İspaniyanın "Vilyarreal" klubu Bakıda futbol düşərgəsi təşkil edir
İspaniyanın "Vilyarreal" komandasının nümayəndələri Bakıda "Vilyarreal CF Camp Baku" adlı layihəsini təqdim edəcək.
AFFA-dan "Report"a verilən məlumata görə, bu təşəbbüs AFFA və Bakı Futbol Federasiyası tərəfindən müsbət qarşılanıb, həmçinin layihəyə dəstək göstərilməsi barədə razılıq əldə olunub və onlar üçün Bayıl stadionunda bütün şərait yaradılıb.
Layihədə U-8-U-18 yaş kateqoriyaları üzrə 40-45 futbolçunun iştirakı nəzərdə tutulur.
Əldə olunmuş razılığa görə, Bakı Futbol Federasiyasının tövsiyəsi ilə "Sabahın Ulduzları" yarışlarında iştirak edən U-15 çempionatından ölkəmizdə keçiriləcək dünya çempionatı və Festivalına namizəd 10 istedadlı gənc futbolçunun "Vilyarreal CF Camp Baku" layihəsində tam ödənişsiz iştirakı təmin ediləcək.
Layihənin sonunda 40-45 futbolçu arasından seçiləcək ən yaxşı futbolçu "Vilyarreal" tərəfindən təşkil olunacaq beynəlxalq turnirdə iştirak etmək hüququ qazanacaq. Seçilmiş futbolçunun səfər və iştirakla bağlı bütün xərcləri təşkilatçılar və İspaniya təmsilçisi tərəfindən qarşılanacaq.
Layihə çərçivəsində avqustun 9-da yerli məşqçilər üçün ödənişsiz seminar təşkil olunacaq. Seminarda "Vilyarreal" Akademiyasının məşq metodologiyası, oyunçu inkişaf modeli və akademiya sistemi təqdim ediləcək.
Həmçinin, UEFA Pro lisenziyalı məşqçi Jordi Qratakos tərəfindən İspaniya futbol sistemi, müasir futbol fəlsəfəsi və oyunçu inkişafı istiqamətində beynəlxalq təcrübələr haqqında məlumat veriləcək.
Qeyd edək ki, "Vilyarreal" nümayəndələrinin Bayıl stadionunda görüşü keçirilib. Daha sonra seçim məşqlərinə start verilib və qonaqlar "Sabahın Ulduzları" layihəsi çərçivəsində keçirilən "Zirə" - "Vətən" oyununu izləyiblər.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 347 Tarix: 08 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPSJ Luis Enrike ilə müqaviləni uzadıb
Fransanın PSJ klubu baş məşqçi Luis Enrike ilə müqavilənin müddətinin 2030-cu ilə qədər uzadıldığını açıqlayıb. "Report"un məlumatına görə, bu barədə klubun "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım olunub. İspan məşqçi 2023-cü ilin yayından Paris komandasına rəhbərlik edir. PS
06.09.2026 263 "Fənərbağça" Çağlar Söyüncü ilə yollarını ayırdı
"Fənərbağça" müdafiəçi Çağlar Söyüncü ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb. xəbər verir ki, bu barədə İstanbul komandasının mətbuat xidməti məlumat yayıb. 2023/2024 mövsümündə "Fənərbağça"ya qoşulan Çağlar Söyüncü klubun heyətində 75 matça çıxaraq dörd qol vurub və ü
06.09.2026 258 Azərbaycan UEFA reytinqində neçəncidir?
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib. Qaynarinfo xəbər verir ki, ölkə 23.687 əmsalla 25-ci pillədə qərarlaşıb. Ötən gün "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun əlavə vaxtında Bakıda "Tvente"yə uduzub - 1:4. Azərbaycanın cari mövsüm qazandığ
28.08.2026 292 Neymar "Santos"u FIFA qadağasından xilas etdi
"Santos"un hücumçusu Neymar klubun FIFA tərəfindən tətbiq edilən transfer qadağasının aradan qaldırılmasına kömək edib. "L'Equipe"ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə "Santos"un 2 milyon avro ödəməsinə yardı
13.09.2026 253 "Formula 1"ə görə Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı
"Formula 1" üzrə Azərbaycan Qran-prisi zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq. Bu barədə BİG.AZ-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. Həmçinin, Üzeyir Hacıbəyl
18.09.2026 236 "İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb
"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb. "Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Xatırladaq ki, Ronaldo Souza daha əvvəl 2025/2026 mövsümündə b
19.09.2026 177 Neymar ciddi zədə aldı, klubu açıqlama yaydı
Braziliya milli komandası tarixində ən yaxşı bombardir, "Santos"un hücumçusu Neymar "Palmeyras"la oyunda sağ budundan zədə alıb. -ın xəbərinə görə, bu barədə Braziliya klubunun mətbuat xidməti "X" hesabında məlumat verib. Braziliya Kubokunun dörddəbir finalının cavab oyun
06.09.2026 247 "İnter Mayami" David Alaba ilə maraqlanır
İspaniyanın "Real" klubunun sabiq futbolçusu David Alaba karyerasını MLS-də davam etdirə bilər. "Report" xarici mətbauta istinadən xəbər verir ki, ABŞ təmsilçisi "İnter Mayami" 34 yaşlı müdafiəçi ilə maraqlanır. Klub təcrübəli oyunçunu heyətinə qatmaq variantını nəzərdə
19.09.2026 185 "Qarabağ" braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb
"Qarabağ" klubu Kiprin APOEL komandasından braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb. "Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən icarə müddətinin sonunda Ağdam təmsilçisi futbolçun
30.08.2026 351