Yuxusuzluq beyni dəyişdirir: Alimlər düşüncə və emosiyalara təsirini izah etdi

Yuxusuzluq beyni dəyişdirir: Alimlər düşüncə və emosiyalara təsirini izah etdiYuxu pozuntuları, xüsusilə də yuxusuzluq diqqət, qərarvermə və emosiyaların tənzimlənməsinə cavabdeh olan beyin nahiyələrində nəzərəçarpan struktur dəyişikliklərinə səbəb ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent" nəşri yeni elmi araşdırmaya istinadən məlumat yayıb.
Bildirilir ki, əvvəlki tədqiqatlar da keyfiyyətsiz gecə yuxusunun yalnız növbəti günün əhval-ruhiyyəsinə deyil, həm də idrak funksiyalarına və emosiyaların idarə olunmasına mənfi təsir göstərdiyini ortaya qoymuşdu.
Hazırda alimlər yuxu pozuntularını əsasən iki qrupa ayırırlar. Birinci qrupa parasomniyalar - yuxu dövrlərinin normal gedişinin pozulduğu hallar, ikinci qrupa isə dissomniyalar - yuxuya getməkdə və ya yuxunu davam etdirməkdə çətinliklə xarakterizə olunan pozuntular daxildir.
Yeni araşdırmada müxtəlif yuxu pozuntularının beyində yaratdığı dəyişikliklərə dair indiyədək aparılmış ən geniş təhlillərdən biri həyata keçirilib.
"Scientific Reports" jurnalında dərc olunan nəticələrin gələcəkdə həkimlərə bu pozuntuları daha erkən aşkar etməyə və müalicəni hər bir yuxu pozuntusunun növünə uyğun fərdiləşdirməyə kömək edə biləcəyi bildirilir.
Beyində nə baş verir?
Alimlər beyin görüntüləmə üsullarından istifadə edilən 57 araşdırmanın nəticələrini ümumiləşdirərək dissomniya və parasomniyalar zamanı beyində baş verən dəyişiklikləri müqayisə ediblər.
Florida Beynəlxalq Universitetinin koqnitiv neyrobioloqu Metyu Sazerlend bildirib:
"Beyində dəqiq hansı proseslərin baş verdiyini anlamaq getdikcə daha vacib olur. Çoxsaylı tədqiqatların nəticələrini bir araya gətirərək yuxu pozuntularının beynin quruluşuna və funksiyasına necə təsir etdiyini daha aydın gördük və gələcək araşdırmalar üçün əsas istiqamətləri müəyyənləşdirdik".
Onun sözlərinə görə, yuxu problemləri geniş yayıldığından, beyində baş verən dəyişikliklərin öyrənilməsi daha effektiv diaqnostika, müalicə və fərdiləşdirilmiş terapiya üsullarının hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.
Araşdırma göstərib ki, lunatizm, kabuslarla müşayiət olunan pozuntular və gecə qorxuları kimi parasomniyalar beynin arxa singulyar qabığında baş verən dəyişikliklərlə əlaqəlidir. Bu nahiyə motivasiya, qərarvermə və emosiyaların tənzimlənməsində mühüm rol oynayır.
Alimlərin fikrincə, məhz bu dəyişikliklər belə pozuntulardan əziyyət çəkən insanlarda müşahidə olunan əhval-ruhiyyə dəyişikliklərini, davranış xüsusiyyətlərini və emosiyaların idarə olunmasındakı çətinlikləri izah edə bilər.
Əldə olunan nəticələr yuxusuzluqdan əziyyət çəkən insanların müxtəlif tapşırıqları yerinə yetirərkən daha aşağı nəticələr göstərdiyini ortaya qoyan əvvəlki müşahidələri də təsdiqləyir.
Bundan əlavə, həm parasomniyalar, həm də dissomniyalar talamusun fəaliyyətinin azalması ilə əlaqələndirilib. Talamus daxil olan məlumatları süzgəcdən keçirən, diqqətin qorunmasına və mürəkkəb zehni proseslərin idarə olunmasına kömək edən əsas beyin strukturlarından biridir.
Tədqiqatçıların fikrincə, bu dəyişikliklər diqqətin cəmlənməsində yaranan problemləri və xüsusilə yaşlı insanlarda yuxu pozuntuları fonunda travma riskinin artmasını izah edə bilər.
Gələcəkdə alimlər lunatizm və yuxularla əlaqəli digər pozuntular da daxil olmaqla, ayrı-ayrı parasomniya növlərini daha ətraflı araşdırmağı planlaşdırırlar.
Araşdırma müəllifləri belə nəticəyə gəliblər ki, yuxu pozuntuları ilə əlaqəli struktur dəyişiklikləri beynin qarşılıqlı əlaqədə fəaliyyət göstərən şəbəkələrinin işini poza bilər. Bu isə idrak funksiyalarına, emosional vəziyyətə və motivasiyaya mənfi təsir göstərir.
Mütəxəssislər hesab edirlər ki, əldə olunan nəticələr gələcəkdə yuxu pozuntularının daha effektiv müalicə üsullarının hazırlanmasına, həmçinin diqqət, qərarvermə və emosiyaların tənzimlənməsinə cavabdeh olan beyin nahiyələrinin qorunmasına töhfə verə bilər.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 568   Tarix: 10 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sevdiyiniz musiqi ağrını azalda bilər

İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr

30.10.2026 1005
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

25.10.2026 903
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29.10.2026 1053
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28.10.2026 1036
.

AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ

"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə

02.11.2026 895
.

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video

"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl

17.10.2026 950
.

Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?

Qoz faydalı yağlar, bitki mənşəli zülal, lif, vitamin və minerallarla zəngin çərəzlərdən biridir. Onun müntəzəm istehlakı ürək-damar sisteminin fəaliyyətini dəstəkləyə və gündəlik qidalanmanın keyfiyyətini yaxşılaşdıra bilər. Ölkə.az BB.LV saytına istinadən xəbər verir ki, gündə təxminən 4 bütöv qo

11.11.2026 654
.

Yumurta qan şəkərinə necə təsir edir?

Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı

17.10.2026 919
.

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI

Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar

24.10.2026 752
.