlı politoloq, Resurs Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin sədri Rasim Quliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, bir günlük antiterror əməliyyatı dünyada çox unikal əməliyyatlardan biridir. Heç bir sutka çəkmədən erməni separatizminin kökü kəsildi. Onun sözlərinə görə, Azərbaycan 44 günlük müharibədə sözsüz ki, Ermənistanı məğlub etmişdi və kapitulyasiya aktına orda qol çəkilmişdi: "Ancaq bununla belə Rusiyanın dəstəyi ilə Azərbaycanın daxilində serparatizm hələdə mövcud idi. Və həm hərbi, həm siyasi diplomatik kontekstdə Azərbaycan 2023-cü ilin 19-20 Sentyabr tarixlərində bir sutkadanda az müddətdə antiterror əməliyyatı keçirməklə öz suverenliyini möhkəmləndirdi. Bu əməliyyatın əsas məğzi ondan ibarətdir ki, birincisi Azərbaycan elə bir unikal hərbi əməliyyat keçirdi ki, bir vətəndaşın belə burnu qanamadan hərbi antiterror əməliyyatı keçirtdi və orada olan separatçıların bütün hərbi kontingentini təslim aldı. İkinci mühüm məsələ ondan ibarətdir ki, Azərbaycan bununlada özünün suverenliyini, ərazi bütövlüyünü tam təmin etmiş oldu. Ondanda vacib məqam odur ki, Azərbaycan ərazisində hər hansısa bir silahlı qüvvənin qalmasına son qoyuldu.

Beləki, antiterror əməliyyatından sonra baxmayaraq ki, antiterror əməliyyatına qədər Ermənistanın Azərbaycanın daxilində Xankəndi və ona yaxın ərazilərdə çox mükəmməl silahlanmış ordusu var idi. Eyni zamanda da sülhməramlı adı altında Azərbaycanın ərazisisində Rusiyanın ordusu var idi. Azərbaycan bu əməliyyat ilə bütün hərbi-siyasi üstünlükləri əldə etdi. Artıq həm Ermənistan, həmdə Rusiya tərəfinin etirafına görə artıq orda başqa bir ordunun olmasına lüzum olmadı. Vladimir Putin sonradan etiraf etdiki artıq Azərbaycanda erməni əhalisi və silahlı birləşmələri qalmadığı üçün biz sülhməramlı olaraq yalnız Azərbaycanın tələbi ilə Azərbaycan ilə danışmalıyıq. Çünki artıq orda başqa ikinci və ya üçüncü qüvvə yox idi. Ona görədə Azərbaycanda vaxtından əvvəl sülhməramlı qüvvələrin artıq orda fəaliyyətinə lüzum olmadığını izah etdi və Rusiya özünün orda olan hərbi hissəsini yığışdırıb, Azərbaycan ərazisindən çıxdı. Bununlada Azərbaycan ərazisində nə separatizmi dəstəkləyən hansısa hərbi-siyasi qurum qalmadı, nədə sülhməramlı adı altında Rusiyanın hərbi hissəsi Azərbaycanın ərazisində mövcud olmadı. Beləliklə Azərbaycan bir günlük antiterror əməliyyatı ilə bir daha demək istəyirəm ki, heç bir vətəndaşa zərər vermədən sırf separatçı hərbiçiləri zərəsizləşdirməklə və bütün hərbi qəniməti ələ keçirməklə vətəndaşların və hərbiçilərin Azərbaycan ərazisindən çıxmasına şərait yaratdı. Bununlada Azərbaycan dövləti bütün dünyada özünü qalib dövlət kimi bəlli etdi.

Bu məsələnin digər tərəfi isə separatçıların rəhbəri Şahramanyan sərəncam imzalayaraq, bütün separatçı qurumların buraxıldığını elan etdi. Bu Azərbaycanın həmdə hüquqi cəhətdən ərazisində olan separatizmin son nöqtəsi idi. Ona görədə 2023-cü il 19-20 sentyabr əməliyyatları dünya həm hərb, həmdə siyasi, diplomatik, hüquqi tarixində unikal bir hadisə idiki, bununlada Azərbaycan özünün müstəqilliyini və suverenliyini qəti sürətdə təmin etmiş oldu".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 790   Tarix: 21 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avropa İttifaqı ölkələrində 3 milyon işsiz var

Avropa İttifaqına üzv ölkələrdə 2016-cı ildə 3,9 milyon nəfər gənc işsizlərin sayı sentyabr ayında 3 milyona düşüb. Eyni dövrdə Türkiyədəki gənc işsizlərin sayı isə 1.1 milyondan 783 min nəfərədək azalıb. Bununla bağlı Türkiyə mediasına istinadən bildirib. Aİ-yə üzv ölkələr arasında ən çox gənc işsi

10:36 191
.

Polisin barmağını dişləyən şəxs saxlanıldı

İzmirdə 18 il 5 ay müddətinə həbs cəzası almış və 33 gündür ki, axtarışda olan oğurluq cinayətində təqsirləndirilən şəxs saxlanılarkən polisin barmağını dişləyərək yaralayıb. Bunu Türkiyə mediasına istinadən bildirib. Şəxs zərərsizləşdirilərək əlləri arxadan qandallanıb və məhkəməyə göndərilib. Onu

11:47 183
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

04.11.2026 385
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

12:14 157
.

2027-ci ildə gözlənilən inflyasiya səviyyəsi açıqlandı

"Mərkəzi Bankın baza ssenari üzrə oktyabr proqnozlarına əsasən, illik inflyasiya 2027-ci ildə 5.9% səviyyəsində qərarlaşacaq". xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbayca

04.11.2026 341
.

Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib

IRIS-T sistemlərinin və F-16 təyyarələri üçün sursatların Ukraynaya göndərilməsi nəzərdən keçiriləcək. APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında Almaniyanın müdafiə naziri Boris Pistoriusla görüşünün nəticələrini şərh edərkən deyib. "Bizim qarşıdak

04.11.2026 340
.

Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları,. Sizi "BMT İdarəetmə İnnovasiyalar

10:41 180
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

12:25 161
.

Doğum müavinəti 1500 manat olsa, ailələrin sosial yükü azalacaqmı?

Doğum müavinətinin 600 manatdan 1500 manata çatdırılması ailələrin sosial müdafiəsinin gücləndirilməsi baxımından əhəmiyyətli addım ola bilər. Çünki uşağın dünyaya gəlməsi ilə ailənin maddi xərcləri də əhəmiyyətli dərəcədə artır. Xüsusilə ilk aylarda körpənin geyim, qida, dərman və digər zəruri ehtiyaclarını

11:49 200
.