Bir səhv bütün vəsaitinizi itirməyinizə səbəb ola bilər
"Son vaxtlar "faizsiz kredit", "dövlət proqramı", "hesabınıza pul köçürəcəyik" kimi vədlərlə vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə çalışan dələduzların sayı artır. Unutmayın ki, bank kartınızın nömrəsi, son istifadə tarixi, CVV kodu və bankdan göndərilən SMS təsdiq kodları məxfi məlumatdır. Bank, polis və ya hər hansı dövlət qurumu adından zəng edən şəxslər belə bu məlumatları sizdən tələb edə bilməz".
Bunu BiG.AZ-a açıqlamasında İnformasiya resursları üzrə mühəndis-tətqiqatçı, Bəhruz Əliyev bildirib.
O, qeyd edib ki, əgər sizə pul köçürüləcəyi deyilirsə, bunun üçün yalnız kartın 16 rəqəmli nömrəsini bilmək kifayətdir. Kartın digər məlumatlarının istənilməsi isə dələduzluq əlamətidir:
"Özünüzü necə qoruya bilərsiniz?
Kartınız üçün gündəlik əməliyyat və köçürmə limitlərini minimum səviyyədə təyin edin.
Onlayn ödəniş funksiyasını yalnız istifadə edəcəyiniz zaman aktivləşdirin, sonra yenidən söndürün.
SMS və mobil tətbiq bildirişlərini aktiv saxlayın ki, kart üzrə bütün əməliyyatlardan dərhal xəbər tutasınız.
WhatsApp, SMS və ya sosial şəbəkələr vasitəsilə göndərilən şübhəli keçidlərə daxil olmayın. Bu yollarla təqdim olunan "kredit" vədlərinə etibar etməyin.
Mümkünsə, gündəlik xərclər və onlayn ödənişlər üçün ayrıca kartdan istifadə edin. Əsas vəsaitinizi saxladığınız kartı internet ödənişlərində istifadə etməmək daha təhlükəsizdir.
Əgər kart məlumatlarınızı tanımadığınız şəxslə paylaşmısınızsa və ya dələduzluqdan şübhələnirsinizsə, vaxt itirmədən bankla əlaqə saxlayaraq kartınızı bloklayın, yeni kart sifariş edin və hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verin.
Unutmayın, asan qazanc və ya faizsiz kredit vədi ilə sizdən kart məlumatları istəyən tanımadığınız şəxslərə etibar etmək olmaz. Ayıq-sayıq olmaq maddi itkilərin qarşısını almağın ən təsirli yoludur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 700 Tarix: 07 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTelefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137