Azərbaycanda uşaq kitabxanaları azalır: "Valideyn kitab oxumursa, uşaq da oxumayacaq"

Azərbaycanda uşaq kitabxanaları azalır: "Valideyn kitab oxumursa, uşaq da oxumayacaq"Azərbaycanda son illərdə uşaq kitabxanalarının və onların kitab fondunun sayında azalma müşahidə olunur.

2001-ci ilin əvvəlinə ölkədə Mədəniyyət Nazirliyi sistemi üzrə 112 uşaq kitabxanası fəaliyyət göstərib. 2006-cı ildə onların sayı 103-ə, 2011-ci ildə 102-yə, 2016-cı ildə 97-yə, 2021-ci ildə isə 87-yə düşüb. 2025-ci ilin əvvəlinə uşaq kitabxanalarının sayı 89-a yüksəlsə də, 2026-cı ilin əvvəlinə yenidən 87 olub.

Eyni zamanda, uşaq kitabxanalarının kitab fondunun həcmi də azalıb. 2001-ci ilin əvvəlinə 2,7 milyon nüsxə olan fond 2006-cı ildə 2,7 milyon, 2011-ci ildə 2,2 milyon, 2016-cı ildə 1,7 milyon, 2021-ci ildə isə 1,3 milyon nüsxə təşkil edib. 2025 və 2026-cı illərin əvvəlinə də fondun həcmi 1,3 milyon nüsxə olub.

Bəs kitabxanaların və kitab fondunun azalması uşaqların mütaliə vərdişlərinə və psixoloji inkişafına necə təsir edə bilər? Kitabla müntəzəm təmasın azalması uşağın diqqət, təxəyyül və düşünmə qabiliyyətinə təsir göstərirmi?

Psixoloq Gülnar Orucova Qaynarinfo-ya açıqlamasında bildirib ki, kitab oxumaq həm uşaqlar, həm də böyüklər üçün faydalıdır:

"Ümumiyyətlə, kitab oxumaq həm uşaqlar, həm də böyüklər üçün faydalıdır. Bu gün, xüsusilə də böyüklər deyirlər ki, biz kitabı onlayn oxuyuruq və yaxud dinləyirik. Xeyr, mənə görə, kitab oxunmaq üçündür. Hətta göz həkimləri belə deyirlər ki, hər gün bir səhifə yazı oxunmalıdır. Yəni kitab oxunmalıdır. Bunun göz üçün nə qədər faydalı olduğunu göz həkimləri özləri daha yaxşı izah edə bilərlər".

Psixoloq valideynlərin uşaqların mütaliə vərdişlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb:

"Bu gün valideyn uşaq üçün örnəkdir. Əgər uşaq valideynin əlində kitab görmürsə, telefon görürsə, sizcə, o uşaq kitab oxuyarmı? Əlbəttə, oxumayacaq. O da telefonla oynayacaq. Valideyn gərək kitab oxusun ki, uşaq da ona baxıb kitab oxusun".

Gülnar Orucovanın sözlərinə görə, kitab oxumaq uşağın yalnız mütaliə vərdişini formalaşdırmır, eyni zamanda onun söz ehtiyatını və ünsiyyət bacarığını da artırır:

"Bundan əlavə, kitab təkcə uşaqda mütaliə vərdişi yaratmır, birinci növbədə söz ehtiyatını artırır. Məsələn, indi kurikulum təlim sistemidir. Kurikulumda daha çox sual-cavabla qiymətlər yazılır. Amma bizə nə lazımdır? Ünsiyyət qurub danışa bilən, sosial əlaqələri genişlənmiş bir vətəndaş, fərd lazımdır. Bunun üçün də kitab ünsiyyət bacarığını artırır".

Psixoloq kitabın uşağın təxəyyül və təfəkkürünün formalaşmasına, analiz qabiliyyətinin inkişafına və empatiya hissinin güclənməsinə də təsir etdiyini deyib:

"Təxəyyül və təfəkkürü formalaşdırır, analiz etmə qabiliyyətini artırır. Məsələn, empatiya hissini artırır, uşağı mərhəmətli davranmağa daha çox sövq edir. Bəzən olur ki, uşaq özünə "Mən onun yerində olsaydım, nə edərdim?" sualını verir. Yəni bu sualı özünə verirsə, analiz etmə qabiliyyəti güclənir, empatiya hissi yaranır".

Gülnar Orucova hesab edir ki, valideynlərin uşaqlardan yalnız yüksək qiymət və test nəticəsi tələb etməsi onların mütaliəyə və ümumilikdə təhsilə marağını azalda bilər:

"Bu gün kitab oxumağın həqiqətən mühüm əhəmiyyəti var. Amma nə yazıq ki, bunu valideynlər anlamır. Valideynlər ancaq uşağın üstünə düşürlər: "Test elə, test elə, test elə". Bəzən də baxıb görürük ki, aşağı yaşda uşaq nəinki təlimə, nəinki məktəbə, ümumiyyətlə, oxumaq istəmir, təlimə həvəsi qalmayıb, sıfıra bərabər olub".

Psixoloq bunun əsas səbəblərindən birinin valideynlərin uşaqlarla daha çox qiymətlər barədə danışması olduğunu bildirib:

"Niyə? Çünki dərsdə alınan qiymət haqqında söhbətlər gedir. Xaricdə şagirddən soruışulur ki, "Bu gün necə əyləndin?" Amma bizdə "Bu gün müəllimə hansı summativi yazdırdı? O summativdən sən necə aldın? Sən niyə dörd aldın? Kim beş almışdı? Niyə beş aldı o, sən ala bilmədin?" kimi suallar verilir. Müqayisə ortaya girir. Valideyn övladını həvəsləndirmək əvəzinə onu həvəsdən salır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 762   Tarix: 03 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Respublikasının Dövlət Bayrağı qürur mənbəyimizdir

Bayraq sevgisi vətən sevgisidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmürlər. Prezident İlham Əliyev deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir". 2020-ci il sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanı

11:20 200
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd olunmasına başlanılmasından 17 il keçir. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur

10:31 187
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

05.11.2026 515
.

Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib

Ötən gün Bakıda keçirilən ad günü məclisi dekorasiyası və qonaqları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, gecə üçün cəngəllik üslubunda dekorasiya qurulub. Məclisdə dünya şöhrətli reper Frenç Montana da yer alıb. Gecənin qonaqları arasında Xalq artisti Aygün Kazımova da olub. Hotellərdən birind

14:54 90
.

"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi

Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə

11:32 187
.

Üç rəngli bayrağımız milli qürurumuz, varlığımız, əbədiyyət rəmzimizdir

Dövlət Bayrağımızın bu illki təntənəsi xalqımız üçün ikiqat əlamətdardır. Bayram 30 ildən sonra işğaldan azad edilən torpaqlarımızda da fərəhlə qeyd edilir. Hər bir dövlətin, millətin varlığını təsdiqləyən bayraq dövlət atributları içərisində seçilir. Türk dünyasında "tuğ" adlandırılan dövlə

11:08 191
.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

10:09 196
.

Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?

Mavi və yaşıl qabıqlı yumurtalar ilk baxışdan qeyri-adi görünə bilər. Lakin bu rənglər yumurtanın xarab olduğunu və ya adi yumurtalardan daha faydalı olduğunu göstərmir. Qabığın fərqli rəngdə olması müəyyən toyuq cinslərinin genetik xüsusiyyətləri ilə əlaqədardır. BİG.AZ -a istinadən xəbər verir ki

05.11.2026 319
.

Tramp İranın Qeşm adasına endirilən zərbələri şərh etdi

ABŞ Prezidenti Donald Tramp İranın Qeşm adasına gecə saatlarında endirilən zərbələri şərh edərək, bunu "kiçik hücum" adlandırıb. xəbər verir ki, Trampın açıqlaması "Fox News" telekanalında yayımlanıb. "Dünən gecə bir obyekti məhv etdik. Bu, sadəcə kiçik bir hücum idi. Müharib

10:50 192
.