Bayramovun Kiyev səfəri nə vəd edir? - Azərbaycanın balanslı siyasətinin DETALLARI
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya səfər edib. Səfər indiki məqamda xüsusi diqqət çəkir. Onun əhəmiyyətini artıran əsas məqamlardan biri bundan əvvəl Ceyhun Bayramovun Moskvada yüksək səviyyəli görüşlər keçirməsidir.
Bakının həm Moskva, həm də Kiyevlə təmaslar qurması və rəsmi səviyyədə qarşılıqlı səfərlər həyata keçirməsi təbiidir. Azərbaycan uzun illərdir xarici siyasətdə balansı qoruyub saxlayır. Xüsusilə Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir dövrdə Moskva və Kiyevlə ardıcıl təmasların qurulması Azərbaycanın hər iki ölkə ilə münasibətlərini ayrı-ayrılıqda inkişaf etdirmək niyyətini göstərir. Bakı nə Rusiya, nə də Ukrayna ilə münasibətlərdə qarşıdurma məntiqindən çıxış edir. Əksinə, hər iki dövlətlə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq xəttini qorumağa çalışır.
Azərbaycan Ukrayna ərazilərinin işğalını pisləyib və davam edən müharibənin dayandırılmasının vacibliyini bəyan edib. Bununla yanaşı, Bakı Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Azərbaycanı fərqləndirən əsas məqamlardan biri də məhz budur. Bir tərəfdən Rusiya ilə siyasi, iqtisadi və nəqliyyat sahələrində əməkdaşlıq davam etdirilir, digər tərəfdən Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə olunur, humanitar yardım proqramları həyata keçirilir və iqtisadi əlaqələr saxlanılır.
Rəsmi Bakı beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan mövqeyini qorumaqla yanaşı, hər iki paytaxtla dialoqu davam etdirir.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən polotoloq Turan Rzayev bildirib ki, Ceyhun Bayramovun Ukraynaya səfəri də məhz bu siyasətin məntiqi davamı kimi qiymətləndirilə bilər. Belə bir vaxtda yüksək səviyyəli təmasların qurulması Azərbaycanın tərəflərlə açıq dialoqa üstünlük verdiyini, regional proseslərdən kənarda qalmadığını və xarici siyasət qərarlarını milli maraqlar əsasında formalaşdırdığını göstərir:
"Azərbaycanın hər iki ölkə ilə siyasi dialoqu qoruyub saxlaması perspektivdə yeni diplomatik imkanlar da yarada bilər. Bakı həm Moskva, həm də Kiyevlə işlək münasibətləri davam etdirən ölkələrdən biridir. Bu isə uyğun siyasi şərait yarandığı təqdirdə Azərbaycanın tərəflər arasında dialoqun təşviqində və ya mümkün sülh təmasları üçün platforma rolunda çıxış etməsi ehtimalını gündəmə gətirir.
Son illərdə Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərə və platformalara uğurla ev sahibliyi etməsi, eləcə də balanslı xarici siyasət kursu ölkənin gələcəkdə Rusiya-Ukrayna sülh danışıqları üçün potensial görüş məkanlarından biri kimi nəzərdən keçirilməsi imkanlarını artırır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 828 Tarix: 10 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEtibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?
Bakı Ağır Cinayətlər Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, 3 milyon 700 min manat mənimsəmədə ittiham olunan sabiq sədrin işi üzrə şahid qismində şirkətin hazırkı İdarə Heyətinin sədri Pərvi
10:37 238 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb
11:06 171 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti
11:22 204 Küləklə bağlı - Xəbərdarlıq
Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul
13.11.2026 311 ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib
Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl
13.11.2026 327 Temperatur 10° enəcək - Xəbərdarlıq
Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb
13.11.2026 482 Arvadına xəyanət etməyən yeganə milyarder...
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa
13.11.2026 408 Məşhur əsərdə 20 növ mikrob aşkarlandı
Alimlər rəssam Rembrandtın "Gecə keşikçiləri" adlı şah əsərində 20 növ mikrob aşkar ediblər. Axşam.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, Niderlandın Haaqa şəhərindəki "Reyksmuseum" muzeyində mikrobioloqlar rəsm əsərindən təxminən 60 nümun
13.11.2026 346 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi
Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku
14:15 76