İpotekanın azalması evlərin qiymətinə necə təsir edəcək? - EKSPERT RƏYİ

İpotekanın azalması evlərin qiymətinə necə təsir edəcək? - EKSPERT RƏYİ"İpoteka kreditlərinin azalması mənzil bazarında həm tələbə, həm də qiymətlərə təsir göstərə bilər. İpoteka imkanları daraldıqca böyük ilkin ödəniş etmək imkanına malik olmayan insanların mənzil almaq imkanları da məhdudlaşır. Bu isə formal olaraq tələbin zəifləməsinə səbəb ola bilər. Lakin Azərbaycanda mənzil qiymətlərinin yüksək olması və gəlirlərlə mənzil qiymətləri arasındakı fərqin böyük qalması ipoteka kreditlərinin azalmasının avtomatik olaraq mənzillərin ucuzlaşacağı anlamına gəlmədiyini göstərir".

Bunu BiG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

O, qeyd edib ki, əksinə, ipoteka imkanlarının azalması müəyyən ailələr üçün mənzil sahibi olmağı daha da çətinləşdirir. Çünki mənzil almağın əsas yollarından biri uzunmüddətli kreditləşmədir. Kreditə çıxış məhdudlaşdıqda vətəndaş ya daha böyük ilkin ödəniş toplamalı, ya daha ucuz mənzil axtarmalı, ya da mənzil alışını təxirə salmalıdır. Bu problem xüsusilə gənc ailələr üçün daha ciddi xarakter daşıyır:

"Mənzil sahibi olmağın çətinləşməsinin əsas səbəbi yalnız ipoteka kreditlərinin azalması deyil. Əsas problemlərdən biri mənzil qiymətlərinin əməkhaqqı və ailə gəlirlərinə nisbətən yüksək olmasıdır. Buna torpaq və tikinti xərclərinin artması, Bakıda mənzilə tələbin yüksək olması, yeni tikililərdə qiymət siyasəti və kirayə bazarındakı bahalaşma da təsir göstərir.

İpoteka faizləri və aylıq ödənişlərin həcmi də mühüm amillərdəndir. Kredit əldə etmək üçün ilkin ödənişin olması, rəsmi gəlir tələbinə cavab vermək və aylıq ödənişləri ailə büdcəsinə uyğunlaşdırmaq lazımdır. Bir çox vətəndaş üçün əsas problem məhz ilkin ödənişi toplamaqdır. Digər tərəfdən, ilkin ödənişi toplayan şəxslər üçün də uzun illər ərzində kredit ödənişlərinin edilməsi ailə büdcəsinə ciddi yük yarada bilər.

İpoteka kreditlərinin azalması davam edərsə, mənzil bazarında iki fərqli proses müşahidə oluna bilər. Bir tərəfdən, alıcıların sayının azalması satışların zəifləməsinə səbəb ola bilər. Digər tərəfdən isə tikinti şirkətləri və mənzil satıcıları qiymətləri aşağı salmaq əvəzinə satışları kampaniyalar, hissəli ödənişlər və digər mexanizmlərlə stimullaşdırmağa çalışa bilərlər. Bu səbəbdən ipoteka kreditlərinin azalması öz-özlüyündə mənzil bazarında ciddi ucuzlaşma yaratmaya bilər.

Əsas problem isə mənzil qiymətlərinin əhalinin gəlirlərindən daha sürətlə artmasıdır. Əgər gəlirlər mənzil qiymətlərinə uyğun gəlmirsə, ipoteka kreditinin mövcudluğu belə problemi tam həll etmir. Kredit sadəcə mənzilin dəyərini birdəfəlik deyil, uzun illər ərzində ödəməyə imkan verir. Mənzilin özü vətəndaş üçün həddindən artıq bahadırsa, uzunmüddətli kredit də onun əlçatanlığını tam təmin etmir.

Bu baxımdan, mənzil sahibi olmağın asanlaşdırılması üçün yalnız ipoteka kreditlərinin həcmini artırmaq kifayət deyil. Daha əlçatan mənzil fondunun yaradılması, sosial və güzəştli mənzil imkanlarının genişləndirilməsi, tikinti və torpaq xərclərinin optimallaşdırılması, bazarda rəqabətin artırılması və əhalinin real gəlirlərinin yüksəldilməsi paralel şəkildə həyata keçirilməlidir.

Əks halda, ipoteka kreditlərinin artırılması müəyyən hallarda mənzilə olan tələbi, bununla yanaşı qiymətləri də yüksəldə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 916   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, 3 milyon 700 min manat mənimsəmədə ittiham olunan sabiq sədrin işi üzrə şahid qismində şirkətin hazırkı İdarə Heyətinin sədri Pərvi

10:37 238
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 171
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 204
.

Küləklə bağlı - Xəbərdarlıq

Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul

13.11.2026 311
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 327
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

13.11.2026 482
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 408
.

Məşhur əsərdə 20 növ mikrob aşkarlandı

Alimlər rəssam Rembrandtın "Gecə keşikçiləri" adlı şah əsərində 20 növ mikrob aşkar ediblər. Axşam.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, Niderlandın Haaqa şəhərindəki "Reyksmuseum" muzeyində mikrobioloqlar rəsm əsərindən təxminən 60 nümun

13.11.2026 346
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14:15 76
.