İsti havalarda sağlam qalmağın yolu düzgün qidalanmadan keçir
"İsti hava həm maye itkisini artırır, həm də həzm sisteminin fəaliyyətinə təsir göstərir. Buna görə də bu mövsümdə qida seçimlərinə diqqət yetirmək sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır".
Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib.
O, qeyd edib ki, isti havalarda yağlı, qızardılmış və ağır yeməklər həzmi çətinləşdirə, halsızlıq və yorğunluq hissini artıra bilər. Digər tərəfdən, yalnız salat və meyvə ilə qidalanmaq da düzgün seçim deyil. Belə qidalanma orqanizmin zülal və enerji ehtiyacını tam ödəmədiyi üçün əzələ itkisinə və sağlam olmayan çəki azalmasına səbəb ola bilər:
"Yay mövsümündə ən düzgün seçim balanslı qidalanmaqdır. Gündəlik rasionda yağsız ət, balıq, toyuq əti, yumurta, süd məhsulları, tam taxıllar, bol tərəvəz və mövsümi meyvələr yer almalıdır. Yeməklərin qaynadılması, sobada və ya buğda bişirilməsi qızartmaya nisbətən daha sağlam seçim hesab olunur. Porsiyaların həddindən artıq böyük olmaması da həzm sisteminin yüklənməsinin qarşısını alır.
İsti havalarda kifayət qədər su qəbul etmək xüsusilə vacibdir. Susuzluq hissini gözləmədən gün ərzində mütəmadi su içmək, şəkərli qazlı və həddindən artıq kofeinli içkilərin qəbulunu isə məhdudlaşdırmaq tövsiyə olunur. Tərləmə nəticəsində itirilən maye və mineralların bərpası üçün ayran, şəkərsiz kompot və mineral sular da faydalı seçimlərdir.
Qida təhlükəsizliyi də diqqətdən kənarda qalmamalıdır. Ət, süd məhsulları və hazır salatlar isti havada tez xarab olduğu üçün uzun müddət otaq temperaturunda saxlanmamalı, soyuducuda mühafizə edilməlidir.
Yay aylarında sağlam qalmaq üçün əsas qayda nə həddindən artıq ağır, nə də həddindən artıq yüngül qidalanmaqdır. Balanslı rasion, kifayət qədər su qəbulu və qidaların düzgün saxlanılması həm sağlamlığın qorunmasına, həm də bədən çəkisinin sabit qalmasına kömək edir.
Sağlam qidalanın, sağlam yaşayın!"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 88 Tarix: 07 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaytaxtın bu ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi yerlərində qaz kəsiləcək. BİG.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu qəsəbəsinin Ə. Dadaşov, Y. Saratov, M. Kalinin, Ş. Rustaveli, M. İbrahimov küçələrinin və Bakıxano
06.08.2026 328 Paşinyan: Ermənistan eyni vaxtda Aİ və Aİİ-yə üzv ola bilməz
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin eyni vaxtda həm Avropa İttifaqına (Aİ), həm də Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olması mümkün deyil. xəbər verir ki, hökumət başçısı Ermənistanın Aİ-yə üzvlüyə tam hazır olmasının ölkənin avtomatik şəkildə quruma qəbul ediləcəyi anlamın
10:50 136 Moskva: Yerevan şantaj yolu ilə üstünlük qazanmağa çalışır
Yerevan Rusiya ilə münasibətlərdə şantaj yolu ilə üstünlük əldə etməyə çalışır. xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev "YouTube" platformasında yayımlanan brifinqdə bildirib. Onun sözlərinə görə, Rusiya-Ermənista
10:54 133 Zərdabdakı yanğını kənd sakini törədibmiş
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Zərdab rayonunun Hüseynxanlı kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmalarla yanğının kənd sakini Ə.Quliyev tərəfindən törədildiyi məlum olub. Hadis
12:53 162 Şirkətlər niyə bağlanır? Problemin görünməyən tərəfləri
"Azərbaycanda şirkətlərin fəaliyyətini dayandırması və ləğv edilməsi ilə bağlı xəbərlər son dövrlərdə daha çox diqqət çəkir. Mən hesab edirəm ki, bu prosesə yalnız ayrı-ayrı hüquqi şəxslərin taleyi kimi baxmaq düzgün deyil.Şirkətlərin bağlanması iqtisadiyyat üçün əhəmiyyətli indikatorlardan biridi
15:30 79 İsti havalarda sağlam qalmağın yolu düzgün qidalanmadan keçir
"İsti hava həm maye itkisini artırır, həm də həzm sisteminin fəaliyyətinə təsir göstərir. Buna görə də bu mövsümdə qida seçimlərinə diqqət yetirmək sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır". Bunu BİG.AZ-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib. O, qeyd edib ki
15:11 70 48 bal necə 50 oldu? - Sertifikasiyada cavab gözləyən suallar
"Müəllimlərin sertifikatlaşdırılması təhsildə keyfiyyətin yüksəldilməsi və pedaqoqların bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin belə bir sistemə etimadın formalaşması üçün imtahanın keçirilməsi ilə yanaşı, nəticələrin hesablanması və apellyasiy
15:40 67 Microsoft Mağazasından yüklənən tətbiqlərlə bağlı vacib xəbərdarlıq
Windows əməliyyat sistemində tətbiqləri yalnız Zibil qutusuna köçürməklə silmək onların tamamilə kompüterdən silindiyi anlamına gəlmir. xəbər verir ki, bu barədə PCWorld nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Microsoft Mağazasından yüklənən tətbiqləri tam silmək üçün onları "Parametrlər"
11:40 151 Asılılıq başlamadan qarşısını almaq mümkündürmü?
"Yeniyetməlik dövrü insan həyatının ən həssas mərhələlərindən biridir. Bu yaşlarda uşaqlar ətraf mühitin təsirinə daha açıq olur, yeni şeylərə maraq göstərir və bəzən düşünmədən riskli qərarlar verirlər. Məhz buna görə də narkotik və digər psixoaktiv maddələrlə ilk tanışlıq əksər hallarda bu dövrd
14:16 121