Çingiz Əlioğlu kimdir? - Bir gecədə 20 şeir yazan İlyas Əfəndiyevin bacısı oğlu

Çingiz Əlioğlu kimdir? - Bir gecədə 20 şeir yazan İlyas Əfəndiyevin bacısı oğluŞair Çingiz Əlioğlu avqustun 9-da səhər saatlarında vəfat edib.

Lent.az "Bioqrafiya" rubrikasında şair haqqında məlumatları təqdim edir.

- Çingiz Əlioğlu kimdir?

Çingiz Əlioğlu Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair və tərcüməçidir.

- O nə zaman və harada dünyaya gəlib?

Ç.Əlioğlu 1944-cü il iyunun 29-da Bakı şəhərində anadan olub.

- Əslən haralı idi?

- Atası Malıbəylidə, ana tərəfi isə Füzulidən idi.

- Onun təhsil həyatı necə keçib?

O, doğulduğu Füzuli şəhərində B. Sərdarov adına orta məktəbdə oxuyub. 1961-1965-ci illərdə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun istehsalat proseslərinin avtomatlaşdırılması və texnologiyası fakültəsində təhsil alıb.

- Bədii yaradıcılığa nə zaman başlayıb?

Çingiz Əlioğlu bədii yaradıcılığa 1967-ci ildə "Gənc qələmlər" toplusunda çıxan "Xatirələr" şeiri ilə başlayıb.

- Şeir yazmağa necə qərar verib?

Tələbəlik illərdində otaq yoldaşı Vidadi Paşayev hər gün ona yazdığı şeirlərini oxuyurmuş. Çingiz Əlioğlu isə onun qəlbinə dəyməmək üçün hər dəfə şeirlərinin yaxşı olduğunu deyirmiş. Bir gün Vidadi Paşayevə onun şeirlərini bəyənmədiyini, pis yazdığıı söyləyir. Otaq yoldaşı isə şeir yazmağın asan olmadığını, Çingiz Əlioğlunun belə şeir yaza bilib-bilməyəcəyini soruşur. Həmin gecə Çingiz Əlioğlu 20 şeir yazır və bunlardan 3-ü Rəsul Rzanın təqdimatı ilə "Ulduz" jurnalında yayılır.

- Yaradıcılığı başqa hansı sahələrdən ibarətdir?

1967-ci ildən fəal ədəbi yaradıcılıqla məşğul olub, dövri mətbuatda şeir, hekayə, ədəbi-bədii tərcümələr və publisistik məqalələrlə müntəzəm çıxış edib.

- Çingiz Əlioğlu əmək fəaliyyətinə nə zaman başlayıb?

O, "Gənclik" nəşriyyatında redaktor kimi əmək fəaliyyətinə başlayıb.

- O, haşqa hansı vəzifələrdə çalışıb?

"Gənclik" nəşriyyatında böyük redaktor (1977-1988), redaksiya müdiri (1988-1991), Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor (1991-1992), Azərbaycan Yazıçılar Birliyində Poeziya bölməsinin rəhbəri, Mədəniyyət və Turizm Nazirliyində Nəşriyyat sektorunun müdiri vəzifələrində çalışıb.

- Çingiz Əlioğlu hansı beynəlxalq tədbirdlərdə çıxış edib?

Gənc şairlərin Ümumittifaq poeziya festivallarında (IV, V, VI) gənc yazıçıların yeddinci Ümumittifaq müşavirəsində və birinci Ümumittifaq toplanışında, Şuşenskoyedə keçirilən yazıçı və tənqidçilərin Ümmuittifaq nəzəri konfranslarında, Krasnoyarsk diyarında, İvanovo-Frankovsk vilayətlərində, Latviya SSR-də keçirilən Sovet ədəbiyyatı günlərində, bir neçə dəfə Moskvada keçirilən Azərbaycan şeiri günlərində, Riqada və Vilnüsdə keçirilən latış, Tilva tərcüməçilərinin beynəlxalq müşavirəsində iştirak edib.

- Hansı beynəlxalq cəmiyyətin üzvü olub?

Beynəlxalq "Kalevala" cəmiyyətinin üzvü idi.

- Əsərləri hansı dillərə tərcümə edilib?

Onun əsərləri keçmiş SSRİ və bir çox Avropa xalqlarının dillərinə tərcümə olunub.

- Hansı kitabların müəllifidir?

"Gicgaha sıxılan güllə", "Ruhumun həndəsəsi", "Tanrını tanı", "Sevib unutduqlarım", "Qonşunun iti", "Ömür ağacı" kimi kitabların müəllifidir.

- O, hansı şeirləri ilə tanınıb?

O, müxtəlif zamanlarda "Qarabağım - qara bağrım...", Yaşayam gərək", "Mənə sarı gələn gəlin", "Dağlar", "Dünya, məndən danış görüm", "Mənim bu həyatla öz hesabım var", "Yaxşı və pis", "Musiqi", "Başağrı", "Ən böyük sevgim" kimi şeirləri yazıb.

- Şairin hansı kitabı Rusiyada mükafata layiq görülüb?

- Onun "Çərçivə" adlı kitabı Rusiyada 35 000 dollar mükafata layiq görülüb.

- O, sözügedən məbləğdən nə üçün istifadə edib?

Verilən mükafatı nəşriyyata bağışlayıb.

- Şair başqa hansı mükafatları qazanıb?

O, 1991-ci ildə "Əməkdar mədəniyyət işçisi", 2005-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adlarına layiq görülüb. Şair həmçinin 2014-cü ildə Mədəbiyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edilib. Əlavə olaraq, Ümumittifaq poeziya müsabiqəsinin üç qalibindən biri kimi "Yunost" jurnalının "Yaşıl yarpaq" mükafatına, Azərbaycan LKGİ MK-nın və Ukrayna KP İvanovo-Frankovsk vilayət komitəsinin fəxri fərmanlarına, Finlandiya Respublikası Maarif Nazirliyinin təqaüdçüsü (1990) adına layiq görülüb.

- Siyasi fəaliyyəti nədən ibarət idi?

Vətəndaş Həmrəliyi Partiyasının ilk qurucularından və partiyanın Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən biri olub.

- VHP -nin sədri, Xalq şairi Sabir Rüstəmxanlınya 60 illik dostunun ölüm xəbərini kim verib?

Şairin vəfat etdiyi günün axşamı Sabir Rüstəmxanlı onu yuxusunda sağlam, əvvəlki qədər gümrah və gənc şəkildə Milli Dram Teatrında Məmməd Arazın xatirə gecəsində çıxış edərkən görür. Çingiz Əlioğlu həzin bir mahnınını oxuduğu sırada Sabir Rüstəmxanlı yuxudan oyanır, bunu yaxınlarına danışır və nə isə olduğunu, narahat hiss etdiyini deyir. Günorta saat 3-də Seyran Səxavətin zəng vuraraq "Çingizi hardan götürəcəklər?", sualını verməsilə 60 illik dostunun dünyasını dəyişdiyini öyrənir.

- Onun filmoqrafiya sahəsində fəaliyyəti nədən ibarət idi?

Şair "Gün keçdi" və Vaqif Mustafayevin "Yaramaz" filminə çəkilib.

- Hansı əsərləri Azərbaycan dilinə tərcümə edib?

Anna Axmatova və Marina Svetayeva kimi məşhur şairlərin əsərlərini Azərbaycan dilinə çevirib. Bundan başqa, fin xalqının məşhur "Kalevala" eposunun tərcüməsi ilə də məşğul olub.

- Ailə həyatı necə idi?

Çingiz Əlioğlu həyat yoldaşı Südabə xanımla "Gənclik" nəşriyyatında çalışarkən tanış olub. Eyni kollektivdə işləsələr də, uzun müddət bir-biriləri ilə ünsiyyət qurmayıblar. Onların yaxınlaşmasında bəxstəkar Xanım İsmayılqızının xüsusi rolu olub. Çingiz Əlioğlu ilə Südabə xanım ilk dəfə məhz onun evində təşkil olunan qonaqlıqda salamlaşıb və bundan sonra münasibətləri başlayıb. Evlənmək qərarına gəldikləri vaxt da Xanım İsmayılqızı elçilik məsələsində Çingiz Əlioğluna kömək edib. Onların Tahir və Orman adlı iki övladı var.

- Şair hansı tanınmış şəxslərlə qohum idi?

Çingiz Əlioğlu tanınmış ədəbi nəslin nümayəndəsidir. Anası Məhluqə xanım Xalq yazıçısı İlyas Əfəndiyevin bacısı, Elçin və Timuçin Əfəndiyevlər isə şairin dayısı oğullarıdır.

- O, nə zaman dünyasını dəyişib?

Çingiz Əlioğlu 2026-cı il avqustun 9-da, 82 yaşında vəfat edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 916   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, 3 milyon 700 min manat mənimsəmədə ittiham olunan sabiq sədrin işi üzrə şahid qismində şirkətin hazırkı İdarə Heyətinin sədri Pərvi

10:37 238
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 171
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 204
.

Küləklə bağlı - Xəbərdarlıq

Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul

13.11.2026 311
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 327
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

13.11.2026 482
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 408
.

Məşhur əsərdə 20 növ mikrob aşkarlandı

Alimlər rəssam Rembrandtın "Gecə keşikçiləri" adlı şah əsərində 20 növ mikrob aşkar ediblər. Axşam.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, Niderlandın Haaqa şəhərindəki "Reyksmuseum" muzeyində mikrobioloqlar rəsm əsərindən təxminən 60 nümun

13.11.2026 346
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14:15 76
.