Dostunun üzündə siqaret söndürdü, dəfələrlə həbs olundu - Qumara görə itirilən şöhrət

Dostunun üzündə siqaret söndürdü, dəfələrlə həbs olundu - Qumara görə itirilən şöhrətBəzi futbolçular meydandakı oyunlarından çox, kənardakı davranışları ilə tarixə düşürlər. İngiltərə futbolunun ən mübahisəli simalarından biri hesab olunan Coi Barton da məhz belələrindəndır. O, istedadı ilə Premyer Liqada uzun illər oynasa da, karyerasını kölgədə qoyan saysız-hesabsız qalmaqalları ilə daha çox xatırlanır.

Lent.az-ın "Həyatın oyunçuları" rubrikasında Coi Bartonun həyat və karyerasına nəzər salacağıq.

Cinayət məhəlləsindən "Mançester Yunayted"ə uzanan yol

Coi Barton 1982-ci il sentyabrın 2-də İngiltərənin Liverpul şəhərinin Huyton qəsəbəsində dünyaya gəlib. Huyton həmin dövrdə ölkənin cinayət səviyyəsinin yüksək olduğu, sosial problemlərlə üzləşən məhəllələrindən biri kimi tanınırdı. Doğulduğu yer ailəsinin həyatına da təsirsiz ötüşməmişdi.

Barton 14 yaşında olarkən böyük qardaşı Maykl Barton irqçi motivli qətldə iştirak etdiyinə görə ömürlük həbs cəzası alıb. Bu hadisə Coinin həyatında dərin iz buraxıb. Digər qardaşı Endryu Barton da sonradan müxtəlif cinayət işlərinə görə həbs olunub. Belə bir ailə mühiti gənc futbolçunun xarakterinin formalaşmasına ciddi təsir göstərib.

Coi məktəb illərində akademik göstəriciləri ilə seçilməsə də, futbol istedadı erkən yaşlarından diqqət çəkib. O, əvvəlcə yerli komandaların heyətində çıxış edib. 14 yaşında - 1997-ci ildə "Mançester Siti" akademiyasına qəbul olunan Barton həyatının dönüş nöqtəsini yaşayıb. Burada həm texniki, həm də fiziki cəhətdən inkişaf edərək qısa müddətdə klubun ən perspektivli futbolçularından birinə çevrilib.

2002-ci ildə əsas komandada debüt edən yarımmüdafiəçi aqressiv oyun tərzi, yüksək döyüşkənliyi və liderlik xüsusiyyətləri ilə diqqət çəkib. 2007-ci ilədək bu klubun formasını geyinib.

2007-2011-ci illərdə "Nyukasl"da çıxış edib. 2011-ci ildə "Queens Park Reyncers"ə transfer olunan yarımmüdafiəçi 2015-ci ilə qədər bu komandanın futbolçusu olub.

2012-2013-cü illər mövsümündə icarə əsasında Fransanın "Marsel" klubunda çıxış edib. Barton 2015-2016-cı illərdə "Bernli"də oynayıb. 2016-2017-ci illərdə Şotlandiyanın "Reyncers" klubunun şərəfini qoruyub. 2017-ci ildə yenidən "Bernli"yə qayıdan futbolçu elə həmin il peşəkar karyerasını başa vurub. O, həmçinin 2007-ci ildə İngiltərə millisinin heyətində yeganə oyununa çıxıb.

Futbolçu karyerasını zədələyən xarakter

2004-cü ildə "Mançester Siti"nin Milad şənliyində Barton sərxoş vəziyyətdə komanda yoldaşı və dostu Ceymi Tandin üzünə yanan siqareti basıb. Hadisə İngiltərə mətbuatında böyük səs-küy yaradıb. Klub onu cərimələyib və ictimaiyyət qarşısında üzr istəməyə məcbur edib.

Şöhrətin zirvəsindən həbsxanaya

2007-ci ilin dekabrında Liverpul şəhərində gecə klubundan çıxarkən iki nəfərə hücum etdiyi görüntülər təhlükəsizlik kameralarına düşüb. Məhkəmə onu təqsirli bilərək 6 ay həbs cəzası verib. Barton cəzanın böyük hissəsini həbsxanada çəkib.

Eyni ildə "Mançester Siti"nin məşqi zamanı gənc futbolçu Ousmane Dabonu yumruqlayıb. Dabo üz nahiyəsindən xəsarət alıb. Barton buna görə həm klubdan uzaqlaşdırılıb, həm də məhkəmə qarşısına çıxarılıb.

Qumar qalmaqalı ilə zədələnən futbol həyatı

2012-ci ildə "Mançester Siti" - "QPR" oyununda Barton əvvəlcə Karlos Tevesə dirsək atıb qırmızı vərəqə alıb. Meydanı tərk edərkən Serxio Aqueroya təpik atmağa, Vensan Kompanini başla vurmağa cəhd edib. Bu davranışına görə İngiltərə Futbol Assosiasiyası onu 12 oyunluq diskvalifikasiya edib.

2017-ci ildə məlum olub ki, Barton illər ərzində futbol oyunlarına 1200-dən çox mərc edib. İngiltərə Futbol Assosiasiyası bunu ciddi qayda pozuntusu hesab edərək onu 18 ay futboldan uzaqlaşdırıb. Sonradan cəza 13 aya endirilsə də, Barton peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Təkrarlanan cərimələr

Futbolu bitirdikdən sonra məşqçiliyə başlayan Barton əvvəlcə "Flitvud Taun", daha sonra "Bristol Rovers" klubunu çalışdırıb. Lakin burada da qalmaqallar onu izləyib. Hakimlər, jurnalistlər və rəqib məşqçilərlə sərt mübahisələri səbəbindən dəfələrlə cərimələnib.

Son illərdə Bartonun qadın futbolu ilə bağlı təhqiramiz paylaşımları, televiziya ekspertlərini hədəfə alması və müxtəlif ictimai şəxslərlə açıq mübahisələri də geniş müzakirələrə səbəb olub. Onun bəzi açıqlamaları İngiltərədə ciddi tənqid olunub və hüquqi çəkişmələrə yol açıb.

"Premyer Liqanın ən dəli futbolçularından biri"

Rəsmi statistikaya görə Coi Barton klub karyerasında 435 oyuna çıxıb. Buna baxmayaraq o, qalmaqalları ilə daha çox yadda qalıb. Futbol tarixinin ən sərt oyunçularından biri hesab olunur. Karyerası ərzində 100-dən çox sarı və 10-dan çox qırmızı vərəqə alıb. Bu göstərici onu futbol tarixinin ən sərt futbolçularından birinə çevirib. İngiltərə mətbuatı onu dəfələrlə "Premyer Liqanın ən dəli futbolçularından biri" adlandırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 794   Tarix: 05 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.