Niyə kiçik itlər daha aqressiv olur?
Bir çoxları müşahidə edib ki, kiçik cins itlər iri itlərlə müqayisədə daha çox hürür, daha tez qıcıqlanır və insanlara və ya digər heyvanlara qarşı aqressiv davranış nümayiş etdirirlər. Baytarlar bildirirlər ki, bunun arxasında bir neçə mühüm səbəb dayanır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmalara görə, taksa, Cek Rassel teryeri və çihuahua kimi kiçik cinslər sahiblərinə və yad insanlara qarşı aqressiya göstərməyə daha meyilli olur. Halbuki bir çox iri cins itlər daha sakit xarakteri ilə seçilir.
Mütəxəssislərin sözlərinə görə, əsas səbəblərdən biri onların kiçik ölçülü olmasıdır. Balaca itlər üçün ətraf mühit daha təhlükəli görünür. İnsanlar, digər heyvanlar və hətta gündəlik səslər belə onlar tərəfindən təhlükə kimi qəbul oluna bilər. Bu da daha tez hürməyə və ya aqressiv reaksiya verməyə səbəb olur.
Digər amil isə sinir sisteminin xüsusiyyətləridir. Bəzi kiçik cinslərdə emosional həssaslıq və həyəcanlanma səviyyəsi daha yüksəkdir. Baytarlar bunu uzun illər aparılan seleksiya prosesi ilə əlaqələndirirlər.
Mütəxəssislər sahibkarların davranışlarının da böyük rol oynadığını vurğulayırlar. Bir çox insan kiçik itlərə oyuncaq kimi yanaşır, onları həddindən artıq əzizləyir, lakin kifayət qədər gəzintiyə çıxarmır, sosiallaşdırmır və təlim keçmir. Bundan əlavə, kiçik itlər çox vaxt tərbiyə baxımından da güzəşt görür. Məsələn, alman çoban iti və ya labradora icazə verilməyəcək davranışlar çihuahua və ya taksada çox vaxt normal qarşılanır. Bu isə problemli vərdişlərin formalaşmasına səbəb olur.
Baytarlar qeyd edirlər ki, aqressivlik yalnız itin ölçüsündən asılı deyil. Düzgün sosiallaşma, müntəzəm gəzintilər, təlim və ardıcıl tərbiyə sayəsində ən kiçik cins itlər belə sakit və balanslı dosta çevrilə bilər. Əksinə, ölçüsündən asılı olmayaraq, tərbiyəsiz qalan hər bir it problemli davranış nümayiş etdirə bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 705 Tarix: 05 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib
İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə
13:10 160 Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib
Ağ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib. "Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "ABŞ-nin Qrenlandiyad
19:00 133 Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa
12:00 168 Avropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu
12:50 163 Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb
Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm
14:10 160 Azərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
13:00 167 Qrenlandiya ilə bağlı tarixi addım: Tramp saziş bağlandığını açıqladı
ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya ilə saziş bağlandığını bəyan edib. Onun sözlərinə görə, saziş Birləşmiş Ştatların Arktika adasında daimi hərbi hüquqlar əldə etməsini nəzərdə tutur. xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb. "Məmnuniyyətl
18:40 139 Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind
10:35 165 ABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib
ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey
17:10 140