Tibbdə süni intellekt: Diaqnoz qoyan yox, həkimə kömək edən texnologiya

Tibbdə süni intellekt: Diaqnoz qoyan yox, həkimə kömək edən texnologiya"Tibb sahəsində süni intellektin Azərbaycanda tətbiqi mümkündür və bunun üçün zəruri rəqəmsal infrastruktur tədricən formalaşır. Təsadüfi deyil ki, ölkədə qəbul olunmuş 2025-2028-ci illər üzrə Süni İntellekt Strategiyası çərçivəsində səhiyyədə tibbi məlumatların vahid informasiya mühitində inteqrasiyası əsas prioritetlərdən biri kimi müəyyən edilib".

Bunu BiG.AZ-a açıqlamasında İKT üzrə mütəxəssis Elvin Həsənov bildirib.

O, qeyd edib ki, ilkin mərhələdə süni intellektin rentgen, MRT və KT görüntülərinin təhlili, laborator analizlər üzrə risklərin müəyyənləşdirilməsi, həmçinin həkimlərin iş yükünün azaldılması kimi istiqamətlərdə tətbiqi daha real görünür. Bununla belə, vacib məqam ondan ibarətdir ki, süni intellekt həkimi əvəz edən deyil, ona qərarvermə prosesində dəstək göstərən "ikinci rəy" mexanizmi kimi istifadə olunmalıdır:

"Məsələn, sistem qısa müddət ərzində minlərlə tibbi görüntünü analiz edərək şübhəli nahiyələri müəyyən edə bilər. Lakin xəstənin şikayətlərini dinləmək, keçmiş xəstəlik tarixçəsini, qəbul etdiyi dərmanları, yanaşı xəstəlikləri və ümumi klinik vəziyyətini qiymətləndirərək yekun qərarı vermək həkimin məsuliyyətində qalmalıdır.

Bu gün ən çox səsləndirilən suallardan biri də süni intellektə nə dərəcədə etibar edilə bilməsidir. Əslində əsas məsələ sistemə kor-koranə güvənmək deyil, onun hansı məlumatlar əsasında öyrədildiyini və nə dərəcədə etibarlı olduğunu qiymətləndirməkdir. Alqoritmin hansı pasiyent qrupları üzərində sınaqdan keçirildiyi, əldə olunan nəticələrin Azərbaycandakı xəstələr üçün də eyni dərəcədə etibarlı olub-olmaması ciddi şəkildə araşdırılmalıdır. Çünki başqa ölkədə yüksək nəticə göstərən model yerli əhalinin genetik xüsusiyyətləri, istifadə olunan tibbi avadanlıqlar və məlumatların toplanma metodologiyası fərqli olduğuna görə Azərbaycanda eyni dəqiqliklə işləməyə bilər.

Bu səbəbdən süni intellekt sistemləri geniş tətbiq edilməzdən əvvəl yerli xəstəxanalarda, real pasiyent məlumatları əsasında və mütəxəssis həkimlərin iştirakı ilə sınaqdan keçirilməli, nəticələri qiymətləndirilməlidir.

Digər mühüm məsələ isə tibbi məlumatların təhlükəsizliyidir. Xəstələrin analiz nəticələri, diaqnozları və tibbi tarixçələri ən həssas şəxsi məlumatlar sırasındadır. Buna görə də məlumatların harada saxlanılması, onlara kimin çıxış imkanının olması, sistemin hansı ölkənin serverlərindən istifadə etməsi və bu məlumatların süni intellekt modellərinin yenidən öyrədilməsi məqsədilə istifadə olunub-olunmaması əvvəlcədən hüquqi və texniki baxımdan dəqiq tənzimlənməlidir. Bu sahədə yalnız qanunvericilik deyil, məlumatların şifrələnməsi, kibertəhlükəsizlik standartları və beynəlxalq məlumat mühafizəsi tələblərinə əməl olunması da xüsusi əhəmiyyət daşıyır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 715   Tarix: 05 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.