Tələbələrin yaxşı qiymət almasının gözlənilməz sirri AÇIQLANDI

Tələbələrin yaxşı qiymət almasının gözlənilməz sirri AÇIQLANDIYuxu çatışmazlığı təkcə sağlamlığa deyil, təhsildəki nəticələrə də təsir göstərə bilər. Mindən çox tələbənin iştirak etdiyi təcrübə göstərib ki, yuxu rejiminin yaxşılaşdırılması akademik göstəricilərin yüksəlməsinə kömək edir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, keyfiyyətli istirahət uzun müddətdir sağlamlığın əsas şərtlərindən biri hesab olunur. Müntəzəm və dərin yuxu orqanizmin normal fəaliyyətini dəstəkləyir, yuxusuzluq isə həm fiziki, həm də zehni problemlərə səbəb ola bilər.

Son illərdə alimlər yuxunun insan həyatına təsirini daha geniş araşdırmağa başlayıblar. Yeni araşdırma yuxu rejimində sadə bir dəyişikliyin tələbələrin dərs göstəricilərinə müsbət təsir göstərə biləcəyini ortaya çıxarıb.

Yuxu rejimində sadə dəyişiklik qiymətləri yüksəldə bilər

Əvvəlki elmi araşdırmalar da sağlam yuxu rejiminin yeniyetmə və gənclərin ümumi vəziyyətinə müsbət təsir etdiyini, yuxu çatışmazlığının isə dərs göstəricilərinin zəifləməsi ilə əlaqəli olduğunu göstərib.

Pittsburq Universitetinin səhiyyə iqtisadçısı Osea Cuntella bildirib ki, onların məlumatına görə, bu, yuxunun yaxşılaşdırılmasının akademik nəticələrə birbaşa müsbət təsir etdiyini göstərən ilk sahə təcrübəsidir.

Tədqiqatçılar 1149 tələbənin göstəricilərini bir neçə mərhələdə təhlil ediblər. Təcrübənin əvvəlində iştirakçılar sutkada orta hesabla cəmi 6,6 saat yatırmışlar. Həftəiçi günlərin 29 faizində isə onların yuxu müddəti hətta 6 saata çatmayıb. Bütün iştirakçılara yuxu göstəricilərini qeydə almaq üçün "Fitbit" ağıllı qolbaqları verilib və onlar təsadüfi şəkildə iki qrupa bölünüblər.

Birinci - eksperimental qrupdakı tələbələrə həftəiçi günlərdə ən azı 7 saat yatmaq tövsiyə olunub. Onlara nə vaxt yatmalı olduqları barədə bildirişlər göndərilib. Bundan əlavə, 7 saatlıq yuxu normasına əməl etdikləri hər gecəyə görə 4,75 dollar mükafat verilib. Təcrübə bir ay davam edib.

İkinci - qrupdakı tələbələr isə yalnız ağıllı qolbaqlardan istifadə ediblər.

Cəmi 19 dəqiqə əlavə yuxu nəticələrə təsir edib

Təcrübənin nəticələri diqqətçəkən olub. Birinci qrupda 7 saatlıq yuxu normasına əməl edilən gecələrin sayı 26 faiz artıb. Tələbələrin gecə yuxusunun ümumi müddəti isə orta hesabla 19 dəqiqə çoxalıb. Mükafatların verilməsi və xatırlatma bildirişlərinin göndərilməsi dayandırıldıqdan sonra da müəyyən təsir qalıb.

Tələbələr əvvəlki dövrlə müqayisədə gündə orta hesabla 8 dəqiqə daha çox yatmağa davam ediblər. Alimlər ağıllı qolbaqlardan əldə olunan məlumatları tələbələrin dərs göstəriciləri ilə müqayisə etdikdə maraqlı nəticə ilə qarşılaşıblar. Eksperimental qrupdakı tələbələrin qiymətləri təcrübənin aparıldığı semestr ərzində fənlər üzrə orta hesabla 0,075-0,089 bal yüksəlib.

Oxşar müsbət təsir növbəti semestrdə də müşahidə olunub. Nəticələrdəki artım böyük görünməsə də, alimlər yuxu ilə akademik göstəricilər arasında səbəb-nəticə əlaqəsinin müəyyən edilməsini perspektivli hesab edirlər. Araşdırma müəlliflərinin sözlərinə görə, tələbələrin orta balındakı yüksəliş bahalı təqaüd proqramlarının nəticələri ilə müqayisə edilə biləcək səviyyədə olub, bəzi hallarda isə onları üstələyib.

Osea Cuntella qeyd edib ki, ən diqqətçəkən məqam bu üsulun olduqca sadə olmasıdır. Onun sözlərinə görə, oxşar yanaşmanı yalnız universitetlərdə deyil, məktəblərdə və hətta iş yerlərində də sınaqdan keçirmək mümkündür.

Araşdırmanın nəticələri bir daha göstərib ki, tələbənin uğur qazanması üçün yalnız daha çox dərs oxuması kifayət etməyə bilər. Bəzən vaxtında yatmaq və normal yuxu rejiminə əməl etmək də qiymətlərin yüksəlməsində mühüm rol oynaya bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 824   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, 3 milyon 700 min manat mənimsəmədə ittiham olunan sabiq sədrin işi üzrə şahid qismində şirkətin hazırkı İdarə Heyətinin sədri Pərvi

10:37 238
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 171
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 204
.

Küləklə bağlı - Xəbərdarlıq

Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul

13.11.2026 311
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 327
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

13.11.2026 482
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 408
.

Məşhur əsərdə 20 növ mikrob aşkarlandı

Alimlər rəssam Rembrandtın "Gecə keşikçiləri" adlı şah əsərində 20 növ mikrob aşkar ediblər. Axşam.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, Niderlandın Haaqa şəhərindəki "Reyksmuseum" muzeyində mikrobioloqlar rəsm əsərindən təxminən 60 nümun

13.11.2026 346
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14:15 76
.