Səyahət sığortası məcburiyyət, yoxsa zərurətdir? - Ekspert açıqladı

Səyahət sığortası məcburiyyət, yoxsa zərurətdir? - Ekspert açıqladı"Səyahət sığortası sığorta məhsulları arasında ən vacib və əldə edilməsi zəruri olan məhsullardan biridir. Təəssüf ki, Azərbaycan vətəndaşlarının bu məhsula marağı hələ də aşağı səviyyədədir".

Bunu BiG.AZ-a açıqlamasında sığorta eksperti Şahin İsmayılov bildirib.

O, qeyd edib ki, Şengen ölkələrinə səfər etməyə hazırlaşan vətəndaşlar viza müraciəti zamanı səyahət sığortası almağa məcburdurlar. Çünki belə sığorta olmadıqda viza müraciətinin rədd edilməsi mümkündür. Lakin digər qonşu və uzaq ölkələrə səfərlər zamanı belə bir məcburiyyət olmadığı üçün vətəndaşların böyük əksəriyyəti səyahət sığortası əldə etmir:

"Hər bir vətəndaş bilməlidir ki, ölkə xaricində olduğu zaman səyahət sığortası gözlənilməz bədbəxt hadisə və ya digər fövqəladə vəziyyətlər zamanı ciddi maliyyə yükündən qoruyan vasitədir. Xarici ölkələrdə tibbi xidmətlərin kifayət qədər baha olması zəruri tibbi yardımın alınmasını bəzi hallarda çətinləşdirə bilər. Bu səbəbdən ölkə xaricinə səfər edən hər bir şəxsin səyahət sığortası əldə etməsi məqsədəuyğundur.

2026-cı il yanvarın 1-dən etibarən Gürcüstanda yeni qayda qüvvəyə minib. Bu qaydaya əsasən, ölkəyə daxil olan xarici vətəndaşlar səyahət sığortasına malik olmalıdırlar.

Bu qərar Azərbaycandan Gürcüstana səfər edən vətəndaşlar üçün də əlavə xərc yaradıb və müəyyən narazılıqlara səbəb olub. Çünki çox sayda Azərbaycan vətəndaşı iş, təhsil və qohumluq əlaqələri ilə bağlı Gürcüstana uzunmüddətli səfərlər edir. Uzunmüddətli səyahət sığortasının qiymətinin daha yüksək olması, xüsusilə ailə ilə səfər edən şəxslər üçün əlavə maliyyə yükü yarada bilər.

Bununla belə, bu qərara yalnız əlavə xərc kimi yanaşmaq düzgün olmaz. Vətəndaşların qonşu ölkəyə sığortalı şəkildə səfər etməsi ilk növbədə onların öz maraqlarına xidmət edir. Çünki xaricdə olarkən istənilən vaxt gözlənilməz hadisə baş verə bilər. Belə hallarda sığorta şirkətləri tibbi və digər nəzərdə tutulmuş xərclərin qarşılanması baxımından vətəndaş üçün mühüm maliyyə təminatı yarada bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 742   Tarix: 11 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, 3 milyon 700 min manat mənimsəmədə ittiham olunan sabiq sədrin işi üzrə şahid qismində şirkətin hazırkı İdarə Heyətinin sədri Pərvi

10:37 238
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 171
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 204
.

Küləklə bağlı - Xəbərdarlıq

Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul

13.11.2026 311
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 327
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

13.11.2026 482
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 408
.

Məşhur əsərdə 20 növ mikrob aşkarlandı

Alimlər rəssam Rembrandtın "Gecə keşikçiləri" adlı şah əsərində 20 növ mikrob aşkar ediblər. Axşam.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, Niderlandın Haaqa şəhərindəki "Reyksmuseum" muzeyində mikrobioloqlar rəsm əsərindən təxminən 60 nümun

13.11.2026 346
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14:15 76
.