Bəzi orqanlarımız daha tez yaşlanırmış
Avstriya Elmlər Akademiyası ilə əlaqəli CeMM Molekulyar Tibb Tədqiqat Mərkəzi və Vyana Universitetinin alimləri insan orqanlarının eyni sürətlə qocalmadığını müəyyən ediblər.
"Qafqazinfo" xəbər verir ki, araşdırmanın nəticələri "Nature Medicine" jurnalında dərc olunub.
Tədqiqatçılar toxuma nümunələrinin mikroskopik görüntülərindən orqanların bioloji yaşını müəyyənləşdirmək üçün süni intellekt əsaslı "toxuma saatları" hazırlayıblar.
Alimlər Genotip-Toxuma İfadəsi Layihəsi (GTEx) çərçivəsində 983 insandan götürülmüş 40 müxtəlif toxuma növünə aid 25 mindən çox yüksək keyfiyyətli rəqəmsal görüntünü təhlil ediblər. Kompüter görmə modellərinin köməyi ilə toxumaların strukturunda yaşla bağlı dəyişikliklər araşdırılıb.
Nəticədə hazırlanmış "toxuma saatları" orqanların bioloji yaşını orta hesabla 4,9 illik xəta ilə proqnozlaşdırıb.
Tədqiqat göstərib ki, ağciyərlər, böyrəklər, mədəaltı vəzi və böyrəküstü vəzilər bəzi hallarda 20-40 yaş aralığından etibarən erkən qocalma əlamətləri göstərə bilər. Digər toxumalarda isə yaşlanma prosesi fərqli şəkildə inkişaf edir.
Uşaqlıq toxumasında da nəzərəçarpacaq dəyişikliklər aşkarlanıb. Xüsusilə menopauza dövründə bu toxumada yaşlanma əlamətlərinin daha aydın olduğu müəyyən edilib.
Alimlər həmçinin böyrək çatışmazlığının bir neçə toxumada qocalma prosesini sürətləndirə bildiyini, diabetin isə xüsusilə mədəaltı vəzinin bioloji yaşlanması ilə əlaqəli olduğunu müəyyənləşdiriblər.
Tədqiqatın diqqətçəkən nəticələrindən biri də qan nümunələri əsasında orqanların bioloji yaşını təxmin edə bilən modellərin hazırlanmasıdır. Alimlər toxumalarda müşahidə olunan yaşlanma göstəricilərini qandakı biomarkerlərlə əlaqələndirərək bu nəticəyə nail olublar.
Bu qan əsaslı göstəricilərin Alzheimer xəstəliyi, Kron xəstəliyi, kistik fibroz, vaskulit, diabet və insult kimi xəstəliklərlə əlaqəli yaşlanma nümunələrini müəyyən edə bildiyi ortaya çıxıb.
Tədqiqatçılar hesab edirlər ki, gələcəkdə bu texnologiya adi qan analizlərindən istifadə etməklə ayrı-ayrı orqanların sağlamlığını və xəstəliklərin inkişafını izləməyə imkan verə bilər.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSevdiyiniz musiqi ağrını azalda bilər
İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr
30.10.2026 1005 Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini
25.10.2026 903 Ən faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29.10.2026 1053 Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28.10.2026 1036 AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ
"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə
02.11.2026 895 Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video
"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl
17.10.2026 950 Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?
Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo
11.11.2026 654 Yumurta qan şəkərinə necə təsir edir?
Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı
17.10.2026 919 COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
24.10.2026 752