Ankara, Ər-Riyad və İslamabad birləşdi - "Məkkə sazişi" nə vəd edir?

Ankara, Ər-Riyad və İslamabad birləşdi - "Məkkə sazişi" nə vəd edir?Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə mümkün təcavüz aktlarına qarşı kollektiv çəkindirmənin gücləndirilməsini nəzərdə tutan "Birgə müdafiə haqqında Məkkə sazişi"ni imzalayıblar.

Pakistanın xarici işlər naziri sazişin konkret olaraq hər hansı dövlətə qarşı yönəlmədiyini və "tamamilə müdafiə xarakterli" olduğunu vurğulayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə sənədi mahiyyət etibarilə NATO-nun 5-ci maddəsinə bənzər kollektiv müdafiə mexanizmi kimi xarakterizə edib.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, əgər "Məkkə sazişi" NATO-nun 5-ci maddəsinin məntiqi əsasında hazırlanıbsa, bu, mahiyyət etibarilə müdafiə paktıdır. Belə ki, hər hansı ölkə Səudiyyə Ərəbistanına hücum etmək niyyətində olarsa, artıq qarşısında yalnız Ər-Riyadı deyil, Türkiyə və Pakistanın da potensial reaksiyasını nəzərə almalı olacaq. Eyni məntiq Türkiyə və Pakistan üçün də keçərlidir:

"Tərəflər sazişin İrana qarşı yönəlmədiyini bəyan edirlər. Bununla belə, sənədin regionda İran ətrafında hərbi-siyasi gərginliyin artdığı bir vaxtda imzalanması müəyyən suallar doğurur.

İranın dəstəklədiyi proksi qüvvələrdən biri olan Yəmən husiləri son günlər Səudiyyə Ərəbistanına qarşı ardıcıl hücumlar həyata keçirirlər. Məsələn, husilər əvvəlcə PUA-larla Səudiyyə Ərəbistanının Nəcran hava limanını hədəfə alıblar. Bundan başqa, neft tankerinə ballistik raketlərlə zərbə endirilib. Bu, husilərin iyulun 22-dən etibarən hədəfə aldıqları səkkizinci neft tankeridir.

"Guardian" nəşrinin məlumatına görə, Səudiyyə Ərəbistanı husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşır. Ölkənin Müdafiə Nazirliyinin isə Türkiyə, Pakistan, Misir, Sudan və Cibuti də daxil olmaqla, 14 dövlətin iştirakı ilə çoxmillətli dəniz müdafiə koalisiyasının yaradılması ideyasını dəstəklədiyi bildirilir.

Husilərin İran tərəfindən dəstəklənməsinə baxmayaraq, bu, hazırkı mərhələdə "Məkkə sazişi" ölkələrinin İrana qarşı hərbi müdaxilə hazırladığı anlamına gəlmir. Lakin ABŞ-İran gərginliyinin yenidən hərbi müstəvidə kəskinləşəcəyi və İranın regiondakı ABŞ hərbi bazalarını hədəfə alacağı təqdirdə, vəziyyətin Ankara, Ər-Riyad və İslamabad üçün daha mürəkkəb ssenarilər yaratması mümkündür.

Belə bir vəziyyətdə İranın Türkiyəyə NATO amilini nəzərə alaraq birbaşa zərbə endirməkdən çəkinməsi, lakin Səudiyyə Ərəbistanı və ya Pakistana qarşı hücum ehtimalının yaranması "Məkkə sazişi"nin kollektiv müdafiə mexanizmini praktiki baxımdan sınağa çəkə bilər.

Bu baxımdan, "Məkkə sazişi" hazırda üzv ölkələr üçün xarici təhdidlərə qarşı çəkindirmə mexanizmi kimi təqdim olunsa da, uzunmüddətli perspektivdə müəyyən risklər də yarada bilər. Çünki regionda hərbi qarşıdurma genişlənərsə, sazişin kollektiv müdafiə öhdəlikləri tərəflərin münaqişələrə cəlb olunması ehtimalını artıra bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 834   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, 3 milyon 700 min manat mənimsəmədə ittiham olunan sabiq sədrin işi üzrə şahid qismində şirkətin hazırkı İdarə Heyətinin sədri Pərvi

10:37 238
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 171
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 204
.

Küləklə bağlı - Xəbərdarlıq

Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul

13.11.2026 311
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 327
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

13.11.2026 482
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 408
.

Məşhur əsərdə 20 növ mikrob aşkarlandı

Alimlər rəssam Rembrandtın "Gecə keşikçiləri" adlı şah əsərində 20 növ mikrob aşkar ediblər. Axşam.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, Niderlandın Haaqa şəhərindəki "Reyksmuseum" muzeyində mikrobioloqlar rəsm əsərindən təxminən 60 nümun

13.11.2026 346
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14:15 76
.