100 yaşdan çox yaşamağın sirri açıldı
100 yaşdan çox yaşayan insanlarla bağlı araşdırma alimlərə sağlam qocalmanın mexanizmləri barədə yeni detallar verib. Yaponiyanın Osaka Universitetinin tədqiqatçıları uzunömürlü insanlarda daha çox rast gəlinən nadir immun hüceyrəsi müəyyən ediblər.
"Qafqazinfo" xəbər verir ki, "Cell Reports" jurnalında dərc olunan araşdırmaya görə, CD4 CTL adlanan xüsusi T hüceyrələrinin sayı insan yaşlandıqca artır.
Bu hüceyrələr gənc insanlarda T hüceyrələrinin 5 faizindən azını təşkil etdiyi halda, 110 yaşdan yuxarı şəxslərdə onların orta göstəricisi 17,6 faizə çatıb.
Tədqiqat çərçivəsində 70-99, 100-109 və 110 yaşdan yuxarı 28 şəxsin qan nümunələri araşdırılıb.
Nəticələrə əsasən, CD4 CTL-lərin orta nisbəti 70-99 yaş qrupunda 4 faiz, 100-109 yaş qrupunda 9,6 faiz, 110 yaş və yuxarı şəxslərdə isə 17,6 faiz olub.
Tədqiqatçılar bu hüceyrələrin xüsusilə uzunömürlü insanlarda genişlənərək, immun sisteminin fəaliyyətinə uyğunlaşdığını müəyyən ediblər.
Alimlərin fikrincə, CD4 CTL-lər orqanizmdə yaşlanmış hüceyrələri hədəf almaq və şişlərə qarşı immun nəzarəti təmin etməklə sağlam qocalmaya töhfə verə bilər.
Osaka Universitetinin dosenti və tədqiqatın ilk müəllifi Kosuke Haşimoto bildirib ki, müəyyən T hüceyrələrinin seçici şəkildə çoxalması immun sisteminin insan çox yaşlandıqdan sonra belə dəyişikliklərə uyğunlaşmağa davam etdiyini göstərə bilər.
Superyüzilliklərin, yəni 110 yaşdan yuxarı insanların immun, ürək-damar və digər bioloji göstəricilərinin yaşlarına nisbətən daha "gənc" xüsusiyyətlər nümayiş etdirə bildiyi qeyd olunur.
Bununla belə, tədqiqatçılar CD4 CTL hüceyrələrinin çoxluğunun uzunömürlülüyə səbəb olduğunu və ya xərçəngdən qoruduğunu hələ sübut etməyiblər. Araşdırmanın növbəti mərhələsində bu hüceyrələrin insan toxumalarında necə fəaliyyət göstərdiyi öyrəniləcək.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSevdiyiniz musiqi ağrını azalda bilər
İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr
30.10.2026 1005 Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini
25.10.2026 903 Ən faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29.10.2026 1053 Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28.10.2026 1036 AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ
"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə
02.11.2026 895 Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video
"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl
17.10.2026 950 Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?
Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo
11.11.2026 654 Yumurta qan şəkərinə necə təsir edir?
Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı
17.10.2026 919 COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
24.10.2026 752