Hibrid ipoteka müştəriyə nə vəd edir? - Ekspert açıqladı

Hibrid ipoteka müştəriyə nə vəd edir? - Ekspert açıqladı"Hibrit ipoteka modelinin əsas məqsədi sabit faizli kreditin təhlükəsizliyi ilə dəyişən faizli kreditin potensial üstünlüklərini balanslaşdırmaqdır".

Bunu BiG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib.

O, qeyd edib ki, müştərinin götürdüyü ipoteka kreditinin 50 faizi sabit, digər 50 faizi isə dəyişən faizlə formalaşdırıla bilər. Bu halda bazarda faiz dərəcələri yüksəldikdə kreditin yalnız dəyişən faizli hissəsi bundan təsirlənir. Əksinə, faizlər aşağı düşdükdə dəyişən hissə üzrə müştərinin maliyyələşmə xərci azala bilər. Sabit faizli hissə isə müəyyən dərəcədə faiz artımı riskindən qorunmağa imkan verir:

"Hibrid ipotekanın əsas üstünlüklərindən biri risklərin diversifikasiyasıdır. Müştəri borcunun tamamını dəyişən faizə bağlamadığı üçün faizlərin kəskin artması zamanı riski tam həcmdə daşımır.

Digər üstünlük maliyyə çevikliyidir. Bazar faizlərinin aşağı düşməsi halında dəyişən faizli hissə müştəriyə potensial olaraq daha aşağı maliyyələşmə xərcindən yararlanmaq imkanı verə bilər.

Bu model həmçinin ödəniş sabitliyi ilə potensial qənaət arasında balans yaratmağa imkan verir. Sabit faizli hissə müştəri üçün daha proqnozlaşdırıla bilən ödəniş imkanı yaradır, dəyişən faizli hissə isə bazar şərtləri əlverişli olduqda müəyyən üstünlüklər təmin edə bilər.

Digər tərəfdən, hibrid model müştərinin risk profilinə uyğun seçim imkanlarını da genişləndirir. Məsələn, gəliri sabit olan, lakin gələcəkdə faiz dərəcələrinin azalacağını düşünən müştəri tam dəyişən faizli kredit əvəzinə daha balanslaşdırılmış hibrid modeli seçə bilər.

Hibrid ipotekanı sabitlik və çeviklik arasında balans yaradan maliyyə aləti kimi qiymətləndirirəm. Onun əsas üstünlüyü faiz riskinin tam şəkildə bir tərəfə yüklənməsinin qarşısını almaq və müştərinin həm sabit, həm də dəyişən faizli maliyyələşmənin müəyyən üstünlüklərindən yararlanmasına imkan verməsidir.

Lakin burada əsas məsələ məhsulun yalnız faiz dərəcəsinə əsasən seçilməməsidir. Müştərinin gəliri, risk profili, kredit müddəti, aylıq ödəniş qabiliyyəti və bazar faizlərinin dəyişmə ehtimalı da nəzərə alınmalıdır. Peşəkar yanaşma müştəriyə sadəcə kredit təqdim etmək deyil, onun üçün uzunmüddətli və dayanıqlı maliyyələşmə həlli formalaşdırmaqdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 883   Tarix: 11 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, 3 milyon 700 min manat mənimsəmədə ittiham olunan sabiq sədrin işi üzrə şahid qismində şirkətin hazırkı İdarə Heyətinin sədri Pərvi

10:37 238
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 171
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 204
.

Küləklə bağlı - Xəbərdarlıq

Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul

13.11.2026 311
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 327
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

13.11.2026 482
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 408
.

Məşhur əsərdə 20 növ mikrob aşkarlandı

Alimlər rəssam Rembrandtın "Gecə keşikçiləri" adlı şah əsərində 20 növ mikrob aşkar ediblər. Axşam.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, Niderlandın Haaqa şəhərindəki "Reyksmuseum" muzeyində mikrobioloqlar rəsm əsərindən təxminən 60 nümun

13.11.2026 346
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14:15 76
.