Qazaxıstanda qanunsuz onlayn kazino mexanizmi: Məşhur bloqer beynəlxalq axtarışdadır
Qazaxıstan hüquq-mühafizə orqanları sosial şəbəkələrdə "Maxa.dxb" adı ilə məşhurlaşan bloqer Mahmud Hikmətovu beynəlxalq axtarışa verib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Gov.kz saytı dərc edib.
Özbəkistan vətəndaşı olan 26 yaşlı M.Hikmətov qeyri-qanuni fəaliyyət göstərən onlayn kazinoların təbliğatını aparmaqda ittiham edilir. Artıq məhkəmə instansiyası tərəfindən onun barəsində qiyabi həbs qərarı çıxarılıb.
Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyinin məlumatına görə, mərc oyunlarının təşkili üçün xüsusi mexanizm yaradılıb. Mexanizmə interfeysin hazırlanması, mobil hesablaşmalar, kriptovalyuta əməliyyatları, ekvayrinq xidmətləri və yeni istifadəçilərin cəlbi üçün genişmiqyaslı reklam tədbirləri daxil edilib.
Axtarışda olan şəxsin əsas rolu yerli qazaxıstanlı bloqerləri qeyri-qanuni kazinonun təbliğatına cəlb etməkdən ibarət olub. O, reklam xərclərini müəyyənləşdirmək üçün həmin şəxslərdən auditoriyanın coğrafi yerləşməsi, yaş qrupu və izlənmə statistikası barədə məlumatlar tələb edib. İstintaqın gəldiyi qənaətə görə, qanunsuz şəbəkəyə ümumilikdə 35-dən çox bloqer cəlb olunub.
Sözügedən qanunsuz fəaliyyətdə iştirak edən şəxslərdən biri də bloqer Qamza Q. olub. O, öz populyarlığından istifadə edərək kazinoya aid xüsusi referal bağlantılar yayımlayıb və sayta daxil olan hər istifadəçiyə görə qazanc əldə edib.
Qeyd edək ki, avqustun 6-da Qamza Q. Vyetnamdan Qazaxıstana ekstradisiya edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 802 Tarix: 10 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy
00:35 86 Pentaqonun rəsmi hesabatı: İranla münaqişədə yaralanan hərbçilərin sayı açıqlandı
İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlamasından bəri xəsarət alan amerikalı hərbçilərin ümumi sayı 861 nəfərə çatıb. xəbər verir ki, bu barədə ABŞ qüvvələrinin verdiyi itkilərlə bağlı Pentaqonun dərc etdiyi son hesabatda qeyd olunub. Məlumata əsasən, fevralın sonlarında İrana qarşı başladıla
26.09.2026 148 MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların
00:23 94 Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea
26.09.2026 188 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO+YENİLƏNİB
Sentyabrın 26-da Bakı şəhər halqasında "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışı keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyiblər. Qeyd edək ki, "Formula-1"
26.09.2026 274 Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK
Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye
00:07 119 İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edilib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edilib. BİG.AZ paylaşımı təqdim edir:
00:08 103 Tailandda daşqınlar səbəbindən 84 mindən çox insan zərər çəkib
Tailandın paytaxtı Banqkokda başlayan fasiləsiz yağışlar səbəbindən şəhərin bir neçə rayonunu su basıb. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Məlumata görə, ölkə boyunca daşqınlar nəticəsində 21 əyalətdə, xüsusən də mərkəzi rayonlarda 84 mindən çox insa
26.09.2026 145 Trampdan Rusiya və Çinə dialoq TƏKLİFİ
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin Xalq Respublikasının rəhbəri Si Cinpinin Vaşinqtona rəsmi səfəri çərçivəsində Rusiya, ÇXR və ABŞ arasında silahlanmaya nəzarət məqsədilə üçtərəfli müzakirələrin aparılması təşəbbüsü ilə çıxış edib. -ın məlumatına görə, bu təfərrüat Ağ Ev tərəfində
26.09.2026 147