Ev almaq istəyənlər üçün dövlət imkanları: Kimlər güzəştli ipotekadan yararlana bilər?

Ev almaq istəyənlər üçün dövlət imkanları: Kimlər güzəştli ipotekadan yararlana bilər?"Azərbaycanda vətəndaşların mənzil sahibi olması üçün əsas dövlət mexanizmlərindən biri Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə təqdim olunan adi və güzəştli ipoteka kreditləridir".

Bunu BiG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksperti Fərid Cəfərli bildirib.

O, qeyd edib ki, xüsusilə güzəştli ipoteka müəyyən sosial və peşə qruplarına daha əlverişli şərtlərlə mənzil əldə etmək imkanı yaradır. Müəyyən hallarda dövlət qulluqçuları, müəllimlər, şəhid və Vətən Müharibəsi Qəhrəmanlarının övladları, məcburi köçkünlər, elmi dərəcəsi olan şəxslər və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalar bu imkanlardan yararlana bilirlər. Gənc ailələr üçün də ayrıca güzəştli kateqoriyalar nəzərdə tutulub:

"Hazırkı şərtlərə əsasən, güzəştli ipoteka üzrə maksimum kredit məbləği 100 min manat, kredit müddəti 30 il, minimum ilkin ödəniş isə 10 faizdir. Güzəştli ipoteka üzrə illik faiz dərəcəsi zəmanətsiz kreditlər üçün maksimum 4 faiz, zəmanətli kreditlər üçün isə 3,7 faiz müəyyən edilib. Adi ipoteka üzrə maksimum kredit məbləği 150 min manat, müddət 25 il, minimum ilkin ödəniş isə 15 faizdir.

Burada vacib məqam ondan ibarətdir ki, söhbət dövlət tərəfindən vətəndaşa pulsuz mənzil verilməsindən getmir. Bu, uzunmüddətli və nisbətən əlverişli şərtlərlə mənzil almaq üçün yaradılmış maliyyə mexanizmidir. Kreditin verilməsi zamanı vətəndaşın rəsmi və ya qaydalara uyğun şəkildə təsdiqlənən gəlirləri, ödəmə qabiliyyəti və digər tələblər nəzərə alınır.

Bundan başqa, vətəndaşlar üçün satmaq öhdəliyi ilə kirayə mexanizmi də mühüm imkanlardan biridir. Bu modeldə vətəndaş mənzildən kirayə əsasında istifadə edir və müəyyən edilmiş şərtlər çərçivəsində ödənişlərini həyata keçirərək, son nəticədə həmin mənzilə sahib ola bilir. İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, 2026-cı ilin ilk yarısında məhz bu mexanizm vasitəsilə 475 ailə mənzil sahibi olub.

Hesab edirəm ki, burada əsas məsələ vətəndaşların mövcud imkanlar barədə düzgün və rəsmi şəkildə məlumatlandırılmasıdır. Çünki bəzən "asan mənzil" və ya "dövlət pulsuz ev verir" kimi ifadələr yanlış təsəvvür yarada bilər. Əslində isə dövlətin təqdim etdiyi əsas üstünlük daha uzunmüddətli, aşağı faizli və müəyyən kateqoriyalar üçün güzəştli maliyyələşmə imkanlarının yaradılmasıdır.

2026-cı ildə də ipoteka kreditləşməsi davam etdirilir. İpoteka və Kredit Zəmanət Fondunun məlumatına əsasən, 2026-cı il üzrə adi ipoteka kreditləri üçün müraciətlərin qəbulu martın 5-dən, güzəştli ipoteka kreditləri üçün isə martın 6-dan elektron sistem vasitəsilə başlayıb. Müraciətlər "Elektron ipoteka və kredit zəmanət" sistemi üzərindən elektron imza vasitəsilə həyata keçirilir.

Ümumiləşdirsək, Azərbaycanda ev sahibi olmağın "asan yolu" kimi vahid və hamıya şamil olunan bir mexanizmdən danışmaq düzgün olmaz. Lakin güzəştli ipoteka, adi ipoteka və satmaq öhdəliyi ilə kirayə kimi dövlət mexanizmləri müəyyən qruplar üçün mənzil əldə etməyi daha əlçatan edir. Əsas şərt şəxsin hansı kateqoriyaya aid olduğunu, gəlir imkanlarını və konkret proqramın tələblərini əvvəlcədən dəqiq müəyyənləşdirməsidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1003   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, 3 milyon 700 min manat mənimsəmədə ittiham olunan sabiq sədrin işi üzrə şahid qismində şirkətin hazırkı İdarə Heyətinin sədri Pərvi

10:37 238
.

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Ali Baş Komandanın Azərbaycan xalqına tarixi Qələb

11:06 171
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 204
.

Küləklə bağlı - Xəbərdarlıq

Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul

13.11.2026 311
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 327
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

13.11.2026 482
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 408
.

Məşhur əsərdə 20 növ mikrob aşkarlandı

Alimlər rəssam Rembrandtın "Gecə keşikçiləri" adlı şah əsərində 20 növ mikrob aşkar ediblər. Axşam.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, Niderlandın Haaqa şəhərindəki "Reyksmuseum" muzeyində mikrobioloqlar rəsm əsərindən təxminən 60 nümun

13.11.2026 346
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14:15 76
.