Çörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?

Çörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?Çörəyi rasiondan çıxarmaq çəki itkisinə səbəb ola bilər. Lakin karbohidrat ehtiyacını tamamilə azaltmaq düzgün deyil. Mütəxəssislər ağ çörək əvəzinə tam taxıllı, çovdarlı və ya mayalı çörəyə üstünlük verməyi tövsiyə edirlər.

Qaynarinfo "Network Okulu"na istinadən xəbər verir ki, çörəkdən imtina edən zaman orqanizmin karbohidrat ehtiyacının digər qidalar hesabına qarşılanması vacibdir.

Ağ çörək qan şəkərinin sürətlə yüksəlməsinə səbəb ola bilər. Buna görə onun miqdarını azaltmaq, əvəzinə yulaf, çovdar və ya tam taxıllı çörəkdən istifadə etmək tövsiyə olunur.

Karbohidrat ehtiyacını kişmiş, kök, noxud və yaşıl noxud kimi qidalarla da müəyyən qədər qarşılamaq mümkündür.

Çörəyi azaltmaqla nə qədər çəki itirmək olar?

Mənbədə qeyd olunur ki, çörəyin miqdarının azaldılması və karbohidrat ehtiyacının digər qidalardan qarşılanması ilə ay ərzində 3-5 kiloqram çəki itirmək mümkün ola bilər. Bununla belə, çəki itkisi insanın maddələr mübadiləsindən, qidalanmasından və fiziki aktivliyindən asılıdır.

Çörəkdən tamamilə imtina etmək çətindirsə, gündə bir dilim çovdarlı və ya tam taxıllı çörək istehlak etmək mümkündür. Ağ çörək əvəzinə yulaf və müsliyə də üstünlük verilə bilər.

Çörəyin əvəzinə nə yemək olar?

Çörəyin əvəzinə yulaf, qaynadılmış kartof, müsli, səhər yeməyi üçün taxıl məhsulları və digər tam taxıllı qidalardan istifadə etmək mümkündür.

Mənbəyə görə, hər qidanın orqanizmə və çəkiyə təsiri fərqli olduğundan, qidalanma rasionunun fərdi şəkildə müəyyənləşdirilməsi vacibdir. Tam taxıllı makaron və digər lifli məhsullar da alternativ kimi seçilə bilər.

Heç çörək yeməmək doğrudurmu?

Çörəyi tamamilə rasiondan çıxarmaq hər kəs üçün doğru yanaşma hesab edilmir. Karbohidrat, zülal və yağların orqanizmdə balanslı şəkildə qəbul edilməsi vacibdir.

Çörəyin tamamilə kəsilməsi bəzi insanlarda daha tez acmağa və nəticədə daha çox qida qəbul etməyə səbəb ola bilər. Bu baxımdan ağ çörək əvəzinə çovdarlı və ya tam taxıllı çörək seçilməsi daha məqsədəuyğun hesab olunur.

Bir ay çörək yeməsək nə baş verər?

Mənbədə bildirilir ki, ağ çörəyin rasiondan çıxarılması qan şəkərinin tənzimlənməsinə müsbət təsir göstərə bilər. Bununla belə, bütün karbohidrat mənbələrini tamamilə kəsmək tövsiyə edilmir.

Orqanizmin ehtiyac duyduğu karbohidratlar tam taxıllı məhsullar, yulaf, tərəvəz və digər qidalar vasitəsilə qəbul edilə bilər.

Çörək və şəkəri kəsməklə bir həftəyə 3-4 kilo arıqlamaq mümkündür?

Mənbədə çörək və şəkərin rasiondan çıxarılması ilə bir həftə ərzində 3-4 kiloqram çəki itirməyin mümkün olduğu qeyd edilir. Lakin bu göstərici hər insan üçün eyni deyil.

Karbohidratların kəskin azaldılması ilkin mərhələdə çəki itkisinə səbəb ola bilər. Sağlam və davamlı çəki itkisi üçün isə düzgün qidalanma ilə yanaşı fiziki aktivlik və yuxu rejiminə də diqqət yetirmək lazımdır.

Çörəksiz qidalanmaq arıqladırmı?

Çörəyin özü təkbaşına nə kökəldən, nə də arıqladan məhsul hesab edilə bilər. Çəkiyə əsasən ümumi qidalanma, qəbul edilən kalori miqdarı və fiziki aktivlik təsir göstərir.

Ağ çörək əvəzinə insanı daha uzun müddət tox saxlayan liflə zəngin qidalara üstünlük vermək mümkündür. Balanslı və ölçülü qidalanma zamanı çörəyin də rasionda olması mümkündür.

Çörəyi yeməyi dayandıranda nə baş verir?

Karbohidratların tamamilə kəsilməsi enerji səviyyəsinin azalmasına səbəb ola bilər. Orqanizmin enerji balansının qorunması üçün karbohidrat, zülal və yağlar arasında düzgün nisbət saxlanmalıdır.

Bu səbəbdən çörəyi birdən-birə tamamilə kəsmək əvəzinə, ağ çörəyin miqdarını azaltmaq və tam taxıllı məhsullara üstünlük vermək daha məqsədəuyğun yanaşmadır.

Pəhriz zamanı çörək yemək olar?

Pəhriz zamanı gündəlik karbohidrat ehtiyacını qarşılamaq üçün çörəkdən istifadə etmək mümkündür. Əsas məsələ onun miqdarı və növüdür.

Çəki azaltmaq istəyən şəxslərə ağ çörək əvəzinə tam taxıllı, çovdarlı və ya liflə zəngin çörək seçmək, qidalanmanı fiziki aktivlik və düzgün yuxu rejimi ilə dəstəkləmək tövsiyə olunur.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 622   Tarix: 28 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sevdiyiniz musiqi ağrını azalda bilər

İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr

30.10.2026 1005
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

25.10.2026 903
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29.10.2026 1053
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28.10.2026 1036
.

AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ

"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə

02.11.2026 895
.

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video

"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl

17.10.2026 950
.

Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?

Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo

11.11.2026 654
.

Yumurta qan şəkərinə necə təsir edir?

Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı

17.10.2026 919
.

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI

Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar

24.10.2026 752
.