İnzibati xəta və cinayət: Tutulma müddətləri arasında hansı fərq var?

İnzibati xəta və cinayət: Tutulma müddətləri arasında hansı fərq var?"İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bir qayda olaraq, üç saatdan çox ola bilməz. Lakin qanunvericilikdə bu qaydadan müəyyən istisnalar nəzərdə tutulub".

Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.

O, qeyd edib ki, sərhəd rejimini, sərhədboyu (sərhədboyu zolaq) rejimini və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozan, avaralıqla məşğul olan, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda qanunsuz qalması və ya ölkədə olma qaydalarını pozması ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs törətdiyi xətanın hallarını və şəxsiyyətini müəyyən etmək məqsədilə 24 saatadək inzibati qaydada tutula bilər:

"Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda da inzibati tutma 24 saatadək tətbiq edilə bilər. İnzibati xəta törətmiş şəxsin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda isə hakim qərarı ilə tutma müddəti üç günədək uzadıla bilər.

Bundan başqa, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş ərazidə şəxs xüsusi verilmiş icazə vərəqəsi olmadan komendant saatı vaxtında küçələrdə və digər ictimai yerlərdə olduqda, komendant saatı başa çatanadək inzibati qaydada tutula bilər. Şəxs komendant saatı vaxtında üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan küçədə və ya digər ictimai yerdə olduqda isə onun tutulması şəxsiyyəti müəyyən edilənədək davam edə bilər.

Dini ekstremizmə qarşı xüsusi əməliyyat zonasına gəlincə, fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda, onlar şəxsiyyətləri müəyyən edilənədək inzibati qaydada tutula bilərlər. Dini ekstremizmə qarşı xüsusi əməliyyat keçirən şəxslərin qanuni tələblərinə mane olmağa yönəlmiş hərəkətlər törədən şəxslər isə 48 saatadək müddətə tutula bilərlər.

Barəsində inzibati həbs tənbehinin tətbiqi nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs də 24 saatadək müddətə inzibati qaydada tutula bilər.

Məcəllənin müəyyən maddələrində nəzərdə tutulan xətaları törətmiş şəxslər isə işin mürəkkəbliyi, xəta törədən şəxslərin sayının çoxluğu və bunun araşdırmanı gecikdirməsi və ya başqa formada çətinləşdirməsi hallarında 48 saatadək müddətə inzibati qaydada tutula bilərlər. Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə tibbi müayinəyə göndərildikdə də bu müddət tətbiq oluna bilər.

Cinayət təqibi çərçivəsində tutulma isə fərqli qaydada tənzimlənir.

Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş şəxsin saxlanılma müddəti 48 saatdır. Bu müddət başa çatana qədər tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə həmin şəxs məhkəməyə gətirilməlidir. Məhkəmə məsələyə təxirə salmadan baxmalı və şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi barədə qərar qəbul etməlidir.

Lakin bəzi ağır və xüsusilə ağır cinayətlərlə bağlı istisna da mövcuddur. Şübhəli və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu, işin xüsusi mürəkkəbliyi və ya toplanmış materialların həcminin böyük olması səbəbindən müvafiq prosessual hərəkətlərin 48 saat ərzində həyata keçirilməsi mümkün olmadıqda, bu müddət uzadıla bilər.

Belə halda müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə tutulma müddəti 48 saatdan çox olmayan müddətə uzadıla bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 960   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, 3 milyon 700 min manat mənimsəmədə ittiham olunan sabiq sədrin işi üzrə şahid qismində şirkətin hazırkı İdarə Heyətinin sədri Pərvi

10:37 238
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 171
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 204
.

Küləklə bağlı - Xəbərdarlıq

Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul

13.11.2026 311
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 327
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

13.11.2026 482
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 408
.

Məşhur əsərdə 20 növ mikrob aşkarlandı

Alimlər rəssam Rembrandtın "Gecə keşikçiləri" adlı şah əsərində 20 növ mikrob aşkar ediblər. Axşam.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, Niderlandın Haaqa şəhərindəki "Reyksmuseum" muzeyində mikrobioloqlar rəsm əsərindən təxminən 60 nümun

13.11.2026 346
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14:15 76
.