Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir
ABŞ polisi 2026-cı il futbol üzrə dünya çempionatı zamanı özünün və Federal Təhqiqatlar Bürosunun (FTB) qarşılaşdıqları təhdidləri açıqlayıb.
Bu barədə Oxu.Az Marca-ya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, daxil olan təhdidlərin sayına görə Argentina millisinin hücumçusu Lionel Messi "rekordçu" olub.
Argentina və İordaniya (3-1) arasında qrup mərhələsi matçından əvvəl bir kişi Dallas hava limanına zəng edərək, əldəqayırma bomba və tüfənglərlə silahlanmış digər iki nəfərlə birlikdə stadiona basqın etməklə hədələyib, konkret olaraq da Messinin adını çəkib və onu öldürmək məqsədindən bəhs edib.
Messi 1/8 finalda Misirlə (3-2) oyundan əvvəl də təhdid alıb.
"Mən Atlantadakı stadiona gedib, bədənimə bərkidilmiş dörd bomba ilə Messini partlatmağa hazırlaşıram", - deyə bir kişi sosial şəbəkədə yazıb.
Bundan əlavə, zəng daxil olub ki, stadionun zibil qutularında üç bomba gizlədilib, lakin itlərlə aparılan axtarış məlumatın yalan olduğunu ortaya çıxarıb.
Təhdidlər, həmçinin Portuqaliya millisinin lideri Kriştianu Ronaldudan da yan keçməyib. FIFA-dan məlumat verilib ki, Portuqaliya milli komandasının qaldığı hoteldə "şübhəli bir kişi" Ronaldunun harada olduğu barədə ətraflı məlumat tələb edib. İki gün sonra həmin kişi Hyuston polisi tərəfindən elə həmin hoteldə həbs edilib. Analoji hadisə Torontoda da baş verib, orada başqa bir kişi Ronaldunun olduğu liftə girməyə cəhd edib.
Argentina-Misir matçının arbitri Fransua Leteksye mesencerlərdən birində 6000-dən çox təhdid alıb. Oxşar hal həmin matçın VAR hakimi Villi Delajonun da başına gəlib. Bu səbəbdən Fransada onların evləri və ailələri üçün təhlükəsizlik tədbirləri gücləndirilib.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 416 Tarix: 09 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRoberto Karlos: "Futboldan əldə etdiyim bütün gəlirin 99%-ni itirdim"
Braziliya millisinin və "Real Madrid"in sabiq futbolçusu Roberto Karlos idman karyerasını başa vurduqdan sonra üzləşdiyi maliyyə problemlər barədə danışıb. xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb. "Böyük futbolla vidalaşmağa qərar verdiyim an artıq idman direktor
26.09.2026 195 "Mercedes" "Formula-1" tarixində ən çox qələbə qazanan mühərrik istehsalçısı oldu
"Mercedes" "Formula-1" tarixində ən çox yarış qələbəsi qazanan mühərrik istehsalçısı olub. xəbər verir ki, bu nəticə Azərbaycan Qran-prisində Corc Rasselin qələbəsindən sonra qeydə alınıb. Beləliklə, "Mercedes" mühərrikləri ilə qazanılan qələbələrin sayı 252-yə çatıb. "Ferrari"
26.09.2026 169 Neymar ciddi zədə aldı, klubu açıqlama yaydı
Braziliya milli komandası tarixində ən yaxşı bombardir, "Santos"un hücumçusu Neymar "Palmeyras"la oyunda sağ budundan zədə alıb. -ın xəbərinə görə, bu barədə Braziliya klubunun mətbuat xidməti "X" hesabında məlumat verib. Braziliya Kubokunun dörddəbir finalının cavab oyun
06.09.2026 269 "Formula 1": Azərbaycan Qran-prisinin qalibi bu gün bəlli olacaq
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bu gün yekun vurulacaq. Qaynarinfo xəbər verir ki, ilk olaraq "Formula 2"də ikinci əsas yarış keçiriləcək. Sonra "Formula 1"də qalibin adına aydınlıq gələcək. Beləliklə, Bakıdakı Qran-priyə yekun vurulacaq. Qeyd edək ki, ötən gü
26.09.2026 162 "Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı
"Sabah" Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu gün paytaxt təmsilçisi 1-ci turda "Mançester Yunayted"in qonağı olacaq. "Old Trafford" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyun
10.09.2026 399 Dünən məğlub oldu, bu gün qovuldu
Gürcüstanın futbol üzrə milli komandasının baş məşqçisi, fransalı mütəxəssis Villi Sanyol vəzifəsindən ayrılıb. xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Futbol Federasiyasının mətbuat xidməti yayıb. Məlumata görə, 2021-ci ildən etibarən yığmaya rəhbərlik edən Sanyol komanda ilə tarixi uğura imz
26.09.2026 179 Zubir "Qarabağ"a qayıdır? - RƏSMİ
Səudiyyə Ərəbistanının "Əl-Uruba" klubuna keçidi baş tutmayan Abdullah Zubirin yenidən "Qarabağ"da çıxış edəcəyi ilə bağlı məlumatlar yayılıb. Məsələ ilə bağlı "Qarabağ"ın mətbuat xidmətindən -ın sorğusuna cavab olaraq bildirib ki, klubda Zubirlə bağlı hazırda hər hans
09.09.2026 362 Öz üzüyünün qiyməti 1 milyon dollar- Ronaldonun xanımının üzüyünü görəndən sonra...
Belaruslu məşhur tennisçi Arina Sabalenka ilə Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodrigesin Milanda qarşılaşması maraqlı anlarla yadda qalıb. xəbər verir ki, Sabalenka və Rodriges Gucci-nin moda nümayişində görüşərək bir-birlərinin nişan üzüklərinə baxıblar. Tennisçi Corcinanın üzüyünü xüsusil
27.09.2026 405 İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub
İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola
12.09.2026 249