Pezeşkian Azərbaycana görə Əliyevə təşəkkür etdi - "Çətin günlərdə yanımızda oldular"

Pezeşkian Azərbaycana görə Əliyevə təşəkkür etdi - "Çətin günlərdə yanımızda oldular"İran Prezidenti Məsud Pezeşkian ölkəsinin blokada və mürəkkəb vəziyyətlə üzləşdiyi dövrdə regional diplomatiyanın və qonşu dövlətlərin dəstəyinin əhəmiyyətindən danışıb. O, xüsusilə Azərbaycanın Tehrana göstərdiyi yardımı və yaratdığı logistik imkanları qeyd edib.

Pezeşkian Azərbaycanın müharibə dövründə İrana dəstəyini xatırladaraq bildirib:

"Azərbaycan bütün yolları, bankımızı bağlamışdı… Telefonla danışdıq, iki saat ərzində yenidən açdı. Bank da açıldı, səfirlik də açıldı, yol da açıldı. Müharibə zamanı bizə kömək etdilər, oradan çoxlu yolları - istər Rusiya ilə, istər öz yolunu açdı, nə lazımdırsa yardım göstərdilər, bizimlə əməkdaşlıq etdilər".

Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində "X" hesabında paylaşım edərək İran Prezidentinə Azərbaycanla bağlı səsləndirdiyi xoş sözlərə görə təşəkkür edib.

"Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi", - deyə İlham Əliyev bildirib.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, heç kimə sirr deyil ki, Azərbaycan-İran münasibətləri uzun müddət problemsiz olmayıb. Xüsusilə son illərdə Bakı ilə Tehran arasında müxtəlif məsələlər üzrə fikir ayrılıqları, qarşılıqlı narazılıqlar və siyasi gərginliklər müşahidə olunub. İran daxilindəki bəzi dairələrin Azərbaycana qarşı sərgilədiyi qərəzli münasibət və zaman-zaman sərt ritorikadan istifadə etməsi də ikitərəfli əlaqələrə mənfi təsir göstərib:

"Bununla belə, Azərbaycan dəfələrlə İranla münasibətlərin qarşılıqlı hörmət, regional əməkdaşlıq və beynəlxalq hüququn prinsipləri əsasında inkişaf etdirilməsində maraqlı olduğunu nümayiş etdirib.

Bu baxımdan Pezeşkianın Azərbaycanın İrana göstərdiyi dəstəyi açıq şəkildə etiraf etməsi müsbət hal kimi qiymətləndirilə bilər. İran Prezidentinin açıqlamasından görünür ki, Azərbaycanın həmin dövrdə atdığı addımlar Tehran üçün yalnız diplomatik jest olmayıb. Pezeşkian Azərbaycanın çətin günlərdə İrana yardım etdiyini açıq şəkildə dilə gətirməklə real vəziyyəti etiraf edib və münasibətlərdə qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində siyasi mesaj verib.

İki ölkənin gələcək münasibətləri baxımından da məhz bu yanaşma xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və İran qonşu dövlətlərdir və təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadiyyat sahələrində bir sıra ortaq maraqlara malikdirlər. Bu səbəbdən Bakı-Tehran əlaqələrinin qarşıdurma və gərginlik üzərindən deyil, qarşılıqlı maraqlar və etimad əsasında inkişaf etdirilməsi hər iki tərəfin mənafeyinə uyğundur.

Prezident İlham Əliyevin Pezeşkianın açıqlamasına müsbət və səmimi münasibət göstərməsi də bu baxımdan diqqət çəkir. İki ölkə rəhbərinin qarşılıqlı şəkildə müsbət mesajlar verməsi dövlətlərarası əlaqələrlə yanaşı, siyasi dialoqun inkişafı baxımından da əhəmiyyətlidir.

İndi əsas məsələ səsləndirilən müsbət fikirlərin konkret addımlarla möhkəmləndirilməsidir. Tehrandakı bəzi dairələr son hadisələrdən nəticə çıxararaq Azərbaycanla münasibətlərdə yeni yanaşma formalaşdırmalı və qarşılıqlı etimadın bərpasına xidmət edən siyasət yürütməlidirlər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 757   Tarix: 11 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, 3 milyon 700 min manat mənimsəmədə ittiham olunan sabiq sədrin işi üzrə şahid qismində şirkətin hazırkı İdarə Heyətinin sədri Pərvi

10:37 238
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 171
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 204
.

Küləklə bağlı - Xəbərdarlıq

Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul

13.11.2026 311
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 327
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

13.11.2026 482
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 408
.

Məşhur əsərdə 20 növ mikrob aşkarlandı

Alimlər rəssam Rembrandtın "Gecə keşikçiləri" adlı şah əsərində 20 növ mikrob aşkar ediblər. Axşam.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, Niderlandın Haaqa şəhərindəki "Reyksmuseum" muzeyində mikrobioloqlar rəsm əsərindən təxminən 60 nümun

13.11.2026 346
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14:15 76
.