40 yaşdan sonra səhər yeməyində bir səhv ölüm riskini 29 faiz artırır
Günün ən vacib qidasının səhər yeməyi olması təsadüfi deyil. Alimlərin araşdırmasına görə, sağlamlıq üçün səhər yeməyində nə yediyinizlə yanaşı, onu nə vaxt yediyiniz də əhəmiyyətlidir.
Qaynarinfo xəbər verir ki, "European Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırmada 40 yaş və yuxarı 31 mindən çox yetkin insanın məlumatları təhlil edilib. Tədqiqatçılar ilk və sonuncu qida qəbulunun vaxtının ömür uzunluğu ilə əlaqəli ola biləcəyini müəyyənləşdiriblər.
Araşdırma iştirakçılarından 24 saat ərzində nə yediklərini və bunu nə vaxt etdiklərini qeyd etmələri istənilib. Nəticədə ilk qida qəbulunun vaxtı gecikdikcə risklərin artdığı müşahidə olunub.
Gec səhər yeməyi riskləri artırır
40 yaşdan yuxarı və səhər yeməyini günortadan sonra edən yetkinlərdə vaxtından əvvəl ölüm riski səhər yeməyini daha erkən edənlərlə müqayisədə 29% yüksək olub.
Səhər saat 7:00-8:00 arasında səhər yeməyi yeyənlərlə müqayisədə saat 8:00-10:00 arasında ilk qidasını qəbul edənlərdə istənilən səbəbdən vaxtından əvvəl ölüm riski 10% daha yüksək olub.
Bu fərq səhər saat 10:00-dan günortaya qədər səhər yeməyi yeyənlərdə 19%-ə yüksəlib.
Bundan əlavə, ilk qida qəbulunu günortadan sonraya saxlayan insanlarda ürək-damar xəstəliklərindən ölüm riski səhər 7:00-8:00 arasında səhər yeməyi yeyənlərlə müqayisədə 46% yüksək olub.
50 yaş və yuxarı insanlarda isə daha gec qidalanma orta ömür uzunluğunun təxminən 2,5 il daha qısa olması ilə əlaqələndirilib.
Gec qidalanma digər sağlamlıq problemləri ilə də əlaqələndirilir
Digər araşdırmalar da qidalanma vaxtı ilə sağlamlıq arasında əlaqənin ola biləcəyini göstərir. Massaçusetsdəki xəstəxanalardan birində aparılan araşdırma yaşlı insanlarda səhər yeməyinin gecikdirilməsinin təkcə vaxtından əvvəl ölüm riskinin artması ilə deyil, həmçinin depressiya, yorğunluq və ağız boşluğu ilə bağlı sağlamlıq problemləri ilə əlaqəli olduğunu göstərib.
Digər tədqiqatlarda isə davamlı olaraq gec qidalanmanın 24 saatlıq bioloji saatı mənfi istiqamətdə dəyişdirə biləcəyi müəyyənləşdirilib. Bunun nəticəsində qanda şəkərin səviyyəsində kəskin yüksəlişlər və stress hormonlarının artması baş verə bilər.
Bununla belə, araşdırmada müşahidə edilən əlaqənin səbəb-nəticə münasibəti olduğunu qəti şəkildə söyləmək mümkün deyil. Səhər yeməyinin vaxtı ilə sağlamlıq göstəriciləri arasındakı əlaqəni dəqiqləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş100 yaşdan çox yaşamağın sirri açıldı
100 yaşdan çox yaşayan insanlarla bağlı araşdırma alimlərə sağlam qocalmanın mexanizmləri barədə yeni detallar verib. Yaponiyanın Osaka Universitetinin tədqiqatçıları uzunömürlü insanlarda daha çox rast gəlinən nadir immun hüceyrəsi müəyyən ediblər. "Qafqazinfo" xəbər verir ki, "Cell Reports"
26.08.2026 405 Xərçəng cavanlaşır: 40 yaşdan kiçik insanlarda hansı xərçəng növləri artır?
Gənclər arasında bəzi xərçəng növlərinin aşkarlanması hallarında nəzərəçarpacaq artım qeydə alınıb. xarici KİV-ə istinadən xəbər verir ki, britaniyalı alimlər İngiltərənin tibbi statistikasını araşdıraraq 20-40 yaşlı insanlar arasında 11 xərçəng növünə daha çox rast gəlindiyini müəyyən ediblər. Söhbə
23.08.2026 280 İnfarkt zamanı nə etməli? - Professor vacib məqamları açıqladı
Ürək-damar xəstəlikləri uzun illərdir dünya üzrə ölüm səbəbləri arasında 13 faizlə ilk sırada yer alır. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, hər il 9 milyon insan işemik ürək xəstəlikləri səbəbilə həyatını itirir və bu göstərici gündən-günə artır. Qaynarinfo xəbər verir ki, ürək v
02.09.2026 415 Bir qaşıqla mədə yanmasını unudun- Bağırsaq sağlamlığı üçün sous resepti
Adi tərəvəz sousu bir sadə inqrediyent - kətan toxumu əlavə etməklə həm daha dadlı, həm də bir qədər faydalı ola bilər. Kətan toxumu həzm sisteminə müsbət təsir göstərir, yeməklərə lif, bitki mənşəli omeqa-3 yağ turşuları və liqnanlar əlavə edir. Bizim.Media xəbər verir ki, bu resept üzrə hazırlana
23.08.2026 428 Süzmə, yoxsa pətək balı? - Bunu alın
Bal alarkən bir çox insan süzmə və pətək balı arasında seçim etməkdə çətinlik çəkir. Görünüşləri fərqli olsa da, onların əsas qida dəyəri bir-birinə yaxındır. Pətək balı arıların hazırladığı mum hüceyrələrində saxlanılır və pətəkdən ayrılmadan satışa çıxarılır. Süzmə bal isə həmin pətəklərdən santrifü
22.08.2026 335 Uzunömürlülüyə aparan ən qısa yol: Həkimdən maraqlı məsləhət
Pilləkənlərlə addımlamaq (aşağı-yuxarı gəzmək) uzunömürlülüyə aparan ən qısa yoldur. -ın xəbərinə görə, bu barədə endokrinoloq Zuxra Pavlova öz "Telegram" kanalında danışıb. Həkim bu tip fiziki aktivliyin faydalarını açıqlayıb. Zuxra Pavlovanın sözlərinə görə, elmi cəhətdən təsdiqlənib ki
23.08.2026 282 Ev heyvanları uşaqları xəstələndirə bilərmi? - Valideynlərə VACİB XƏBƏRDARLIQ
Uşaqların ev heyvanlarına marağı çox vaxt ailələri sevindirir. Lakin bəzən evə yeni heyvan gətirildikdən sonra uşaqda asqırma, burun axması, gözlərdə qaşınma, öskürək və ya dəridə səpkilər kimi allergik reaksiyalar meydana çıxa bilər. -in məlumatına görə, bu hal xüsusilə allergiyaya meyilli uşaqlard
21.08.2026 389 C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
Məşhur fikrin əksinə olaraq, C vitamini insanların əksəriyyətini soyuqdəymədən qorumur, ilk simptomlar zamanı onun yüksək dozada qəbulu isə ümumiyyətlə faydasızdır. BİG.AZ xəbər verir ki, bu barədə "The Conversation" portalı məlumat yayıb. C vitamininin populyarlığı böyük ölçüdə Nobel mükafat
01.09.2026 331 Səhər yeməyini buraxmaq qanda şəkərin səviyyəsinə necə təsir edir?
Səhər yeməyini buraxmaq, xüsusilə səhərlər iştaha olmadıqda, zərərsiz vərdiş kimi görünə bilər. Lakin bu vərdiş günün qalan hissəsində orqanizmin qidaya reaksiyasına təsir göstərə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazır. Səhər yeməyi yeyilmədikdə orqanizm sadəc
31.08.2026 413