İsti havada idman edənlərə xəbərdarlıq: Bu 5 səhvi etməyin
Yüksək temperatur idman zamanı performansa mənfi təsir göstərə bilər. Mütəxəssislər isti havalarda məşq edənləri bir sıra səhvlərdən uzaq durmağa çağırıb.
BiG.AZ xəbər verir ki, mütəxəssislər isti havalarda idman zamanı yol verilən 5 əsas səhvi açıqlayıb.
1. Qısa müddətdə həddindən artıq yüklənmək
Mütəxəssislər isti havalarda məşqin intensivliyini və müddətini azaltmağın faydalı ola biləcəyini bildiriblər. Temperatur aşağı olarkən göstərilən performansı isti havada da nümayiş etdirməyə çalışmaq düzgün deyil. Ürək döyüntüsünün tədricən artırılması tövsiyə olunur.
2. Günün ən isti saatlarında məşq etmək
Havanın temperaturu 30-35 dərəcəyə çatdıqda açıq havada idmandan mümkün qədər uzaq durmaq məsləhətdir. Bunun əvəzinə səhərin erkən saatlarında məşq etmək və ya axşam havanın sərinləşməsini gözləmək daha məqsədəuyğundur.
3. Yalnız məşq zamanı su içmək
Bildirib ki, maye qəbulunu yalnız idman zamanı həyata keçirmək kifayət deyil. Çünki bu zaman orqanizm artıq susuz qala bilər. Gün ərzində kifayət qədər su içmək və məşqə susuz başlamamaq vacibdir.
4. Bədən soyumadan yemək yemək
İsti havada məşqdən dərhal sonra yemək yemək də tövsiyə edilmir. Məsələn, 30 dərəcə temperaturda qaçışdan sonra bədənə əvvəlcə bir qədər soyumaq üçün vaxt vermək, daha sonra su içmək və qidalanmaq məsləhətdir.
5. Bədənin xəbərdarlıq siqnallarına məhəl qoymamaq
Başgicəllənmə, ürəkbulanma, halsızlıq və ya huşunu itirəcəkmiş kimi hiss etmək ciddi xəbərdarlıq əlamətləridir. Belə vəziyyət yarandıqda məşqin tempini dərhal azaltmaq və idmanı dayandırmaq lazımdır.(axsam.az)
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 547 Tarix: 11 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMessi İspaniya futbol klubunu alır
"İnter Mayami"nin hücumçusu Lionel Messi İspaniyanın ikinci divizionunda çıxış edən "Eldense" klubunun sahibləri ilə klubun alınmasının əsas şərtləri barədə razılığa gəlib. Qaynarinfo bu barədə "Marca"ya istinadən xəbər verir. Yayılan məlumata görə, argentinalı futbolç
09.09.2026 376 Neymar "Santos"u FIFA qadağasından xilas etdi
"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardı
13.09.2026 285 Elvin Cəfərquliyev əməliyyat olundu
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən futbolçumuz Elvin Cəfərquliyev əməliyyat olunub. xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun sol budunu
02.09.2026 441 Messi cərimə zərbələrindən vurulan qolların sayına görə ikinci pilləyə yüksəlib
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi birbaşa cərimə zərbələrindən vurduğu qolların sayına görə futbol tarixində ikinci pilləyə yüksəlib. bu barədə "Sudanalytics"ə istinadən xəbər verir. Belə ki, "İnter Mayami" MLS-in müntəzəm çempionatında "Monreal"
30.08.2026 341 Öz üzüyünün qiyməti 1 milyon dollar- Ronaldonun xanımının üzüyünü görəndən sonra...
Belaruslu məşhur tennisçi Arina Sabalenka ilə Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodrigesin Milanda qarşılaşması maraqlı anlarla yadda qalıb. xəbər verir ki, Sabalenka və Rodriges Gucci-nin moda nümayişində görüşərək bir-birlərinin nişan üzüklərinə baxıblar. Tennisçi Corcinanın üzüyünü xüsusil
27.09.2026 401 "Formula 1": Azərbaycan Qran-prisinin qalibi bu gün bəlli olacaq
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bu gün yekun vurulacaq. Qaynarinfo xəbər verir ki, ilk olaraq "Formula 2"də ikinci əsas yarış keçiriləcək. Sonra "Formula 1"də qalibin adına aydınlıq gələcək. Beləliklə, Bakıdakı Qran-priyə yekun vurulacaq. Qeyd edək ki, ötən gü
26.09.2026 161 "İnter Mayami" David Alaba ilə maraqlanır
İspaniyanın "Real" klubunun sabiq futbolçusu David Alaba karyerasını MLS-də davam etdirə bilər. "Report" xarici mətbauta istinadən xəbər verir ki, ABŞ təmsilçisi "İnter Mayami" 34 yaşlı müdafiəçi ilə maraqlanır. Klub təcrübəli oyunçunu heyətinə qatmaq variantını nəzərdə
19.09.2026 228 Azərbaycanın UEFA reytinqində neçəncidir?
Bu həftə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turunun oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib. Qaynarinfo xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilməyib. "Sabah" İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesab
11.09.2026 265 Formula 1: Azərbaycan Qran-prisi davam edir
Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə bu gün start veriləcək. Qaynarinfo xəbər verir ki, ilk olaraq "Formula 2"də sprint yarışı keçirilir. Daha sonra "Formula 1"də üçüncü sərbəst yürüş gerçəkləşəcək. Ardınca iki dərəcəli pilotların il
25.09.2026 187