Xərçəng cavanlaşır: 40 yaşdan kiçik insanlarda hansı xərçəng növləri artır?
Gənclər arasında bəzi xərçəng növlərinin aşkarlanması hallarında nəzərəçarpacaq artım qeydə alınıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, britaniyalı alimlər İngiltərənin tibbi statistikasını araşdıraraq 20-40 yaşlı insanlar arasında 11 xərçəng növünə daha çox rast gəlindiyini müəyyən ediblər.
Söhbət bağırsaq, süd vəzi, qalxanabənzər vəzi, qaraciyər, böyrək, mədəaltı vəzi, öd kisəsi, uşaqlıq, yumurtalıq və ağız boşluğu xərçəngi, həmçinin çoxsaylı mielomadan gedir.
Araşdırmaya görə, gənclər arasında xüsusilə bağırsaq və süd vəzi xərçəngi daha çox qeydə alınır. Bağırsaq və yumurtalıq xərçənginə yoluxma göstəricilərinin məhz gənc nəsildə artması alimlərin diqqətini çəkib.
Mütəxəssislər artımın tək bir səbəblə bağlı olmadığını bildirirlər. Əsas ehtimallardan biri piylənmənin geniş yayılmasıdır. Artıq çəki hormonal balans və insulin səviyyəsinə təsir etməklə bəzi şişlərin yaranması üçün əlverişli şərait yarada bilər.
Bununla yanaşı, ultraemal olunmuş qidalar və şəkərli içkilərin çox istehlakı, PFAS adlanan kimyəvi maddələr, bəzi herbisidlər, antibiotiklərdən həddindən artıq istifadə, xroniki iltihab və hava çirklənməsi də araşdırılan mümkün risk faktorları sırasındadır.
Həkimlər gənclərdə xərçəng əlamətlərinin bəzən yaş amilinə görə ciddi qəbul edilmədiyini və bunun diaqnozun gecikməsinə səbəb ola biləcəyini vurğulayırlar.
Mütəxəssislər səbəbsiz çəki itkisi, davamlı ağrı, qanaxma və uzun müddət keçməyən digər simptomlar zamanı yaşdan asılı olmayaraq həkimə müraciət etməyi tövsiyə edirlər.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?
Çörəyi rasiondan çıxarmaq çəki itkisinə səbəb ola bilər. Lakin karbohidrat ehtiyacını tamamilə azaltmaq düzgün deyil. Mütəxəssislər ağ çörək əvəzinə tam taxıllı, çovdarlı və ya mayalı çörəyə üstünlük verməyi tövsiyə edirlər. Qaynarinfo "Network Okulu"na istinadən xəbər verir ki, çörəkdən imtin
28.08.2026 368 Ev heyvanları uşaqları xəstələndirə bilərmi? - Valideynlərə VACİB XƏBƏRDARLIQ
Uşaqların ev heyvanlarına marağı çox vaxt ailələri sevindirir. Lakin bəzən evə yeni heyvan gətirildikdən sonra uşaqda asqırma, burun axması, gözlərdə qaşınma, öskürək və ya dəridə səpkilər kimi allergik reaksiyalar meydana çıxa bilər. -in məlumatına görə, bu hal xüsusilə allergiyaya meyilli uşaqlard
21.08.2026 389 Gənclərin də DİQQƏTİNƏ: "Səssiz qatil"in üç əlaməti
Üç simptom əsasında yüksək arterial təzyiqdən (qan təzyiqi) şübhələnmək olar. -ın xəbərinə görə, bu barədə həkim Xose Manuel Felises "Men's Health" nəşrinə müsahibəsində danışıb. Xose Manuel Felises ilk simptom olaraq pulsasiya xarakterli başağrısını göstərib. Yüksək arterial təzyiqi
06.09.2026 234 Gəzinti, yoxsa qaçış: Yüksək təzyiq zamanı hansının daha faydalıdır?
Fiziki fəaliyyət arterial təzyiqə nəzarət etməyin ən təsirli üsullarından biridir. Aktivliyi artırmağın ən sadə yollarından biri gündəlik rejimə piyada gəzinti və ya qaçışı əlavə etməkdir. Bəs yüksək təzyiq zamanı bunlardan hansı daha faydalıdır?. Qaynarinfo xəbər verir ki, "EatingWell" nəşr
24.08.2026 491 50 yaşdan sonra qadınlar bu vərdişdən qurtulmalıdır - Kardioloqlardan xəbərdarlıq
Kardioloqlar 50 yaşdan sonra qadınların ürək sağlamlığına mənfi təsir göstərə biləcək günortadan sonrakı bir vərdişə diqqət çəkinməlidirlər. Söhbət yeməkdən sonra uzun müddət oturmaqdan gedir. Mütəxəssislər bunu qısa gəzinti ilə əvəz etməyi tövsiyə edirlər. Qaynarinfo xəbər verir ki, "Parade"
31.08.2026 342 Ən zərərli meyvə və giləmeyvələrin adları - Açıqlandı
Sağlamlıq və uzunömürlülük sahəsi üzrə mütəxəssis Diyeqo Suares bəzi meyvə və giləmeyvələri rasiondan çıxarmağı və ya azaltmağı tövsiyə edib. "Qafqazinfo" xəbər verir ki, mütəxəssis onların sağlamlıq üçün zərərli ola biləcəyini vurğulayıb. "Banan təmiz fruktozadan ibarətdir. Yetişmiş bi
19.08.2026 501 Bir qaşıqla mədə yanmasını unudun- Bağırsaq sağlamlığı üçün sous resepti
Adi tərəvəz sousu bir sadə inqrediyent - kətan toxumu əlavə etməklə həm daha dadlı, həm də bir qədər faydalı ola bilər. Kətan toxumu həzm sisteminə müsbət təsir göstərir, yeməklərə lif, bitki mənşəli omeqa-3 yağ turşuları və liqnanlar əlavə edir. Bizim.Media xəbər verir ki, bu resept üzrə hazırlana
23.08.2026 428 Qaçış və ya idman zalı deyil: Ürək və damar sağlamlığı üçün ən yaxşı praktika
Yaş artdıqca orqanizmə daha ehtiyatlı yanaşan fiziki fəaliyyət növünün seçilməsi daha aktual olur. Yaşlı insanlar üçün gəzinti və velotrenajor ənənəvi olaraq təhlükəsiz seçim hesab edilsə də, ürək-damar sistemi üçün daha çox fayda verə biləcək alternativ də var. Söhbət yoqadan gedir. Qaynarinfo xəbə
01.09.2026 308 100 yaşdan çox yaşamağın sirri açıldı
100 yaşdan çox yaşayan insanlarla bağlı araşdırma alimlərə sağlam qocalmanın mexanizmləri barədə yeni detallar verib. Yaponiyanın Osaka Universitetinin tədqiqatçıları uzunömürlü insanlarda daha çox rast gəlinən nadir immun hüceyrəsi müəyyən ediblər. "Qafqazinfo" xəbər verir ki, "Cell Reports"
26.08.2026 405