Əti əvəz etmək mümkündürmü? - Mərci, soya, göbələk və digər alternativlər

Əti əvəz etmək mümkündürmü? - Mərci, soya, göbələk və digər alternativlər"Tək bir qida məhsulu ətin orqanizm üçün təmin etdiyi bütün bioloji üstünlükləri tam şəkildə əvəz etmir. Ət əsasən yüksək keyfiyyətli zülal mənbəyi kimi qiymətləndirilir. Zülallar amin turşularından ibarətdir və insan orqanizmi 20 növ amin turşusundan istifadə edir. Onlardan 9-u əvəzolunmaz hesab olunur. Yəni orqanizm bu amin turşularını özü sintez edə bilmir və onları qida vasitəsilə qəbul etmək lazımdır".

Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib.

O, qeyd edib ki, heyvan mənşəli zülallar, bir qayda olaraq, həmin 9 əvəzolunmaz amin turşusunun hamısını uyğun nisbətdə ehtiva edir. Bitki mənşəli zülallarda isə bəzi amin turşuları kifayət qədər olmaya bilər. Buna görə də ət istehlakını azaltmaq və ya tamamilə dayandırmaq istəyən insanların qida rasionunda müxtəlifliyi təmin etməsi vacibdir:

"Bu baxımdan ən praktik üsullardan biri paxlalıları taxıllarla birlikdə istehlak etməkdir. Məsələn, mərci ilə düyü, noxudla bulqur və ya lobya ilə tam taxıllı məhsullar bir-birini tamamlayır. Ayrı-ayrılıqda müəyyən amin turşuları baxımından məhdud olan qidalar birlikdə daha balanslı zülal profili yarada bilər.

Digər mühüm məsələ dəmirin mənimsənilməsidir. Bitki mənşəli dəmirin sorulması heyvan mənşəli dəmirlə müqayisədə daha zəif olur. Buna görə paxlalılardan hazırlanan yeməklərlə birlikdə C vitamini mənbələrinin qəbul edilməsi faydalıdır. Limon, pomidor, bibər və göyərti kimi məhsullar dəmirin mənimsənilməsini müəyyən qədər yaxşılaşdıra bilər.

Ət istehlak etməyən insanlarda diqqət yetirilməli əsas məsələlərdən biri də B12 vitaminidir. Bu vitamin təbii şəkildə bitki mənşəli qidalarda, demək olar ki, yoxdur. Buna görə uzun müddət heyvan mənşəli qidalardan uzaq duran şəxslərdə B12 çatışmazlığı riski arta bilər.

Bundan başqa, dəmir və sink çatışmazlığı da müşahidə oluna bilər. Xüsusilə yorğunluq, halsızlıq, saç tökülməsi və anemiya kimi əlamətlər yarandıqda məsələni yalnız stress və ya həyat tərzi ilə əlaqələndirmək düzgün deyil. Bəzən bu hallar qida rasionundakı balanssızlıqla bağlı ola bilər.

Göbələk dad və tekstura baxımından əti xatırlatdığı üçün bir çox reseptdə ətə alternativ kimi istifadə olunur. Lakin qida dəyəri baxımından göbələk əti tam əvəz etmir və tərkibindəki zülalın miqdarı ətdən xeyli aşağıdır. Buna görə göbələyi daha çox yeməyin həcmini artırmaq, dad vermək və qiymə kimi yeməklərə əlavə etmək məqsədilə istifadə etmək daha məqsədəuyğundur. Onu tam zülal mənbəyi deyil, rasionun köməkçi komponenti kimi qiymətləndirmək daha doğru yanaşmadır.

Bioloji dəyəri baxımından mərci, noxud, lobya və xüsusilə soya daha yaxşı bitki mənşəli alternativlər hesab olunur. Paxlalılar zülalla yanaşı, lif və maqneziumla da zəngindir. Soya isə bitki mənşəli qidalar arasında nadir tam zülal mənbələrindən biridir.

Lakin burada əsas məsələ sadəcə əti rasiondan çıxarmaq deyil, balanslı qidalanma modelini formalaşdırmaqdır. Xüsusilə hamilə qadınlarda, inkişaf dövründə olan uşaqlarda və yaşlı insanlarda ət və digər heyvan mənşəli qidaların rasiondan çıxarılması daha diqqətli yanaşma tələb edir. Belə hallarda qidalanma modeli fərdin sağlamlıq vəziyyətinə uyğun müəyyənləşdirilməli, zərurət yarandıqda laborator analizlərin nəticələri və həkim nəzarəti nəzərə alınmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 746   Tarix: 11 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, 3 milyon 700 min manat mənimsəmədə ittiham olunan sabiq sədrin işi üzrə şahid qismində şirkətin hazırkı İdarə Heyətinin sədri Pərvi

10:37 238
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 171
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 204
.

Küləklə bağlı - Xəbərdarlıq

Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul

13.11.2026 311
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 327
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

13.11.2026 482
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 408
.

Məşhur əsərdə 20 növ mikrob aşkarlandı

Alimlər rəssam Rembrandtın "Gecə keşikçiləri" adlı şah əsərində 20 növ mikrob aşkar ediblər. Axşam.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, Niderlandın Haaqa şəhərindəki "Reyksmuseum" muzeyində mikrobioloqlar rəsm əsərindən təxminən 60 nümun

13.11.2026 346
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14:15 76
.